Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə Ukrayna üzrə danışıqlar qruplarının işinin İstanbulda davam etdirilməsi məsələsini müzakirə edib-etməyəcəyi barədə suala cavab olaraq bildirib.
"Biz bu cür danışıqlara açıq qalırıq. Təəssüf ki, hələlik ilkin şərtlərin mövcudluğunu qəbul edə bilmərik. Onlar sadəcə mövcud deyil", - deyə Peskov vurğulayıb.
Qeyd edək ki, Putin və Ərdoğan arasında görüşün 1 sentyabrda Bişkekdə ŞƏT sammiti çərçivəsində keçirilməsi planlaşdırılır.