Gündəm
66
Bugün, 12:30

Suraxanı – Tarixi ilə qürur duyan, inkişafı ilə seçilən diyar və yerli özünüidarəetmənin məsuliyyətli fəaliyyəti

 Azərbaycanın qədim tarixə malik rayonlarından biri olan Suraxanı rayonu zəngin tarixi, milli-mənəvi dəyərləri, əməksevər insanları və davamlı inkişafı ilə paytaxt Bakının seçilən inzibati ərazilərindən biridir. Minilliklər boyu odlar yurdu kimi tanınan bu diyar öz təbii sərvətləri, mədəni irsi və qonaqpərvər insanları ilə hər zaman xüsusi seçilmişdir. Tarixi abidələri, yaşayış məntəqələri və sürətli sosial-iqtisadi inkişafı Suraxanını paytaxtın mühüm rayonlarından birinə çevirmişdir.
Son illər ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq layihələri Suraxanı rayonunun simasını əhəmiyyətli dərəcədə dəyişmişdir. Yeni yolların salınması, park və istirahət məkanlarının yaradılması, təhsil, səhiyyə və digər sosial obyektlərin yenilənməsi rayon sakinlərinin rifahının yüksəldilməsinə xidmət edir.
Suraxanının ən böyük yaşayış məntəqələrindən biri olan Qaraçuxur qəsəbəsi də bu inkişafdan öz payını almışdır. Burada yerli özünüidarəetmə orqanlarının üzərinə düşən məsuliyyət böyükdür. Bələdiyyələr vətəndaşlarla dövlət arasında mühüm əlaqələndirici institutlardan biri kimi onların müraciətlərinin dinlənilməsində, yerli əhəmiyyətli məsələlərin həllində və ictimai təşəbbüslərin dəstəklənməsində mühüm rol oynayırlar.
Bu baxımdan Qaraçuxur bələdiyyəsinin fəaliyyəti də daim diqqət mərkəzində olur. Yerli özünüidarəetmədə çalışan hər bir rəhbər üçün əsas meyar qanunun aliliyini rəhbər tutmaq, şəffaf idarəçilik prinsiplərinə sadiq qalmaq və vətəndaşların etimadını doğrultmaqdır.
Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfov haqqında da onu tanıyanların müxtəlif müsbət fikirləri səslənir. İdarəçilikdə məsuliyyət, vətəndaş müraciətlərinə həssas münasibət və qanunun aliliyinə hörmət hər bir rəhbər üçün vacib keyfiyyətlərdir. Sözlə əməlin vəhdət təşkil etməsi, verilən vədlərin əməli fəaliyyətlə təsdiqini tapması cəmiyyət tərəfindən hər zaman yüksək qiymətləndirilən xüsusiyyətlərdəndir.
Dövlətçiliyin möhkəmlənməsi hər bir vəzifə sahibinin öz üzərinə düşən vəzifəni vicdanla və məsuliyyətlə yerinə yetirməsindən başlayır. Yerli özünüidarəetmə orqanlarının fəaliyyəti də məhz qanunun aliliyi, vətəndaş məmnunluğu və ictimai etimad prinsipləri üzərində qurulduqda daha səmərəli nəticələr əldə olunur.
Jurnalist olaraq hesab edirəm ki, cəmiyyətimizdə çalışan hər bir rəhbərin fəaliyyəti obyektiv qiymətləndirilməli, görülən işlərə də, səsləndirilən tənqidlərə də yalnız faktlar əsasında yanaşılmalıdır. Obyektivlik və ədalət həm dövlət idarəçiliyinin, həm də jurnalistikanın əsas prinsiplərindəndir.
Sonda Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfova məsuliyyətli fəaliyyətində uğurlar, möhkəm cansağlığı, uzun ömür və yeni nailiyyətlər arzulayırıq. Arzu edirik ki, Suraxanı rayonunun, o cümlədən Qaraçuxur qəsəbəsinin inkişafına yönələn təşəbbüslər bundan sonra da davam etsin, rayonun sosial rifahı və abadlığı naminə görülən işlər öz bəhrəsini versin. Qanunun aliliyinə, dövlətçilik prinsiplərinə və vətəndaşlara xidmət amalına söykənən fəaliyyət hər zaman cəmiyyətin etimadını qazanan ən dəyərli yol olaraq qalacaq.

Top xəbərlər
Gün
Həftə
Ay