Azərbaycanın zəngin tarixi, milli-mənəvi dəyərləri və dövlətçilik ənənələri ölkəmizin hər bir bölgəsində yetişən vətənpərvər insanların fəaliyyəti ilə daha da möhkəmlənir. Belə şəxsiyyətlərdən biri də uzun illərdir xalqın etimadını qazanan, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edən ictimai-siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, V, VI və VII çağırış deputatı İmamverdi İbiş oğlu İsmayılovdur.1958-ci il iyunun 10-da Azərbaycanın füsunkar guşələrindən biri olan Zəngilan rayonunun Sənədli kəndində dünyaya göz açan İmamverdi İsmayılov bu gün ömrünün 68-ci ilinə qədəm qoyur. Onun keçdiyi həyat yolu zəhmətə, xalqa xidmətə, vətənə bağlılığa və yüksək vətəndaşlıq məsuliyyətinə söykənən nümunəvi bir ömür yoludur.Zəngilan rayonu qədim tarixi, zəngin mədəniyyəti və vətənpərvər insanları ilə Azərbaycanın ən gözəl bölgələrindən biridir. İşğal illərində böyük çətinliklər yaşamış bu rayonun sakinləri hər zaman dövlətə sədaqət nümayiş etdirmiş, Vətənə bağlılıqlarını qoruyub saxlamışlar. Zəngilanın yetirdiyi ziyalılardan biri olan İmamverdi İsmayılov da doğulduğu torpağın adını daim uca tutaraq fəaliyyət göstərmişdir.İmamverdi müəllimin ictimai-siyasi fəaliyyəti uzun illəri əhatə edir. O, müxtəlif dövrlərdə xalqın etimadını qazanaraq dəfələrlə Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmişdir. Bu etimadın əsasında onun insanlarla səmimi münasibəti, problemlərə həssas yanaşması, dövlət maraqlarını hər şeydən üstün tutması dayanır. O, parlament fəaliyyətində ölkəmizin inkişafına xidmət edən qanunların qəbulunda yaxından iştirak etmiş, seçicilərinin problemlərinin həllinə xüsusi diqqət göstərmişdir.İmamverdi İsmayılov hər zaman dövlətçiliyin möhkəmlənməsi, milli maraqların qorunması və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi istiqamətində həyata keçirilən siyasəti dəstəkləmişdir. Onun fəaliyyətində dövlətə və dövlətçiliyə sədaqət əsas prinsiplərdən biri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar, həyata keçirilən genişmiqyaslı islahatlar, sosial rifahın yüksəldilməsi istiqamətində görülən işlər İmamverdi müəllim tərəfindən daim yüksək qiymətləndirilmişdir.Azərbaycan xalqının tarixində xüsusi yer tutan 44 günlük Vətən müharibəsi ölkəmizin gücünü, xalq-iqtidar birliyini və Azərbaycan Ordusunun qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan möhtəşəm Qələbə nəticəsində Zəngilan rayonu da işğaldan azad edildi. Bu tarixi Zəfər hər bir zəngilanlı kimi İmamverdi İsmayılov üçün də böyük qürur mənbəyinə çevrildi. O, hər zaman Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləmiş, torpaqlarımızın azad olunması uğrunda aparılan mübarizədə dövlətimizin yanında olmuşdur.İmamverdi müəllimin fəaliyyətində diqqət çəkən mühüm məqamlardan biri də şəhid ailələrinə, qazilərimizə və aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğıdır. O, imkanları daxilində daim ehtiyacı olan insanların yanında olmağa çalışmış, onların problemlərinin həllinə dəstək vermişdir. Şəhid ailələrinin və qazilərimizin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərə xüsusi həssaslıqla yanaşması onun humanist və xeyirxah insan kimi tanınmasına səbəb olmuşdur.İnsanlarla ünsiyyətdə sadəliyi, səmimiyyəti, məsuliyyət hissi və yüksək təşkilatçılıq bacarığı İmamverdi İsmayılovu seçicilərinin gözündə hörmətli və nüfuzlu şəxsiyyətə çevirib. O, uzun illər ərzində qazandığı etimadı əməli fəaliyyəti ilə doğrultmağa çalışmış, xalqın etibarını ən böyük mükafat hesab etmişdir.Bu günlərdə 10 iyun tarixində doğum gününü qeyd edən İmamverdi İbiş oğlu İsmayılovu səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Uca Allahdan arzumuz budur ki, o, bundan sonra da Azərbaycan dövlətinin inkişafı, xalqımızın rifahı naminə fəaliyyətini uğurla davam etdirsin.Eyni zamanda İmamverdi müəllimi və bütün Azərbaycan xalqını qarşıdan gələn 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edir, dövlətimizin əbədi, müstəqilliyimizin dönməz, xalqımızın birliyinin sarsılmaz olmasını arzulayırıq. Milli Qurtuluş Günümüz mübarək olsun!