Gündəm
242
15-06-2026, 15:27

Dövlətçiliyə Sədaqət, Təhsilə Xidmət: Araz Paşayevin Uğur Yoluna Baxış

 Azərbaycanın qədim tarixinin canlı salnaməsi, milli-mənəvi dəyərlərimizin qoruyucusu, təbiətin bütün gözəlliklərini öz qoynunda yaşadan, qonaqpərvər insanları, şirin ləhcəsi, zəngin mətbəxi və bənzərsiz mədəniyyəti ilə dillər əzbəri olan Şəki əsrlər boyu öz adını ölkəmizin ən görkəmli bölgələri sırasında qoruyub saxlamışdır. Şəki təkcə qədim memarlıq abidələri, karvansaraları, tarixi küçələri, füsunkar təbiəti ilə deyil, həm də yetişdirdiyi ziyalılar, elm adamları, müəllimlər və dövlətinə sədaqətlə xidmət edən şəxsiyyətləri ilə tanınır. Bu torpağın saf havası, təmiz mənəviyyatı və zəngin irsi neçə-neçə dəyərli insanların formalaşmasına təsir göstərmişdir. Belə ziyalılardan biri də doğma Şəki torpağının yetirdiyi, öz peşəkarlığı, ziyalılığı və dövlətçilik prinsiplərinə sadiqliyi ilə seçilən Araz Paşayevdir. Araz Paşayev Nadir oğlu 4 iyul 1983-cü ildə qədim Şəki şəhərində dünyaya göz açmışdır. Doğulduğu şəhərin mənəvi dəyərləri, elmə və biliyə verdiyi önəm onun həyat yolunun müəyyənləşməsində mühüm rol oynamışdır. O, 2000-ci ildə Şəki şəhər 8 saylı beynəlmiləl tam orta məktəbini bitirdikdən sonra ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində davam etdirmiş, daha sonra Bakı Dövlət Universitetində magistratura təhsili almış, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisasına yiyələnmişdir. Elm və bilik sevgisi onu daim inkişaf etməyə sövq etmiş, bu gün də həmin yolun davamçısı olaraq Bakı Dövlət Universitetində əmək hüququ ixtisası üzrə doktorantura təhsili alır. Əmək fəaliyyətinə 2006-cı ildə başlayan Araz Paşayev müxtəlif yerli və beynəlxalq təşkilatlarda rəhbər vəzifələrdə çalışaraq böyük idarəçilik təcrübəsi qazanmışdır. Hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri kimi minlərlə gəncin təhsil arzularının gerçəkləşməsinə xidmət edən mühüm bir sahəyə rəhbərlik edir. Bu gün Təhsil Tələbə Krediti Fondu ali təhsil almaq istəyən gənclər üçün böyük imkanlar yaradan mühüm dövlət qurumlarından biridir. Bu quruma rəhbərlik etmək yüksək peşəkarlıqla yanaşı, böyük məsuliyyət, dövlətçilik düşüncəsi və vətəndaşlara həssas münasibət tələb edir. Araz Paşayev də öz fəaliyyəti ilə bu etimadı doğruldaraq gənclərin təhsil imkanlarının genişlənməsinə töhfə verir. Onun fəaliyyətinin mühüm istiqamətlərindən biri də pedaqoji sahə ilə bağlıdır. Müxtəlif ali təhsil müəssisələrində insan resurslarının idarə olunması, korporativ mədəniyyət, əmək və sosial təminat hüququ sahələrində dərs deməsi onun bilik və təcrübəsini gələcək nəsillərlə bölüşmək istəyindən irəli gəlir. Araz Paşayevi yaxından tanıyanlar onun sadəliyini, mehribanlığını, insanlara qarşı səmimi münasibətini xüsusi qeyd edirlər. Vəzifəsindən asılı olmayaraq insanlarla ünsiyyətdə sadəliyini qoruması, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etməsi, şəhid ailələrinə və qazilərə diqqət və qayğı göstərməsi onun şəxsiyyətinin ən dəyərli xüsusiyyətlərindəndir. O, doğulduğu Şəki torpağına da hər zaman bağlı qalan ziyalılardandır. Çünki insan harada çalışmasından asılı olmayaraq, onu yetişdirən torpağa olan sevgisini və mənəvi bağlılığını heç zaman unutmur. Araz Paşayev də öz elinə-obasına bağlılığı ilə seçilən insanlardandır. "Araz" adı Azərbaycan xalqının yaddaşında xüsusi məna daşıyır. Bu ad qüdrətin, saflığın, axıcılığın və vətən sevgisinin rəmzi hesab olunur. Azərbaycanın ən məşhur çaylarından biri olan Araz necə ki, öz axarı ilə torpaqlara həyat verir, Araz Paşayev də öz fəaliyyəti ilə insanların həyatına fayda verməyə, onların inkişafına töhfə göstərməyə çalışır. Bu mənada onun adı ilə xarakteri arasında gözəl bir uyğunluq hiss olunur. Bu gün Azərbaycan xalqı böyük qürur hissi ilə 15 İyun – Milli Qurtuluş Gününü qeyd edir. Bu tarix Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi, dövlətçiliyimizin xilası günü kimi əbədi yaddaşlara həkk olunmuşdur. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizi ağır böhrandan çıxarmış, sabitlik və inkişafın əsasını qoymuşdur. Məhz Ümummilli Lider Heydər Əliyevin elmə, təhsilə və ziyalılara göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycanda güclü intellektual potensial formalaşmışdır. Bu siyasət bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsilin inkişafına göstərilən diqqət və qayğı ölkəmizin gələcəyinə qoyulan ən böyük sərmayədir. Belə bir dövlət qayğısından ruhlanan ziyalılardan biri kimi Araz Paşayev də öz fəaliyyətini xalqımıza, dövlətimizə və təhsilimizin inkişafına xidmət üzərində qurmuşdur. Bu əlamətdar günlərdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, dəyərli ziyalı Araz Paşayevi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edir, eyni zamanda qarşıdan gələn doğum günü münasibətilə ən səmimi arzularımı çatdırıram. Hörmətli Araz müəllim!                               Qoy qədəm qoymaqda olduğunuz yeni yaşınız sizə yeni uğurlar, möhkəm can sağlığı, ailə səadəti və xoşbəxt günlər gətirsin. Qəlbinizdə yaşatdığınız bütün arzular gerçəkləşsin. Doğma Şəki torpağının yetirdiyi ziyalı kimi bundan sonra da dövlətimizə, xalqımıza və təhsilimizin inkişafına dəyərli töhfələr verməyə davam edəsiniz. Sizə həyat yaşınızda yeni nailiyyətlər, sevdiklərinizlə birlikdə uzun və mənalı ömür arzulayırıq. Qoy həm Milli Qurtuluş Gününün yaratdığı qürur hissi, həm də doğum gününüzün sevinci həyatınıza daim işıq saçsın. Bayramınız və qarşıdan gələn doğum gününüz mübarək olsun, Araz müəllim!