---
29
13-05-2026, 15:35

Qədim Gəncənin Yetirdiyi Dəyərli Şəxsiyyət – Bəybala Şamilovun Şərəfli Xidmət Yolu

Azərbaycanın qədimliklə müasirliyin vəhdət təşkil etdiyi, zəngin tarixi, milli-mənəvi dəyərləri, qonaqpərvər insanları və ziyalı mühiti ilə seçilən gözəl diyarlarından biri də Gəncə şəhəridir. Minilliklərin sınağından alnıaçıq çıxan bu qədim şəhər yalnız öz tarixi ilə deyil, həm də elmə, mədəniyyətə, vətənpərvərliyə və dövlətçiliyə xidmət edən şəxsiyyətləri ilə daim fəxr etmişdir. Gəncə hər daşında bir tarix, hər küçəsində bir mədəniyyət, hər insanında isə bir vətən sevgisi yaşadan müqəddəs yurd yeridir.
Bu qədim şəhərin mənəvi zənginliyini daha da artıran müqəddəs məkanlardan biri də İmamzadə Kompleksi ziyarətgahıdır. Hər zaman insanların mənəvi rahatlıq tapdığı, dualar etdiyi bu müqəddəs məkan Gəncənin ruhunu, inancını və milli dəyərlərə bağlılığını özündə yaşadır. İmamzadə ziyarətinə üz tutan insanlar burada həm mənəvi rahatlıq tapır, həm də xalqımızın dini-mənəvi birliyinin gücünü hiss edirlər.
Gəncə şəhəri eyni zamanda tanınmış elm adamları, ziyalıları, iş adamları, dövlətə sədaqətlə xidmət edən vəzifə sahibləri ilə də seçilir. Azərbaycanın ictimai-siyasi həyatında, elmində, təhsilində və iqtisadi inkişafında mühüm rol oynayan insanların yetişdiyi bu şəhər, hər zaman dövlətçilik ənənələrinə sadiq qalmışdır. Burada çalışan hər bir rəhbər şəxs öz fəaliyyəti ilə yalnız işlədiyi sahəyə deyil, həm də cəmiyyətə töhfə verməyə çalışır.
Belə dəyərli və nümunəvi insanlardan biri də Gəncə şəhərində fəaliyyət göstərən “Gəncə Liftservis” MMC-nin direktoru, işinə məsuliyyətlə yanaşan, dövlətinə və xalqına sədaqətlə xidmət edən Bəybala Şamilovdur.
Bəybala Şamilovun ömür yolu zəhmət, məsuliyyət, insanlara hörmət və vətən sevgisi ilə zəngin olmuşdur. O, rəhbərlik etdiyi sahədə daim yüksək peşəkarlıq nümayiş etdirərək, üzərinə düşən vəzifələri şərəf və ləyaqətlə yerinə yetirməyi özünün əsas amalına çevirmişdir. Vəzifəyə gəldiyi ilk gündən bu günə qədər göstərdiyi fəaliyyət, onun dövlətə və dövlətçiliyə bağlı bir rəhbər kimi formalaşdığını açıq şəkildə nümayiş etdirir.
Rəhbər olmaq yalnız idarə etmək deyil, eyni zamanda insanlara dəyər vermək, onların qayğıları ilə maraqlanmaq və problemlərinə həssas yanaşmaqdır. Məhz bu xüsusiyyətlər Bəybala Şamilovu fərqləndirən əsas keyfiyyətlərdəndir. O, rəhbərlik etdiyi işçi kollektivinin sözünü daim səbrlə dinləyən, əməkdaşlarına hörmət və qayğı ilə yanaşan, onların sosial rifahını diqqətdə saxlayan nümunəvi rəhbərlərdən biridir. İnsanlarla səmimi münasibəti, sadəliyi, xeyirxahlığı və yüksək insani keyfiyyətləri onun kollektiv arasında böyük hörmət qazanmasına səbəb olmuşdur.
Bəybala Şamilov hər zaman Azərbaycan dövlətinə sədaqətlə xidmət edən, Ulu Öndər Heydər Əliyev siyasətini dəstəkləyən və bu siyasi kursun ölkəmizin inkişafında mühüm rol oynadığına inanan rəhbər şəxslərdəndir. Bu gün ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin nəticələri hər sahədə olduğu kimi, xidmət sahələrində də özünü aydın şəkildə göstərməkdədir. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları, sahibkarlığa və xidmət sahələrinə göstərilən diqqət bir çox rəhbərlər kimi Bəybala Şamilovu da ruhlandırmış, onun fəaliyyətinə daha böyük məsuliyyət və stimul qazandırmışdır.
Xüsusilə xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi dövründə Bəybala Şamilovun nümayiş etdirdiyi vətənpərvərlik nümunəsi xüsusi təqdirə layiqdir. Dövlətimizin ordumuza göstərdiyi böyük dəstəyə baxmayaraq, o da imkanları daxilində öz mənəvi və maddi dəstəyini əsirgəməmiş, əsgər ailələrinin yanında olmuş, onların qayğıları ilə maraqlanmışdır. Bu çətin və məsuliyyətli günlərdə göstərilən həmrəylik, milli birlik və vətən sevgisi onun xarakterindəki yüksək mənəvi keyfiyyətlərin göstəricisi olmuşdur.
Bununla yanaşı, şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət və qayğı, onların problemlərinə həssas yanaşması, ehtiyac duyduqları məsələlərdə kömək əlini uzatması Bəybala Şamilovun xeyirxah və mərhəmətli insan olmasının ən bariz nümunələrindəndir. Çünki Vətən uğrunda canından keçən şəhidlərimizin ailələrinə sahib çıxmaq, qazilərimizin yanında olmaq hər bir vətəndaşın mənəvi borcudur.
Bu gün “Gəncə Liftservis” MMC-də həyata keçirilən işlərin uğurlu təşkilində, kollektiv arasında sağlam iş mühitinin formalaşmasında, işə məsuliyyət və peşəkarlıq prinsiplərinin qorunmasında Bəybala Şamilovun əməyi danılmazdır. Onun rəhbərlik fəlsəfəsində insan amili, dürüstlük, məsuliyyət və qarşılıqlı hörmət əsas yer tutur.
Xüsusi olaraq qeyd edilməlidir ki, Bəybala Şamilov sağlam və obyektiv mətbuata böyük dəyər verir. O, həqiqəti olduğu kimi yazan, “ağa ağ, qaraya qara” deməyi bacaran, vicdanlı və peşəkar qələm sahiblərinin əməyini daim yüksək qiymətləndirir, onlarla əməkdaşlıqdan qürur duyur. Cəmiyyətin düzgün məlumatlandırılmasında mətbuatın rolunu yüksək dəyərləndirən belə rəhbərlərin varlığı ictimai etimadın möhkəmlənməsinə mühüm töhfə verir.
Sonda qeyd etmək yerinə düşər ki, Gəncə kimi qədim və zəngin ənənələrə malik şəhərin belə dəyərli insanları olduqca, dövlətimizə sədaqətlə xidmət edən, xalqına fayda verməyə çalışan rəhbərlər daim hörmət və rəğbətlə xatırlanacaqdır. Bəybala Şamilovun bundan sonrakı fəaliyyətində də uğurlar qazanacağına, xalqın sevgisini və kollektivinin hörmətini daim qoruyub saxlayacağına inam böyükdür. Ona möhkəm can sağlığı, uzun ömür, işlərində yeni-yeni nailiyyətlər arzulayırıq.