Gündəm
96
9-04-2026, 14:56

29 illik etimad və uğur yolu – “PRANT” beynəlxalq informasiya agentliyi


Azərbaycanın dinamik inkişaf edən sahələrindən biri olan daşınmaz əmlak bazarında öz möhkəm mövqeyi və peşəkarlığı ilə seçilən PRANT beynəlxalq informasiya agentliyi artıq 29 ildir ki, uğurlu fəaliyyət yolu keçərək etimad qazanmış lider qurumlardan biri kimi tanınır. 1997-ci ildə agentliyin təsisçisi və Prezidenti Yusif Ələkbərovin rəhbərliyi ilə yaradılan “PRANT” qısa müddətdə özünü etibarlı tərəfdaş və peşəkar xidmət göstərən təşkilat kimi təsdiq etmişdir.
Fəaliyyətə daşınmaz əmlakın alqı-satqısı və icarəsi üzrə xidmətlərlə başlayan agentlik zamanla fəaliyyət sahəsini genişləndirərək, bu gün artıq orta və iri miqyaslı investisiya layihələrinin həyata keçirilməsində öncül özəl müəssisələrdən birinə çevrilmişdir. “PRANT” yalnız daxili bazarda deyil, eyni zamanda xarici sərmayənin cəlb olunması, iqtisadi və maliyyə layihələrinin hazırlanması, hüquqi və menecment xidmətlərinin göstərilməsi istiqamətində də mühüm rol oynayır.
Agentliyin təqdim etdiyi xidmətlər kompleks xarakter daşıyır. Buraya yüksək gəlirli investisiya layihələrinin hazırlanması, onların reallaşdırılması üçün iqtisadi və maliyyə mexanizmlərinin qurulması, hüquqi məsləhətlərin verilməsi, peşəkar idarəetmə xidmətləri, tikinti işlərinin təşkili, eləcə də kommunal və digər xidmətlərin göstərilməsi daxildir. Bu isə “PRANT”ı bazarda fərqləndirən əsas üstünlüklərdən biridir.
Bu gün “PRANT” yalnız Azərbaycanın daşınmaz əmlak sektorunda deyil, beynəlxalq müstəvidə də öz nüfuzunu təsdiqləmişdir. Agentlik müxtəlif ölkələrin nüfuzlu təşkilatları və şirkətləri ilə əməkdaşlıq edərək qlobal biznes mühitində də uğurla təmsil olunur.
Agentliyin əldə etdiyi beynəlxalq mükafatlar onun fəaliyyətinin yüksək qiymətləndirildiyini bir daha sübut edir. 2004-cü ildə Roma şəhərində keçirilən müsabiqədə “Qızıl Ulduz” mükafatına layiq görülməsi, 2006-cı ildə Sürixdə “Avropada nüfuz və keyfiyyət lideri” adına sahib olması, eləcə də Parisdə “Qızıl Medal” ilə təltif edilməsi agentliyin beynəlxalq səviyyədə qazandığı uğurların bariz nümunəsidir.
Eyni zamanda, 2005-ci ildə ABŞ-Azərbaycan Ticarət Palatasına üzv qəbul olunması, 2007-ci ildə Frankfurt şəhərində “Avropa Arkası” mükafatını qazanması və daha sonra Londonda “Beynəlxalq Keyfiyyət Tacı” mükafatına layiq görülməsi “PRANT”ın davamlı inkişaf strategiyasının uğurlu nəticəsidir.
Agentliyin Prezidenti Yusif Ələkbərovun fəaliyyəti də yüksək qiymətləndirilmiş, o, beynəlxalq təşkilatların qərarı ilə “Sülhməramlı səfir” fəxri adına layiq görülmüşdür. Bu fakt “PRANT”ın yalnız iqtisadi deyil, həm də sosial və humanitar sahələrdə fəal mövqe tutduğunu göstərir.
Bu gün “PRANT” geniş struktur quruluşuna malik müasir agentlik kimi fəaliyyət göstərir. Onun marketinq, maliyyə, iqtisadiyyat, hüquq, tərcümə, tikinti və kommunal xidmətlər üzrə bölmələri müştərilərə kompleks və keyfiyyətli xidmət təqdim edir. Bakının müxtəlif ünvanlarında yerləşən filialları vasitəsilə agentlik geniş müştəri kütləsinə xidmət göstərir.
“Xidmət göstərilərkən hər bir müştəriyə fərdi yanaşma!” prinsipini əsas tutan “PRANT” yarandığı gündən etibarən sivil bazar prinsiplərinə sadiq qalaraq müştəri məmnuniyyətini prioritet hesab edir. Bu yanaşma agentliyə uzun illər ərzində etibarlı tərəfdaş imici qazandırmışdır.
29 illik fəaliyyət yolu göstərir ki, peşəkarlıq, məsuliyyət və düzgün strategiya uğurun əsas açarıdır. “PRANT” beynəlxalq informasiya agentliyi bu prinsiplərə sadiq qalaraq gələcəkdə də yeni uğurlara imza atmaq əzmindədir.
Top xəbərlər
Gün
Həftə
Ay