
Cəmiyyətimizdə elə insanlar var ki, onların adı yalnız sahibkarlıq fəaliyyəti ilə deyil, həm də insani keyfiyyətləri, xeyirxahlığı və vətənə bağlılığı ilə çəkilir. Belə nüfuzlu iş adamlarından biri də Hacı Tofiq Hüseynovdur. Uzun illərdir ki, o, rəhbəri olduğu müəssisələrdə təkcə iqtisadi fəaliyyətlə kifayətlənməyərək, sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq ehtiyacı olan insanlara dəstək göstərməyi özünün mənəvi borcu hesab edir.Onu tanıyanların fikrincə, Hacı Tofiq Hüseynov sadəliyi, səmimiyyəti və insanlara olan diqqəti ilə seçilən bir şəxsiyyətdir. Xüsusilə şəhid ailələrinə, qazilərə göstərdiyi qayğı, müxtəlif xeyriyyə aksiyalarında iştirakı və daim insanlara dayaq olması onun cəmiyyətdə qazandığı hörmətin əsas səbəblərindəndir. 44 günlük Vətən müharibəsi dövründə dövlətimizin həyata keçirdiyi genişmiqyaslı dəstək tədbirləri ilə yanaşı, məhz belə vətənpərvər sahibkarların könüllü təşəbbüsləri də böyük əhəmiyyət kəsb etmişdir.

Hacı Tofiq Hüseynovun hərbi hissələrə, əsgərlərimizə göstərdiyi maddi və mənəvi dəstək, əsgər ailələrinin yanında olması onun vətənə bağlılığının bariz nümunəsidir.Lakin son günlər bəzi media resurslarında yayılan və Sumqayıt şəhərində fəaliyyət göstərən bir obyekt ətrafında baş verdiyi iddia olunan hadisə ilə bağlı səsləndirilən fikirlər cəmiyyətdə müəyyən suallar doğurmuşdur. Sahibkar tərəfindən irəli sürülən iddialar hələ hüquqi müstəvidə tam araşdırılmadan, birtərəfli qaydada ictimailəşdirilmiş və bu da müəyyən mənada obyektivlik prinsipinin pozulmasına gətirib çıxarmışdır.Məsələnin diqqət çəkən tərəflərindən biri də odur ki, iddia olunan faktlar hələ rəsmi şəkildə təsdiqini tapmamış, qarşı tərəfin mövqeyi isə geniş şəkildə işıqlandırılmamışdır. Halbuki jurnalistika peşəsinin əsas prinsiplərindən biri tərəflərin balanslı təqdim olunması, hər bir iddianın dəqiqliklə araşdırılması və yalnız təsdiqlənmiş faktların ictimaiyyətə çatdırılmasıdır. Bu baxımdan, tələsik və birtərəfli yanaşma istənilən nüfuz sahibi insanın adına kölgə sala bilər.İddialarda qeyd olunan müqavilə məsələsi, əmlakın dağıdılması və maddi zərər kimi məqamlar ciddi hüquqi araşdırma tələb edir. Hüquqşünasların da vurğuladığı kimi, belə halların hüquqi qiymətini yalnız məhkəmə orqanları verə bilər. Bu səbəbdən, məsələyə emosional deyil, hüquqi müstəvidə yanaşılması daha məqsədəuyğundur. Digər tərəfdən, Hacı Tofiq Hüseynov kimi uzun illərdir işgüzar nüfuz qazanan, qanunun aliliyinə hörmətlə yanaşan bir sahibkarın belə addımlar atması ilə bağlı iddialar da məntiqi baxımdan suallar doğurur. Onu yaxından tanıyanlar yaxşı bilir ki, o, hər zaman qanun çərçivəsində fəaliyyət göstərməyə üstünlük verən, insanlarla münasibətdə qarşılıqlı hörmət prinsipini əsas tutan bir iş adamıdır.Bütün bunları nəzərə alaraq demək olar ki, səsləndirilən ittihamlar yalnız bir tərəfin mövqeyinə əsaslanır və yekun nəticə çıxarmaq üçün kifayət etmir. Ədalət prinsipi tələb edir ki, hər bir məsələ hərtərəfli araşdırıldıqdan, bütün faktlar üzə çıxdıqdan sonra ictimai rəy formalaşsın.Cəmiyyət olaraq bizlər hər zaman xeyirxahlığı, insanpərvərliyi və vətənə xidmət edən şəxsləri qorumağı bacarmalıyıq. Bu günə qədər gördüyü işlərlə insanların rəğbətini qazanan Hacı Tofiq Hüseynovun da fəaliyyətinə məhz bu prizma ilə yanaşmaq daha ədalətli olardı. Sonda hörmətli Hacı Tofiq Hüseynovu Müqəddəs Ramazan ayı münasibətilə ürəkdən təbrik edir, tutduğu orucların, etdiyi duaların və qıldığı namazların Uca Allah dərgahında qəbul olunmasını arzulayırıq. Qarşıdan gələn bahar müjdəçisi Novruz bayramı münasibətilə ona möhkəm can sağlığı, işlərində uğurlar və yeni-yeni xeyirxah təşəbbüslər arzulayırıq.Qoy haqq və ədalət hər zaman qalib gəlsin.