Gündəm
132
15-06-2026, 03:39

Jurnalistikanın Gücü Obyektivlikdədir: Faktlar Danışanda Qərəz Susmalıdır


Müasir informasiya dövründə hər hansı bir məsələ haqqında fikir formalaşdırarkən təkcə iddialara deyil, rəsmi faktlara, araşdırmalara və sübutlara əsaslanmaq olduqca vacibdir. Xüsusilə dövlət qurumlarında çalışan vəzifəli şəxslərin fəaliyyəti ilə bağlı səsləndirilən fikirlər cəmiyyət tərəfindən diqqətlə izlənilir və müzakirə olunur. Jurnalistikanın əsas missiyası hər hansı şəxsi hədəfə çevirmək deyil, həqiqəti üzə çıxarmaq, cəmiyyəti obyektiv və qərəzsiz məlumatlandırmaqdır. Bu baxımdan istənilən iddia hüquqi qiymətini almadan əvvəl onu qəti hökm kimi təqdim etmək nə peşə etikası, nə də hüquqi prinsiplər baxımından doğru hesab edilə bilər. Gəncə şəhərinin kommunal təsərrüfatı və su təchizatı sahəsi uzun illərdir mürəkkəb infrastruktur problemləri ilə üzləşən sahələrdən biridir. Belə bir sahədə çalışan rəhbər şəxslərin fəaliyyəti barədə fikir yürüdərkən mövcud çətinlikləri, texniki imkanları və illər ərzində formalaşmış problemləri də nəzərə almaq lazımdır. Gəncə şəhər “Su-Kanal” idarəsinin rəisi Şöhrəddin Verdiyev haqqında onu tanıyan şəxslər tərəfindən səsləndirilən fikirlər arasında insanlarla səmimi münasibəti, müraciətlərə həssas yanaşması, işçi kollektivi ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurması kimi məqamlar da qeyd olunur. Bildirilir ki, vətəndaşların müraciətlərinə imkan daxilində baxılması, mövcud problemlərin həlli istiqamətində addımlar atılması onun fəaliyyətində diqqət yetirdiyi məsələlərdəndir. Dövlət qulluqçusunun əsas vəzifələrindən biri vətəndaşlara xidmət göstərməkdir. Bu baxımdan insanların problemlərinə həssas yanaşmaq, şəhid ailələrinə, qazilərə və sosial qayğıya ehtiyacı olan şəxslərə diqqət göstərmək cəmiyyət tərəfindən hər zaman yüksək qiymətləndirilən xüsusiyyətlərdəndir. Azərbaycan xalqının böyük qürur hissi ilə qeyd etdiyi 15 İyun – Milli Qurtuluş Günü də dövlətçiliyimizin tarixində mühüm yer tutur. Məhz Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan mürəkkəb ictimai-siyasi böhrandan çıxaraq sabitlik və inkişaf yoluna qədəm qoymuşdur. Bu gün həmin siyasi kurs Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və ölkəmizin inkişafı naminə mühüm işlər görülür. Milli Qurtuluş Günü münasibətilə bütün dövlət qulluqçularını, o cümlədən Gəncə şəhər “Su-Kanal” idarəsinin rəisi Şöhrəddin Verdiyevi təbrik edir, fəaliyyətində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayırıq. Eyni zamanda hesab edirik ki, istənilən məsələyə münasibət bildirərkən ədalət, obyektivlik və məsuliyyət prinsiplərinə sadiq qalmaq vacibdir. Cəmiyyətə doğru informasiya təqdim etmək, faktları dəqiqləşdirmək və yalnız sübuta əsaslanan nəticələr çıxarmaq həm jurnalistikanın, həm də vətəndaş məsuliyyətinin əsas tələblərindəndir. Ağa ağ, qaraya qara demək, həqiqəti qərəzdən üstün tutmaq sağlam cəmiyyətin və peşəkar jurnalistikanın başlıca prinsiplərindən biridir.