
Bakı şəhərinin ən qədim və füsunkar guşələrindən biri olan Xəzər rayonu öz zəngin tarixi, gözəl təbiəti, təmiz havası, qonaqpərvər insanları və ölkəmizə saysız-hesabsız ziyalılar, elm adamları, hərbçilər və qəhrəman övladlar bəxş etməsi ilə seçilir. Xəzərin sahilində yerləşən bu dilbər məkan paytaxtın ən gözəl bölgələrindən biri hesab olunur. Rayonun qədim yaşayış məskənlərindən olan Buzovna qəsəbəsi isə özünəməxsus adət-ənənələri, mənəvi dəyərləri, əməksevər insanları və vətənpərvər övladları ilə hər zaman xüsusi rəğbət qazanmışdır.
Buzovna əsrlər boyu Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin yaşadıldığı müqəddəs məkanlardan biri olmuşdur. Bu torpaq ölkəmizə görkəmli şəxsiyyətlər, ziyalılar və Vətən uğrunda canından keçən qəhrəman oğullar bəxş etmişdir. Bu gün də Buzovna sakinləri öz səmimiyyəti, qonaqpərvərliyi, xeyirxahlığı və dövlətə bağlılığı ilə seçilirlər.
Müstəqil Azərbaycanın inkişaf strategiyasında yerli özünüidarəetmə orqanlarının fəaliyyəti mühüm yer tutur. Bələdiyyələrin yaradılması ölkəmizdə demokratik idarəçilik prinsiplərinin daha da möhkəmlənməsinə, vətəndaşların yerli idarəetmədə iştirak imkanlarının genişlənməsinə şərait yaratmışdır. Yerli əhəmiyyətli problemlərin həlli, əhalinin sosial rifahının yüksəldilməsi, abadlıq-quruculuq işlərinin həyata keçirilməsi və vətəndaş müraciətlərinə operativ baxılması bələdiyyələrin əsas fəaliyyət istiqamətlərindəndir.
Bu məsuliyyətli sahədə səmərəli fəaliyyəti ilə seçilən şəxslərdən biri də Xəzər rayonu Buzovna Bələdiyyəsinin sədri İsrafil Hüseynovdur. O, fəaliyyəti dövründə vətəndaşların etimadını doğrultmağa çalışan, dövlət maraqlarını hər şeydən üstün tutan, insanlara diqqət və qayğı ilə yanaşan rəhbərlərdən biri kimi tanınır.
İsrafil Hüseynovun həyat və fəaliyyət yolu dövlətə, dövlətçiliyə və xalqa sədaqətli xidmət nümunəsidir. O, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi, insanlara xidmət etməyi və vətəndaş məmnunluğunu təmin etməyi fəaliyyətinin əsas prinsipi hesab edir. Onun rəhbərliyi dövründə bələdiyyənin fəaliyyətində operativlik, şəffaflıq, məsuliyyət və vətəndaşlarla sıx ünsiyyət əsas prioritetlərdən olmuşdur.
İsrafil Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli özünüidarəetmə orqanlarının inkişafı, sosial rifahın yüksəldilməsi və vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı verdiyi tapşırıq və sərəncamları öz fəaliyyətində daim rəhbər tutur. Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin yerli səviyyədə icrasına töhfə vermək üçün məsuliyyətlə çalışır və öz işinə yüksək peşəkarlıqla yanaşır.
Vətən müharibəsindən sonra şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Bu istiqamətdə İsrafil Hüseynov da xüsusi həssaslıq nümayiş etdirir. Şəhid ailələrinin müraciətlərinə növbədənkənar baxılması, onların problemlərinin həllinə dəstək göstərilməsi, qazilərimizin qayğı və ehtiyaclarına diqqətlə yanaşılması onun fəaliyyətində xüsusi yer tutur. Çünki Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə qayğı göstərmək hər bir dövlət qurumunun və vətəndaşın mənəvi borcudur.
Bu gün Buzovna qəsəbəsinin sosial həyatında, abadlıq və quruculuq işlərində, vətəndaşlarla münasibətlərin inkişafında bələdiyyənin rolu hiss olunur. Bu işlərin həyata keçirilməsində İsrafil Hüseynovun təşkilatçılığı, işgüzarlığı və dövlətçilik mövqeyi xüsusi əhəmiyyət daşıyır.
Dövlətə sədaqət, xalqa xidmət, vətəndaşa hörmət və sosial məsuliyyət prinsiplərini fəaliyyətinin əsas xətti seçən İsrafil Hüseynov öz əməli fəaliyyəti ilə yerli özünüidarəetmə sahəsində nümunə göstərən rəhbərlərdən biri kimi tanınır. Onun fəaliyyəti Buzovnanın inkişafına, sakinlərin rifahına və dövlətçilik dəyərlərinin möhkəmlənməsinə xidmət edən dəyərli fəaliyyət nümunəsidir.