
Azərbaycanın sürətlə inkişaf edən, müasir infrastrukturu, abad yaşayış məntəqələri, zəhmətkeş və qonaqpərvər insanları ilə seçilən rayonlarından biri də Binəqədi rayonudur. Paytaxt Bakının ən böyük rayonlarından olan Binəqədi bu gün təkcə sosial-iqtisadi inkişafı ilə deyil, həm də elmə, təhsilə, səhiyyəyə və insan amilinə verilən yüksək dəyər ilə diqqət çəkir. Rayonun inkişafında əməyi olan ziyalıların, elm adamlarının, müəllimlərin və həkimlərin xidmətləri xüsusilə böyükdür.Məhz belə ziyalılardan biri də Binəqədi rayonu 35 saylı şəhər poliklinikasının baş həkimi, "Əməkdar həkim" fəxri adına layiq görülmüş, tibb elmləri namizədi Kamal Namik oğlu Əliyevdir.Kamal Əliyev uzun illərdir ki, Azərbaycan səhiyyəsinin inkişafına öz töhfələrini verən, peşəsinə böyük sevgi və məsuliyyətlə yanaşan nüfuzlu səhiyyə işçilərindən biridir. Onun fəaliyyətinin əsas qayəsini insan sağlamlığının qorunması, vətəndaşlara yüksək səviyyəli tibbi xidmət göstərilməsi və səhiyyə sisteminin daha da təkmilləşdirilməsi təşkil edir.
Bu gün rəhbərlik etdiyi 35 saylı şəhər poliklinikası rayon sakinlərinə göstərilən tibbi xidmətin keyfiyyəti, pasiyentlərə həssas münasibət və peşəkarlıq baxımından seçilən tibb müəssisələrindən biri hesab olunur. Kamal müəllimin rəhbərliyi altında kollektivdə qarşılıqlı hörmət, məsuliyyət və vətəndaş məmnuniyyətinə əsaslanan iş prinsipi formalaşıb.Onu tanıyanlar Kamal Əliyevi ilk növbədə yüksək mədəniyyəti, sadəliyi, təvazökarlığı və insanlara səmimi münasibəti ilə xarakterizə edirlər. O, hər zaman xəstələrin problemlərinə diqqətlə yanaşır, onların sağlamlığının bərpası üçün bütün imkanlardan istifadə etməyə çalışır. Xüsusilə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi qayğı və diqqət onun vətənpərvərliyinin və humanistliyinin parlaq nümunəsidir.
Məlumdur ki, dövlətimizin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindən biri şəhid ailələrinin və qazilərimizin sosial müdafiəsinin gücləndirilməsidir. Kamal Əliyev də öz fəaliyyətində bu həssas kateqoriyadan olan insanlara xüsusi diqqət ayırır, onların növbədənkənar qəbul olunmasına, tibbi problemlərinin operativ həllinə çalışır, imkan daxilində mənəvi dəstəyini əsirgəmir.
Azərbaycan səhiyyəsinin bugünkü inkişafının təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasət dayanır. Ulu Öndər hər zaman insan sağlamlığını dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab etmiş, səhiyyə sisteminin inkişafına xüsusi diqqət göstərmişdir.Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yeni xəstəxanalar, diaqnostika mərkəzləri istifadəyə verilir, tibb müəssisələri ən müasir avadanlıqlarla təchiz olunur, səhiyyə işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Bu diqqət və qayğı səhiyyə işçilərinə daha böyük məsuliyyət və stimul verir.Kamal Əliyev də məhz dövlətimizin səhiyyəyə göstərdiyi bu diqqət və qayğıdan ruhlanan, öz peşəsinə sədaqətlə xidmət edən həkimlərdəndir. Dövlətə və dövlətçiliyə bağlılığı, peşəsinə sevgisi, vətəndaşlara qayğıkeş münasibəti onun fəaliyyətinin əsas prinsiplərini təşkil edir.Azərbaycan səhiyyəsinin tarixində xeyirxahlıqları və insanlara xidmətləri ilə seçilən çoxlu həkimlər olub. Müxtəlif dövrlərdə ehtiyacı olan insanlara təmənnasız yardım göstərən, aztəminatlı ailələrin yanında olan, şəhid ailələrinə və qazilərə dəstək verən səhiyyə işçiləri xalqımızın dərin rəğbətini qazanıblar. Bu ənənənin davamçıları sırasında Kamal Əliyev kimi vicdanlı və humanist həkimlərin fəaliyyəti xüsusilə təqdirəlayiqdir.
İnsan həyatı üçün ən müqəddəs peşələrdən biri olan həkimlik böyük məsuliyyət, yüksək peşəkarlıq və sonsuz mərhəmət tələb edir. Kamal Əliyev bu keyfiyyətləri özündə birləşdirən, peşəsini yalnız iş deyil, həyat missiyası hesab edən səhiyyə fədailərindəndir.Qarşıdan gələn 17 İyun – Səhiyyə İşçilərinin Peşə Bayramı münasibətilə Kamal Namik oğlu Əliyevi və onun simasında bütün səhiyyə işçilərini ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, yeni uğurlar, ailə səadəti və insanların sağlamlığı naminə fəaliyyətlərində davamlı nailiyyətlər arzulayırıq.
Həkimlər insanların həyatına işıq gətirən, ümid bəxş edən müqəddəs peşə sahibləridir. Cəmiyyətimizin sağlam gələcəyi naminə çalışan bütün səhiyyə əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk.