---
157
11-06-2026, 15:08

Milli Qurtuluşdan Güclü İnkişafa: Şəmkirin Tərəqqisinə Xidmət Edən Fədakar İnsanlar

Azərbaycanın ən gözəl və zəngin bölgələrindən biri olan Şəmkir rayonu əsrlər boyu özünün qonaqpərvər insanları, zəhmətkeş sakinləri, elm adamları, ziyalıları və vətənpərvər övladları ilə tanınmışdır. Füsunkar təbiəti, məhsuldar torpaqları və qədim tarixi ilə seçilən Şəmkir bu gün də ölkəmizin sosial-iqtisadi inkişafında mühüm rol oynayan rayonlarımızdan biridir.
Şəmkir torpağı hər zaman Vətəninə bağlı, dövlətinə sədaqətli insanlar yetişdirmişdir. Xüsusilə 44 günlük Vətən müharibəsində rayonun igid oğulları misilsiz qəhrəmanlıq göstərərək Azərbaycanın şanlı zəfər tarixinin yazılmasında böyük rol oynamışlar. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim qəlblərdə yaşayır, qazilərimizin göstərdiyi şücaət isə gələcək nəsillər üçün örnək olaraq qalır.
Azərbaycan kənd təsərrüfatının inkişafında mühüm xidmətləri olan qurumlardan biri də "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətidir. Yarandığı gündən etibarən "Aqrolizinq" ASC kənd təsərrüfatı istehsalçılarının müasir texnika, avadanlıq, gübrə və digər zəruri vasitələrlə təmin olunmasına mühüm töhfələr vermiş, aqrar sahənin inkişafında əhəmiyyətli rol oynamışdır. Bu qurumun fəaliyyəti ölkəmizdə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, kənd təsərrüfatında məhsuldarlığın artırılmasına və fermerlərin işinin asanlaşdırılmasına xidmət edir.
"Aqrolizinq" ASC-nin Şəmkir "Aqroservis" filialının direktoru Rüstəm Alı oğlu Qasımov da öz fəaliyyəti ilə kənd təsərrüfatının inkişafına töhfə verən, kollektivin və rayon sakinlərinin hörmətini qazanan rəhbər şəxslərdən biridir.
Rüstəm Qasımov məsuliyyətli fəaliyyəti, işgüzarlığı və yüksək insani keyfiyyətləri ilə seçilən rəhbərlər sırasındadır. O, rəhbərlik etdiyi kollektivdə sağlam iş mühitinin formalaşmasına xüsusi önəm verir, vətəndaş müraciətlərinə həssas yanaşır, fermerlərin və kənd təsərrüfatı ilə məşğul olan insanların problemlərinin həlli istiqamətində əlindən gələni əsirgəmir. Onun qəbuluna gələn insanlar səmimiyyətlə qarşılanır, müraciətləri diqqətlə dinlənilir və mövcud imkanlar çərçivəsində problemlərin həlli üçün zəruri addımlar atılır.
Rüstəm Qasımovun fəaliyyətində diqqət çəkən mühüm məqamlardan biri də şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdır. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə hörmət və ehtiram göstərilməsi onun vətəndaşlıq mövqeyinin əsas göstəricilərindəndir.
Dövlətə və dövlətçiliyimizə sədaqətlə xidmət etmək Rüstəm Qasımovun fəaliyyət prinsiplərinin əsasını təşkil edir. O, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ideyalarına sadiq qalaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasəti daim dəstəkləyən, ölkəmizin inkişafına öz töhfəsini verməyə çalışan rəhbər şəxslərdəndir. Dövlətimizin maraqlarını hər şeydən üstün tutması, ölkəmizin tərəqqisinə xidmət etməsi onun fəaliyyətində özünü aydın şəkildə göstərir.
Bu gün Azərbaycanın qazandığı uğurların təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır. Məhz həmin siyasətin uğurla davam etdirilməsi nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilmiş, bütün sahələrdə böyük nailiyyətlər əldə etmişdir.
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyətə malik tarixi günlərdən biridir. Bu əlamətdar tarix xalqımızın dövlətçilik ənənələrinin qorunub saxlanılmasının, sabitliyin və inkişafın təntənəsinin simvoludur.
Bu əlamətdar gün münasibətilə "Aqrolizinq" ASC-nin Şəmkir "Aqroservis" filialının direktoru Rüstəm Alı oğlu Qasımovu səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, uzun ömür, məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar və nailiyyətlər arzulayırıq.
Qoy fəaliyyətiniz daim xalqımıza, dövlətimizə və Azərbaycanımızın tərəqqisinə xidmət etsin. 15 İyun – Milli Qurtuluş Gününüz mübarək olsun! :::