Gündəm
6
Dün, 15:03

Su Kimi Saf Xidmətin Ünvanı – Fərhad Hüseynovun Fəaliyyətinə Bir Baxış"

“Su həyat mənbəyidir, insanların rifahının, kənd təsərrüfatının və ölkənin inkişafının əsas amillərindən biridir.”
Ulu Öndər Heydər Əliyevin su təsərrüfatı sahəsinə verdiyi yüksək qiymət bu gün də öz aktuallığını qoruyur. Dahi lider daim vurğulayırdı ki, su ehtiyatlarının qorunması, səmərəli istifadəsi və əhalinin keyfiyyətli su ilə təmin olunması dövlətin prioritet vəzifələrindən biridir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda su təsərrüfatı və meliorasiya sahəsi davamlı inkişaf yolu keçərək ölkənin sosial-iqtisadi tərəqqisində mühüm rol oynamaqdadır.
Azərbaycanın qədim yurd yerlərindən biri olan Şirvan şəhəri özünün zəngin tarixi, qonaqpərvər insanları, elmə və təhsilə verdiyi yüksək dəyər, yetişdirdiyi ziyalıları və vətənpərvər övladları ilə hər zaman seçilmişdir. Bu torpağın insanları milli-mənəvi dəyərlərə bağlılığı, dövlətə sədaqəti və yüksək vətəndaş mövqeyi ilə tanınırlar.
44 günlük Vətən müharibəsində Şirvanın igid oğulları da qəhrəmanlıq salnaməsi yazaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda böyük şücaət göstərmişlər. Onların göstərdikləri igidlik və fədakarlıq xalqımızın qürur mənbəyinə çevrilmiş, şəhidlərimizin müqəddəs xatirəsi hər zaman dərin ehtiramla anılmışdır. Qazilərimiz isə Vətən sevgisinin, vətənpərvərliyin və qəhrəmanlığın canlı nümunəsi kimi cəmiyyətimizin ən böyük dəyəridir.
Bu gün Şirvan şəhərinin inkişafına öz töhfələrini verən, dövlətimizin həyata keçirdiyi mühüm layihələrin icrasında fəal iştirak edən rəhbər şəxslərdən biri də Su Təchizatı Xidmətinin Şirvan şəhər Sukanal İdarəsinin rəisi Fərhad Hüseynovdur.
Fərhad Hüseynov uzun illərdir ki, məsuliyyətli fəaliyyəti, yüksək idarəçilik bacarığı və insanlara olan səmimi münasibəti ilə kollektivin və şəhər sakinlərinin hörmətini qazanmışdır. Onun fəaliyyətində ən diqqət çəkən məqamlardan biri vətəndaş müraciətlərinə həssaslıqla yanaşması, insanların problemlərinin həlli istiqamətində operativ və obyektiv qərarlar qəbul etməsidir. Ona müraciət edən hər bir insan diqqətlə dinlənilir, müraciətlərin həlli üçün lazımi tədbirlər görülür.
Fərhad Hüseynov həm də yüksək insani keyfiyyətləri ilə seçilən rəhbərlər sırasındadır. Şəhid ailələrinə, qazilərə və həssas sosial təbəqədən olan insanlara göstərdiyi diqqət və qayğı onun vətəndaşlıq mövqeyinin, humanistliyinin və vətənpərvərliyinin bariz nümunəsidir. Dövlətimizin bu kateqoriyadan olan insanlara göstərdiyi qayğının həyata keçirilməsində o da öz töhfəsini verməyə çalışır.
Dövlətə və dövlətçiliyimizə sədaqətlə xidmət etmək Fərhad Hüseynovun fəaliyyətinin əsas prinsiplərindəndir. O, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq qalaraq, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasını daim dəstəkləyir, öz fəaliyyəti ilə dövlətimizin tərəqqisinə xidmət edir.
Su təsərrüfatı sahəsində çalışan insanlar cəmiyyət üçün həyati əhəmiyyət daşıyan bir missiyanı yerinə yetirirlər. Onların əməyi nəticəsində yaşayış məntəqələri keyfiyyətli içməli su ilə təmin olunur, ekoloji təhlükəsizlik və sanitariya normaları qorunur. Bu baxımdan Şirvan şəhər Sukanal İdarəsinin kollektivi də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək şəhərin sosial rifahına mühüm töhfələr verir.
5 İyun – Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı Günü münasibətilə Su Təchizatı Xidmətinin Şirvan şəhər Sukanal İdarəsinin rəisi Fərhad Hüseynovu və rəhbərlik etdiyi kollektivi ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti, işlərində yeni uğurlar və nailiyyətlər arzulayırıq.
Qoy fəaliyyətiniz hər zaman xalqımızın rifahına, dövlətimizin inkişafına və ölkəmizin tərəqqisinə xidmət etsin. Peşə bayramınız mübarək!
Top xəbərlər
Gün
Həftə
Ay