---
15
13-05-2026, 17:14

ÜMİDDƏN DOĞAN İSTİ YUVA – “ÜMİD YERİ”NDƏ BÖYÜYƏN XOŞBƏXT SABAHIN BALALARI

Bəzən həyatda elə məkanlar olur ki, onların adı yalnız bir ad olaraq qalmır, həmin məkanın ruhuna, missiyasına, orada yaşayan insanların taleyinə çevrilir. Elə belə müqəddəs ünvanlardan biri də Ümid Yeri Uşaq Sığınacaq Evidir. Bu sığınacaq yalnız bir bina, yalnız bir yaşayış yeri deyil – valideyn qayğısına möhtac uşaqlar üçün sevginin, mərhəmətin, qayğının və ən əsası ümidin yaşadığı bir isti yuvadır.
Həyatın müxtəlif çətinlikləri ilə qarşılaşan, taleyin sərt sınaqlarına məruz qalan körpə balalar üçün “Ümid Yeri” sözün əsl mənasında bir sığınacaq, bir ailə ocağına çevrilib. Burada böyüyən uşaqlar təkcə qayğı görmür, həm də sevginin nə olduğunu hiss edir, doğmalığın istiliyini yaşayırlar. Onlar üçün bu məkan sadəcə bir sığınacaq deyil, öz isti yuvaları, öz doğma evləri sayılır.
“Ümid Yeri” adının özü də böyük məna daşıyır. Ümid – insanı yaşadan, ayaqda saxlayan, gələcəyə bağlayan ən müqəddəs duyğudur. Bu müqəddəs ocaqda böyüyən hər bir uşaq da məhz ümidlə böyüyür. Burada onların gözlərinə yalnız bu günün deyil, sabahın da işığı bəxş edilir. Balaca ürəklərə inam aşılanır ki, həyat nə qədər çətin olsa da, qarşıda gözəl günlər, uğurlu sabahlar var.
Bu sığınacaqda çalışan müəllimlər və bütün işçi kollektivi hər bir uşağa valideyn qayğısı göstərməyi özlərinin mənəvi borcu hesab edirlər. Burada uşaqlar yalnız geyim, qida və təhsil almır, eyni zamanda sevgi, şəfqət, anlayış və mənəvi dayaq görürlər. Hər bir əməkdaş onların bir təbəssümü üçün çalışır, hər bir uğuruna sevinir, hər bir kədərinə şərik olur.
Bu müqəddəs missiyanı böyük məsuliyyət və sevgi ilə həyata keçirən insanlardan biri də “Ümid Yeri” uşaq sığınacaq evinin müdiri Nigar xanım Mənsimlidir. O, bu müqəddəs ocağın rəhbəri olmaqla yanaşı, burada böyüyən uşaqların qəlbində bir ana obrazı kimi yaşayır. Nigar xanım hər bir balaya öz doğma övladı kimi yanaşır, onların təhsilinə, sağlamlığına, mənəvi inkişafına xüsusi diqqət və qayğı göstərir.
Onun diqqəti yalnız idarəçiliklə məhdudlaşmır. O, uşaqların sevincinə sevinən, ağrısına ürəkdən yanğı duyan, gələcəkləri üçün böyük arzular quran bir qayğıkeş insandır. Burada böyüyən uşaqlar Nigar xanımın sevgisini, şəfqətini hər addımda hiss edir, özlərini tək və sahibsiz deyil, dəyərli və qorunan hiss edirlər.
Nigar xanımın adı da sanki onun xarakterini əks etdirir. “Nigar” sözü gözəllik, zəriflik, sevgi və könüllərdə iz buraxan bir insan mənasını ifadə edir. Nigar xanım da məhz belədir – öz qayğıkeşliyi, insanpərvərliyi və mehribanlığı ilə uşaqların qəlbində dərin iz buraxan bir şəxsiyyət. O, bu balaların həyatına nur, istilik və sevgi bəxş edən insanlardan biridir.
“Ümid Yeri”ndə böyüyən uşaqların gözlərində bir qorxu deyil, bir inam var. Çünki onlar bilir ki, bu məkanda onları sevən insanlar var. Onların gələcəyinə inanan, arzularını reallaşdırmaq üçün çalışan insanlar var. Burada hər bir körpənin gələcəyi üçün yollar açılır, arzularına qanad verilir, onların cəmiyyətə faydalı, savadlı və xoşbəxt fərdlər kimi yetişməsi üçün böyük zəhmət sərf olunur.
Bu müqəddəs məkan sözün həqiqi mənasında orada böyüyən uşaqların ümid dolu sabahına çevrilib. Çünki “Ümid Yeri” yalnız bu günə deyil, gələcəyə açılan qapıdır. Burada böyüyən uşaqlar sabaha inamla addımlayır, həyata möhkəm bağlanır və anlayırlar ki, sevgi olan yerdə hər zaman ümid var.
Belə xeyirxah insanların, belə müqəddəs məkanların varlığı cəmiyyətimizin humanistliyinin, mərhəmətinin və insanlığa verdiyi dəyərin ən gözəl nümunəsidir. “Ümid Yeri” həqiqətən də adının daşıdığı məna ilə vəhdət təşkil edən, körpə qəlblərə sevgi, istilik və sabaha inam bəxş edən müqəddəs bir ünvandır.