Gündəm
27
17-03-2026, 15:38

Yaşıllıqlara xidmət – həyat amalı: Yaşar Salahovun nümunəvi fəaliyyəti

Paytaxtımızın gözəlliyi, ekoloji tarazlığı və sağlam mühiti onun yaşıllıqları ilə sıx bağlıdır. Bu baxımdan Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi şəhərin yaşıllıq fondunun qorunması, artırılması və abadlaşdırılması istiqamətində mühüm və əvəzsiz fəaliyyət göstərən qurumlardan biridir. Birlik paytaxtın park və xiyabanlarının salınması, mövcud yaşıllıq sahələrinin qorunması, yeni ağac və dekorativ bitkilərin əkilməsi, şəhərin ekoloji durumunun yaxşılaşdırılması sahəsində ardıcıl və məqsədyönlü işlər həyata keçirir. Bu fəaliyyət nəticəsində Bakı günü-gündən daha da gözəlləşir, sakinlər üçün sağlam və təmiz mühit formalaşır.
Bu mühüm qurumda məsul vəzifə daşıyan, direktor müavini vəzifəsini icra edən Salahov Yaşar Hüseyn oğlu öz örnək ömür yolu və səmərəli fəaliyyəti ilə seçilən ziyalı rəhbərlərdən biridir. Yaşar Salahov yaşıllıqları qorumağı yalnız peşə borcu kimi deyil, həyat amalı kimi qəbul edən, "sağlamlıq ekoloji təmizlikdən başlayır” prinsipini daim uca tutan insanlardandır. Onun fəaliyyətində təbiətə sevgi, insanlara qayğı və dövlətə sədaqət əsas xətt təşkil edir.
Yaşar Salahov ona müraciət edən insanlara səmimi və diqqətli münasibəti ilə tanınır və seçilir. O, vətəndaşların problemlərinə həssaslıqla yanaşır, onların müraciətlərinin operativ və ədalətli şəkildə həll olunmasına çalışır. Bu xüsusiyyətlər onu həm rəhbərlik etdiyi kollektiv arasında, həm də cəmiyyət içərisində hörmətli və nüfuzlu bir şəxsə çevirib. Onun iş prinsipləri məsuliyyət, dürüstlük və insanpərvərlik üzərində qurulmuşdur.
Yaşar Salahov fəaliyyətində Azərbaycanın Ümummilli lideri Heydər Əliyev tərəfindən yaşıllıqlara verilən böyük önəmi hər zaman rəhbər tutur. Ulu öndərin “Hesab edin ki, o ağac kəsənlər mənim balalarımın başını kəsiblər”
kəlamı yaşıllıqların qorunmasının nə qədər müqəddəs və vacib olduğunu bir daha təsdiqləyir. Bu ideyalara sadiq qalan Yaşar Salahov yaşıllıq sahələrinin qorunması və artırılması istiqamətində öz işini böyük məsuliyyət və vicdanla yerinə yetirir.
O, dövlətə və dövlətçiliyə sadiqliyi ilə seçilən, milli dəyərləri uca tutan bir ziyalı kimi də tanınır. Şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı isə onun yüksək insani keyfiyyətlərinin bariz nümunəsidir. Yaşar Salahov bu qayğını yalnız vəzifə borcu deyil, həm də vicdan və insanlıq borcu hesab edir.
Bu gün xalqımız üçün mənəvi dəyəri böyük olan müqəddəs Ramazan ayı, baharın müjdəçisi olan Novruz bayramı və torpağın oyanışını simvolizə edən Torpaq Çərşənbəsi münasibətilə Yaşar Hüseyn oğlu Salahovu səmimi qəlbdən təbrik edir,
Uca Allahdan Müqəddəs Ramazan ayında etdiyi bütün dualar, xeyirxah əməllər və nəcib niyyətlərin Allah dərgahında qəbul olunmasını arzulayırıq. Diləyim budur Torpaq Çərşənbəsi və qarşıdan gələn bahar ətirli Novruz bayramı Yaşar Salahova və bütün ailə üzvlərinə, doğmalarına və onu sevən hər kəsə yeni- yeni uğurlar, ruzi-bərəkət və xoşbəxtlik gətirsin.
İnanırıq ki, Yaşar Salahov bundan sonra da öz şərəfli fəaliyyəti ilə paytaxtımızın yaşıllıqlarının qorunmasına, ekoloji mühitin yaxşılaşdırılmasına və insanların sağlam həyat şəraitinin təmin olunmasına dəyərli töhfələr verməyə davam edəcəkdir. Belə insanlar cəmiyyətimizin ən böyük dəyərlərindən biridir.