
İnsan həyatında elə simalar olur ki, onların gördüyü iş yalnız peşə fəaliyyəti ilə məhdudlaşmır. Belə insanlar öz mərhəməti, xeyirxahlığı, insanlara olan sevgisi ilə qəlblərdə iz qoyur, insanların həyatına nur saçır, üzlərdə sevinc və təbəssüm yaradırlar. Həqiqətən də, insanlıq yalnız sözlə deyil, saf niyyət və gözəl əməllərlə ölçülür. Bu baxımdan, öz peşəsinə vicdanla yanaşan, insanlara sevgi və qayğı ilə xidmət edən həkim-stomatoloq Məsut Murat da cəmiyyətimizdə hörmət qazanan, xeyirxahlığı və insanpərvərliyi ilə seçilən insanlardandır.
Məsut həkim öz yüksək insani keyfiyyətləri ilə həm həmyaşıdlarından, həm də həmkarlarından fərqlənən, insan ağrısını öz ağrısı bilən bir ziyalıdır. Onun üçün stomatologiya yalnız bir peşə deyil, insanların üzündə sağlam gülüş yaratmaq, onların özünəinamını geri qaytarmaq və qəlblərinə sevinc bəxş etmək missiyasıdır. Elə bu səbəbdən də fəaliyyət göstərdiyi kabinetdə tez-tez endirim kampaniyaları təşkil edir, maddi imkanı zəif olan insanlara dəstək göstərərək onların üzündə sevinc yaratmaqdan xüsusi məmnunluq duyur.
Deyirlər ki, insanı böyüdən sahib olduğu vəzifə deyil, onun ürəyinin böyüklüyüdür. Məsut həkim də məhz qəlbinin saflığı ilə insanlara yaxın olan insanlardandır. O, hər bir pasientinə fərdi yanaşır, onların maddi imkanlarını nəzərə alaraq əlindən gələn köməyi əsirgəmir. İnsanlar da ona ilk növbədə sadəliyinə, səmimiyyətinə, təmiz qəlbinə görə bağlanır, sonra isə peşəkarlığına inanaraq sağlamlıqlarını etibar edirlər.
Tarix boyunca insanlara xidmət etməyi həyatının amalına çevirən böyük şəxsiyyətlər olub. Necə ki, məşhur alim və həkim İbn Sina insan sağlamlığını bəşəriyyətin ən böyük neməti hesab etmişdi, bu gün də bizim cəmiyyətimizdə həmin gözəl xüsusiyyətləri yaşadan insanlar vardır. Məsut həkim də xeyirxahlığı, qayğıkeşliyi və təmənnasız yardımları ilə məhz belə insanlara bənzəyən dəyərli simalardandır.
Əsl həkim olmaq yalnız tibbi biliklə ölçülmür. Ağ xalat geyinmək hər kəsə nəsib ola bilər, lakin onun məsuliyyətini daşımaq, insan ağrısını ürəkdən hiss etmək, pasientə ailə üzvü kimi yanaşmaq seçilmiş insanlara məxsus keyfiyyətdir. Məsut həkim də sanki daşıdığı adın mənasını xarakterində yaşadan insanlardandır. Onu insanlara sevdirən ən böyük xüsusiyyət isə səmimiyyəti, təvazökarlığı və insanlığıdır. Əyninə geydiyi ağ xalat, daşıdığı peşə və gördüyü iş bir-birini tamamlayan bir bütövlük təşkil edir.
Həqiqətən də, dünya yalnız çətinliklərdən və pisliklərdən ibarət deyil.Bu dünyanı yaşanmağa dəyər edən saf qəlbli, əməli saleh, vicdanlı insanların varlığıdır. Çünki insanlığa edilən yaxşılıq bir dua kimi geri dönür. Məsut həkimin insanların sevgisini qazanması da məhz etdiyi yaxşılıqların, göstərdiyi diqqət və qayğının nəticəsidir. Elə buna görə də fəaliyyət göstərdiyi ilk gündən bu günə qədər bir çox insan onu sevgi ilə “Bizim Məsut həkim” deyə tanıyır və hörmətlə yad edir.
Xüsusilə şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət, növbədənkənar xidmət və lazım gəldikdə təmənnasız yardım etməsi onun vətənpərvər ruhundan xəbər verir. Çünki Vətən sevgisi yalnız sözlə deyil, əməl ilə sübut olunur. Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman oğullarımıza ehtiram göstərmək, onların ailələrinə dəstək olmaq hər bir vicdanlı insanın mənəvi borcudur. Məsut həkim də məhz belə oğullardandır – Vətəninin hər daşını sevən, xalqına bağlı olan, insanların üzündə təbəssüm yaratmağı öz həyat məqsədinə çevirən bir Azərbaycan övladı.
Belə insanların varlığı cəmiyyətimiz üçün bir ümid işığıdır. Çünki bir ölkənin gücü yalnız inkişafında deyil, onun vicdanlı, mərhəmətli və insanlara fayda verməyə çalışan övladlarının çoxluğunda ölçülür. Məsut həkim kimi insanlar isə bu dəyərlərin canlı nümunəsidir.
Mən də belə bir həkimin şərəfli həyat yolu və fəaliyyətindən bəhs etməyi özüm üçün qürur hesab edirəm. Çünki yaxşı insanlardan yazmaq, onların nəcib əməllərini insanlara tanıtmaq həm bir vətəndaşlıq borcu, həm də mənəvi dəyərdir. Dəyərli oxucularımıza və sevimli izləyicilərimizə səslənərək deyə bilərəm ki, sağlam gülüşünüzü və diş sağlamlığınızı rahatlıqla Məsut həkimə etibar edə bilərsiniz.
Sonda isə bu dəyərli insana ürəkdən gələn ən səmimi arzularımı çatdıraraq deyirəm:
Üzünüzdən təbəssüm əskik olmasın, Məsut həkim!
Allah sizə sağlam can, uzun ömür, ailə səadəti, bol ruzi-bərəkət, seçdiyiniz müqəddəs peşədə daim uğurlar nəsib etsin. İnsanların üzündə yaratdığınız hər bir təbəssüm isə həyatınızın ən gözəl mükafatı olsun.
Qarşıdan gələn Müqəddəs Qurban Bayramı münasibətilə dəyərli həkim-stomatoloq Məsut Muratı və timsalında bütün xalqımızı ürəkdən təbrik edir, Uca Allahdan hər evə ruzi-bərəkət, sağlamlıq, sevinc, xoş günlər və eyni zamanda Məsut həkimin sayəsində sağlam gülüş arzulayıram. Qurban Bayramı hər bir ocağa nur, birlik, mərhəmət və bərəkət gətirsin. Kəsilən qurbanlar, edilən dualar, göstərilən xeyirxah əməllər Allah dərgahında qəbul olunsun. Uca Yaradan Məsut həkimi daim sevdiklərinin əhatəsində, sağlam, xoşbəxt və uğurlu etsin.
İnsanlara gülüş bəxş edən şəfalı əlləriniz var olsun! Üzünüzdən heç bir zaman təbəssüm əskik olmasın!