
Müasir informasiya əsrində medianın etibarlılığı, peşəkarlığı və operativliyi hər bir cəmiyyətin inkişaf səviyyəsini müəyyən edən başlıca göstəricilərdən biridir.
Qlobal informasiya məkanında nüfuzlu imza kimi tanınan «PRANT» Beynəlxalq İnformasiya Agentliyinin təsisçisi və prezidenti Yusif Ələkbərovun fəaliyyəti təkcə media sahəsi ilə məhdudlaşmır. Onun həyat yoluna nəzər saldıqda aydın görünür ki, bu yolun əsasını yüksək insani keyfiyyətlər, vətənə bağlılıq və insanlara xidmət amalı təşkil edir. Çünki hər bir böyük şəxsiyyət üçün ən ali vəzifə tutduğu mövqe deyil, insanlıqdır. Yusif Ələkbərov da məhz bu dəyərləri ilə seçilən, ətrafında hörmət və etimad qazanan nümunəvi insanlardan biridir.
Uca Tanrının Azərbaycan xalqına bəxş etdiyi belə dəyərli şəxsiyyətlər cəmiyyətin mənəvi dayağı, inkişafın isə aparıcı qüvvəsi hesab olunur. 12 aprel tarixi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu gün yalnız Yusif Ələkbərovun doğum günü deyil, eyni zamanda onun rəhbərliyi ilə 1997-ci ildə əsası qoyulan «PRANT» şirkətinin fəaliyyətə başlamasının ildönümüdür. Artıq 29 ildir ki, bu qurum həm daşınmaz əmlak sahəsində, həm də informasiya mühitində öz sözünü deyən, etibarlılığı və peşəkarlığı ilə seçilən aparıcı strukturlardan biri kimi tanınır. Yusif Ələkbərovun rəhbərliyi altında «PRANT» yalnız biznes fəaliyyəti ilə kifayətlənməyərək, həm də sosial məsuliyyət prinsiplərini ön planda saxlayan bir quruma çevrilib. Onun fəaliyyətində dövlətə və dövlətçiliyə sədaqət, Ulu Öndər Heydər Əliyev ideyalarına bağlılıq açıq şəkildə özünü göstərir. Bu sədaqət təkcə sözlərdə deyil, konkret əməllərdə də öz təsdiqini tapır. Vətənə və torpağa bağlılıq, milli dəyərlərə hörmət Yusif Ələkbərovun həyat fəlsəfəsinin ayrılmaz hissəsidir. O, hər zaman şəhid ailələrinə və qazilərə diqqət və qayğı ilə yanaşaraq, onların sosial rifahının yaxşılaşdırılmasına öz töhfəsini verir. Eyni zamanda, aztəminatlı ailələrin yanında olması, ehtiyacı olan insanlara dəstək göstərməsi onun böyük ürək sahibi olduğunu bir daha sübut edir.
Media ilə əməkdaşlıq sahəsində də Yusif Ələkbərovun fəaliyyəti xüsusi qeyd olunmalıdır. O, sağlam və obyektiv mətbuatın inkişafına daim dəstək verərək, jurnalistlərin fəaliyyətinə yüksək dəyər göstərir. Kütləvi informasiya vasitələri ilə qurduğu səmimi və qarşılıqlı hörmətə əsaslanan münasibətlər onun açıq, şəffaf və ictimaiyyətə yaxın rəhbər olduğunu nümayiş etdirir. Onun rəhbərlik etdiyi «PRANT» həm informasiya sahəsində, həm də daşınmaz əmlak bazarında qazandığı uğurlarla bu gün etibarlı və nüfuzlu bir brendə çevrilib. Bu uğurların təməlində isə Yusif Ələkbərovun zəhməti, uzaqgörənliyi və ən əsası insanlara olan sevgisi dayanır.
Sonda isə böyük hörmət və ehtiramla qeyd etmək istəyirik ki, 12 aprel doğum günü, həm də «PRANT» şirkətinin 29 ili tamam olması münasibətilə Yusif Ələkbərovu ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Qoy onun xeyirxah əməlləri, insanlıq missiyası və Vətənə olan sədaqəti hər zaman davamlı
olsun.