Gündəm
188
19-12-2025, 08:30

Gələcəyin sağlam təməli: Ağcabədi şəhərində yerləşən 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Şəbnəm Şirinova

 Məktəbəqədər təhsil hər bir cəmiyyətin gələcəyini formalaşdıran ən mühüm mərhələlərdən biridir. Bu mərhələdə çalışan, öz məsuliyyətini dərindən dərk edən, uşaqlara sevgi və qayğı ilə yanaşan rəhbərlər isə xüsusi hörmətə layiqdir. Ağcabədi şəhərində yerləşən 4 nömrəli körpələr evi-uşaq bağçasının
müdiri Şəbnəm xanım Şirinova məhz belə nümunəvi rəhbərlərdən biridir. Onun fəaliyyəti peşəkarlıq, humanist yanaşma və yüksək mənəvi dəyərlərlə səciyyələnir.
Şəbnəm xanım Şirinova  məktəbəqədər təhsil sahəsində səmərəli fəaliyyət göstərir. O, bağçaya rəhbərlik etdiyi gündən etibarən burada sağlam, təhlükəsiz və mehriban mühitin formalaşmasına xüsusi ňönəm verib. Onun üçün hər bir uşaq ayrıca bir dünyadır və bu dünyaya valideyn qayğısı ilə yanaşmaq əsas prinsipdir. Məhz bu səbəbdən Ağcəbədi rayonu 4 saylı Körpələr evi uşaq bağçası valideynlərin etimadını qazanmış nüfuzlu təhsil ocaqlarından birinə çevrilib.
Şəbnəm xanımın rəhbərlik üslubunun əsas xüsusiyyətlərindən biri kollektivlə səmimi və ədalətli münasibət qurmasıdır. O, tərbiyəçi-müəllimlərin və texniki heyətin hər birinə hörmətlə yanaşır, onların peşəkar inkişafını daim diqqətdə saxlayır. Kollektivdə qarşılıqlı hörmət və əməkdaşlıq mühiti məhz Şəbnəm xanımın düzgün idarəetmə bacarığının nəticəsidir. Bu isə öz növbəsində təlim-tərbiyə prosesinin keyfiyyətinə müsbət təsir göstərir.
Bağçada yaradılan maddi-texniki şərait də Şəbnəm Şirinovanın diqqət və qayğısı sayəsində müasir tələblərə uyğunlaşdırılıb. Uşaqlar üçün təhlükəsiz oyun guşələri, tədris və istirahət otaqları, gigiyenik normalara cavab verən şərait onların sağlam inkişafına xidmət edir. Şəbnəm xanım bu məsələlərdə prinsipial mövqe nümayiş etdirərək, uşaqların təhlükəsizliyini hər zaman prioritet hesab edir.
Şəbnəm Şirinovanın fəaliyyətində milli-mənəvi dəyərlərin təbliği xüsusi yer tutur. O, körpələrə kiçik yaşlarından Azərbaycan dilinə sevgi, vətənpərvərlik ruhu, böyüklərə hörmət kimi dəyərlərin aşılanmasını vacib sayır. Milli bayramlar və əlamətdar günlərlə bağlı təşkil olunan tədbirlər uşaqların dünyagörüşünün formalaşmasına, onların cəmiyyətə uyğunlaşmasına mühüm töhfə verir.
Valideynlərlə qurulan səmimi münasibət Şəbnəm Şirinovanın fəaliyyətinin mühüm istiqamətlərindən biridir. O, valideynlərin hər bir müraciətinə diqqətlə yanaşır, onların təklif və fikirlərini nəzərə alır. Bu qarşılıqlı etimad mühiti bağça ilə ailə arasında möhkəm əməkdaşlıq yaradır və uşaqların tərbiyəsində vahid mövqenin formalaşmasına şərait yaradır.
Şəbnəm xanım Şirinova təkcə rəhbər deyil, eyni zamanda böyük ürək sahibi olan bir pedaqoqdur. Onun uşaqlara olan sevgisi, qayğıkeş münasibəti hər addımda hiss olunur. Körpələrin sevinci, sağlam inkişafı və xoşbəxt gülüşü Şəbnəm xanım üçün ən böyük uğur göstəricisidir.
Ağcabədi rayonu 4 saylı Körpələr evi Uşaq bağçasının müdiri Şəbnəm Şirinova öz peşəkarlığı, fədakarlığı və valideyn qayğısı ilə cəmiyyətin hörmətini qazanan ziyalı bir xanımdır. Onun fəaliyyəti məktəbəqədər təhsilin inkişafına, sağlam və savadlı nəslin yetişməsinə dəyərli töhfədir. Belə rəhbərlər gələcəyimizin etibarlı təməlini qoyan əsl fədailərdir.