Gündəm
23
19-03-2026, 14:38

Qələbədən doğan həyat: Laçının dirçəlişi və insan sağlamlığının keşiyində duran Fariz Əsədov

44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra Azərbaycanın dilbər guşələrindən biri olan Laçın rayonu yenidən öz doğma nəfəsini, həyat ritmini bərpa etməyə başlayıb. İllərlə həsrətində olduğumuz bu müqəddəs torpaq bu gün yenidən dirçəlir, abadlaşır, həyat qaynayır.
Laçın təkcə coğrafi məkan deyil – o, saf təbiətin, uca dağların, buz bulaqların, dumduru havanın və qonaqpərvər insanların vəhdətidir. Rayonun əsrarəngiz təbiəti, meşələrlə örtülü dağları, sərin yaylaqları və göz oxşayan mənzərələri buraya gələn hər kəsi heyran edir. Laçının təmiz havası, saf suyu və sakit mühiti insan ruhuna dinclik bəxş edir. Bu torpağın insanları isə öz səmimiyyəti, mərdliyi və qəlb təmizliyi ilə seçilir – onlar Vətənə bağlılığın, torpağa sədaqətin canlı nümunəsidirlər.
Bu gün Laçında yalnız infrastruktur deyil, həm də sosial sahələr, xüsusilə səhiyyə sistemi yenidən qurulur və inkişaf edir. Bu istiqamətdə mühüm xidmətləri ilə seçilən ziyalılardan biri də Fariz Əsədovdur. O, rəhbərlik etdiyi 
Ağcabədi rayonu Taxta Körpü ərazisindəki qəsəbədə fəaliyyət göstərən Laçın Rayon Gigiyena və Epidemiologiya Mərkəzi vasitəsilə əhalinin sağlamlığının qorunması, gigiyenik və epidemioloji təhlükəsizliyin təmin olunması sahəsində böyük məsuliyyətlə çalışır.
Fariz Əsədov öz peşəsinə ürəkdən bağlı, insan sağlamlığını hər şeydən üstün tutan bir mütəxəssis kimi tanınır. Onun fəaliyyəti yalnız vəzifə borcunun icrası ilə məhdudlaşmır – o, eyni zamanda insanlara qayğı ilə yanaşan, onların problemlərinə həssaslıqla reaksiya verən, hər zaman köməyə hazır olan bir ziyalıdır. Onun rəhbərliyi altında görülən işlər Laçında sağlam mühitin formalaşmasına, insanların rifah halının yaxşılaşmasına mühüm töhfə verir.
Dövlətə və dövlətçiliyə sədaqət Fariz Əsədovun həyat prinsipidir. O, hər zaman ölkəmizin inkişafına xidmət etməyi özünə borc bilmiş, bu yolda yorulmadan fəaliyyət göstərmişdir. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə onun göstərdiyi vətənpərvərlik nümunəsi təqdirəlayiqdir. Həmin çətin və şərəfli günlərdə o, hərbi hissələrə və əsgərlərimizə dəstək olmuş, həm maddi, həm də mənəvi köməyini əsirgəməmişdir. Eyni zamanda şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı onun yüksək insani keyfiyyətlərinin bariz göstəricisidir.
Bu gün Laçının yenidən dirçəlməsi, həyatın bərpası məhz belə vətənpərvər, peşəkar və vicdanlı insanların əməyinin nəticəsidir. Fariz Əsədov kimi ziyalıların fəaliyyəti rayonun gələcəyinə olan inamı daha da artırır.
Sonda hörmətli Fariz Əsədovu Müqəddəs Ramazan ayı münasibətilə səmimi qəlbdən təbrik edir, tutduğu orucların, etdiyi duaların və qıldığı namazların Uca Allah dərgahında qəbul olunmasını arzulayırıq. Qarşıdan gələn bahar müjdəçisi Novruz bayramı münasibətilə ona möhkəm can sağlığı, uzun ömür, fəaliyyətində yeni uğurlar və daim xalqına faydalı olmağı diləyirik.
Qoy Laçının saf havası kimi təmiz niyyətlər, bu torpağın dağları kimi uca əməllər hər zaman yolumuzu işıqlandırsın!