Gündəm
9
Dün, 15:09

Müqəddəs Adın Layiqli Daşıyıcısı – Xalqa Xidmət Yolunda Məhəmməd Əsədov

Tarix boyu bəzi adlar olub ki, onlar təkcə bir insanı deyil, böyük mənəvi dəyərləri, gözəl əxlaqı və ali keyfiyyətləri ifadə edib. Belə müqəddəs adlardan biri də Məhəmməd adıdır. Bu ad ərəb mənşəli olub "çox təriflənən", "mədh olunan", "hörmət və ehtiram sahibi" mənasını daşıyır. Dünyada milyonlarla insan bu müqəddəs adı böyük sevgi və ehtiramla daşıyır. Çünki bu ad bəşəriyyətə mərhəmət, xeyirxahlıq, düzlük və insanlara xidmət nümunəsi göstərən Həzrət Məhəmməd Peyğəmbərin (s.ə.s.) adı ilə bağlıdır.
İnsan həyatında adın mənəvi yükü olduğu kimi, həmin ada layiq yaşamaq da böyük məsuliyyətdir. El arasında deyildiyi kimi, insan öz adı ilə əməllərini tamamlamalıdır. Bu baxımdan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Əsədovun fəaliyyəti onun daşıdığı müqəddəs adın mənəvi dəyərləri ilə səsləşən nümunələrdən biri kimi diqqəti cəlb edir.Bakının ən böyük və inkişaf etmiş rayonlarından biri olan Sabunçu rayonu bu gün ölkəmizin sosial-iqtisadi həyatında mühüm rol oynayır. Rayonun ən gözəl yaşayış məntəqələrindən biri olan Bakıxanov qəsəbəsi isə abadlığı, müasir infrastrukturu, təmiz havası, qonaqpərvər və vətənpərvər insanları ilə seçilir. Bu qəsəbədə həyata keçirilən abadlıq və quruculuq işləri dövlətimizin vətəndaş rifahına göstərdiyi diqqətin bariz göstəricisidir.Belə bir məsuliyyətli ərazidə fəaliyyət göstərən Məhəmməd Əsədov öz işgüzarlığı, məsuliyyət hissi və vətəndaşlara yaxınlığı ilə seçilən dövlət qulluqçularından biridir. Nardaran qəsəbəsi üzrə nümayəndə vəzifəsində qazandığı təcrübə onun fəaliyyətinə verilən etimadın göstəricisi olmuş, sonradan Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsinə təyin olunması da bu etimadın nəticəsi kimi qiymətləndirilmişdir.Məhəmməd Əsədovun fəaliyyətində xüsusi diqqət çəkən cəhətlərdən biri insanlarla səmimi münasibət qurmasıdır. Ona müraciət edən vətəndaşlar diqqətlə dinlənilir, problemlərin həlli istiqamətində imkan daxilində lazımi tədbirlər görülür. Sadəliyi, təvazökarlığı və insanlara qayğıkeş münasibəti onun sakinlər arasında hörmət qazanmasına səbəb olub.Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi xalqa xidmət prinsipi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının vətəndaş məmnunluğuna, şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət ölkənin hər yerində olduğu kimi Bakıxanov qəsəbəsində də hiss olunur.
Məhəmməd Əsədov da öz fəaliyyətində bu ali prinsipləri rəhbər tutur. Şəhid ailələrinə, qazilərimizə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı onun fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Vətən uğrunda canından keçən şəhidlərimizin ailələrinə ehtiram göstərilməsi, qazilərimizin problemlərinə həssas yanaşılması yüksək vətəndaşlıq mövqeyinin ifadəsidir.İşinə bağlılığı, dövlətə və dövlətçiliyə sədaqəti, insanlara hörmətlə yanaşması və üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməsi Məhəmməd Əsədovun fəaliyyətinin əsas xüsusiyyətlərindəndir. Bu gün Bakıxanov qəsəbəsində yaşayan insanlar yaxşı bilirlər ki, onların problemlərinə biganə qalmayan, qayğılarını dinləyən və imkan daxilində kömək etməyə çalışan bir nümayəndələri var.Hər bir insanı ucaldan onun adı deyil, əməlləridir. Lakin elə insanlar da var ki, onların gözəl əməlləri daşıdıqları adı daha da ucaldır. Məhəmməd Əsədovun fəaliyyəti də bir daha göstərir ki, müqəddəs adın dəyəri ona layiq görülən xeyirxah işlər və insanlara xidmətlə daha da yüksəlir.
Top xəbərlər
Gün
Həftə
Ay