Gündəm
34
9-05-2026, 16:29

Sumqayıtın Sahibkarliq Nümunəsi – Ordubad Marketin Rəhbəri Taleh Əfrasiyaboğlunun Xalqına və Dövlətinə Sədaqətli Xidməti

Azərbaycanın sürətlə inkişaf edən şəhərlərindən biri olan Sumqayıt həm sənaye potensialı, həm də qonaqpərvər insanları ilə daim seçilib. Bu şəhərdə fəaliyyət göstərən sahibkarlar arasında öz zəhməti, humanistliyi və vətənpərvərliyi ilə hörmət qazanan insanlardan biri də Ordubad Marketin rəhbəri Taleh Əfrasiyaboğludur. Taleh müəllim uzun illərdir ki, təkcə sahibkarlıq fəaliyyəti ilə deyil, həm də dövlətə, dövlətçiliyə və insanlara göstərdiyi diqqət və qayğı ilə tanınır.Ordubad Market bu gün Sumqayıt şəhərində etibarlı və nümunəvi ticarət məkanlarından biri kimi tanınır. Burada insanların rahatlığı, keyfiyyətli xidmət və müştəri məmnuniyyəti hər zaman ön planda saxlanılır. Taleh müəllimin rəhbərliyi altında fəaliyyət göstərən kollektiv daim insanlara hörmətlə yanaşır, dürüst xidmət prinsiplərini əsas tutur. Məhz buna görə də market şəhər sakinlərinin etimadını qazanıb.
Taleh Əfrasiyaboğlu iş fəaliyyətində daim zəhmətkeşliyi, məsuliyyəti və yüksək idarəçilik bacarığı ilə seçilir. O, rəhbərlik etdiyi müəssisədə işçilərin sosial rifahına diqqət göstərir, onların problemlərinə həssas yanaşır və mehriban kollektiv mühiti formalaşdırır. Onun rəhbərliyi altında çalışan əməkdaşlar Taleh müəllimi qayğıkeş və ədalətli rəhbər kimi dəyərləndirirlər.Taleh müəllimin fəaliyyətində ən önəmli məqamlardan biri də dövlətə və dövlətçiliyə olan bağlılığıdır. O, hər zaman ölkə rəhbərliyinin həyata keçirdiyi siyasəti dəstəkləyir, milli-mənəvi dəyərlərimizin qorunmasına böyük önəm verir. Xalqın rifahına xidmət etməyi özünün əsas vətəndaşlıq borcu hesab edir.
Xüsusilə Vətən müharibəsindən sonra şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət Taleh müəllimin necə böyük ürəyə sahib insan olduğunu bir daha nümayiş etdirir. O, mütəmadi olaraq şəhid ailələrinin qayğıları ilə maraqlanır, qazilərimizə dəstək göstərir və onların yanında olmağa çalışır. Bununla yanaşı, aztəminatlı ailələrə yardım etməsi, ehtiyacı olan insanlara əl tutması onun xeyirxah əməllərinin bariz nümunəsidir. İnsanlara yardım etməyi mənəvi borc sayan Taleh müəllim cəmiyyət içərisində böyük hörmət qazanıb.Belə nümunəvi insanlar ölkəmizin inkişafında mühüm rol oynayır. Sahibkarlıq fəaliyyəti ilə yanaşı sosial məsuliyyət daşımaq, xalqa xidmət etmək hər kəsə nəsib olmur. Taleh Əfrasiyaboğlu isə öz fəaliyyəti ilə göstərir ki, əsl rəhbər yalnız idarəçi deyil, həm də insanların yanında olan, dövlətinə və xalqına sədaqətlə xidmət edən şəxsdir.Sonda Ordubad Marketin rəhbəri Taleh Əfrasiyaboğlunu və bütün işçi kollektivini 9 May – Qələbə Bayramı münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, fəaliyyətlərində uğurlar, bol ruzi-bərəkət və daim yüksəliş arzulayırıq.Qoy ölkəmizin firavanlığı və xalqımızın birliyi naminə gördükləri işlər hər zaman uğurla davam etsin.