Gündəm
52
11-12-2025, 12:30

Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini İntiqam Cümşüdov -Peşəkar İdarəçilik və Vətəndaş razılığının qarantı

Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı şəhər İcra Hakimiyyəti Başçısının "Bakı şəhər mənzil-kommunal Təsərrüfatının İdarəetmə sistemini təkmiləşdirmək tədbirləri haqqında "12 may 1999-cu il tarixli, 444 saylı sərəncamı əsasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı strukturunda şəhər üzrə Mənzil Kommunal xidməti sahəsində vahid idarəetmə orqanı kimi yaradılmışdır. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti-əhalinin mənzil kommunal xidmətlərinə tələbatın daha tam ödənilməsi məqsədilə mənzil - kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə, mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, zibil daşınması, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, Mənzil-Kommunal Təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir.
Azərbaycan dövlətinin məsuliyyətli vəzifələrindən birini icra edənlərdən biri də Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini İntiqam Cümşüdovdur.
İntiqam Gümşüdov öz işinə məsuliyyətlə yanaşan, ciddi görkəmli, mehriban xarakterli, dövlətinə, xalqına və ən əsası Prezidentimizə qəlbən bağlı olan vətənpərvər bir insandır. Bu gün belə bir məsuliyyət tələb edən vəzifəni məhz İntiqam Gümşüdov kimi dəyərli bir insanın icra etməsi yeni-yeni uğurların əldə olunması deməkdir. Əsl xalq məhəbbəti qazanan, hər kəsin hörmət bəslədiyi bir şəxsin bu günə qədər atdığı addımlar əksəriyyət tərəfindən rəğbət hissi ilə qarşılanıb. Bəli, danılmaz həqiqətdir ki, öz işi ilə Vətənə ləyaqət nümunəsi olan İntiqam müəllim bu gün qayğıkeşliyi ilə insanların böyük sevgisini, rəğbətini qazanıb. İntiqam Gümşüdovla bağlı məlumatlara nəzər saldıqda görürük ki, o, hər bir kəsə qarşı xeyirxah addımlar atmağı, ehtiyacı olan ailələrə, tənha xəstələrə, Şəhid ailələrinə, qazilərə əlindən gələn köməyi əsirgəmir, xeyirxahlığı öz həyat amalı hesab edir. Mən heç düşünmədən deyərdim ki, qəlbi Vətən hissi ilə döyünən, hər kəsin dərdini öz dərdi bilən, kimsəsizlərə əl tutan İntiqam müəllim öz xeyirxah əməlləri ilə əksər vəzifə sahiblərindən fərqlənən vəzifə sahibidir.
Haqqında bəhs etdiyim bu gözəl xarakterli insan,daha dəqiq desəm, ehtiyac içində olan insanların dostu İntiqam Gümşüdov bu gün sözün həqiqi mənasında öz xalqına, Prezidentinə və dövlətinə sadiq əsl vətənpərvər şəxslərdən biridir.
Olduqca çətin və məsuliyyətli sahəyə rəhbərlik edən halal zəhmətə qatlaşan, insanlara qarşı etibarlı olan, bütün insani keyfiyyətləri özündə cəmləşdirən, bu gün daşıdığı vəzifənin öhdəsindən layiqincə gələn İntiqam Gümşüdov onu tanıyan hər kəsin böyük sevgisini və etibarını qazanıb. Bütün bu insani keyfiyyətləri ilə bərabər əsası Ulu Öndər tərəfindən qoyulan siyasi kursa sadiq olduğunu, işində məsuliyyətliliyi, atdığı vicdanlı addımları ilə sübuta yetirir. Onun həyata keçirdiyi idarəçiliyində heç bir təmənna ummadan,heç bir qarşılıq gözləmədən dövlətçiliyə sədaqəti, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri əsas tutması onun dövlət rəhbərinə olan sonsuz sevgisinin təzahürüdür. İnsanlara diqqət və qayğı ilə yanaşan, hər kəsin çətin anlarda köməyi olmağa çalışan İntiqam Gümşüdov bu günə qədər ona tapşırılan hər bir işin öhdəsindən layiqincə gələrək özünü çalışdığı vəzifədə doğruldub. Öz işini günün tələbləri səviyyəsində quran, yorulmaq bilmədən ona həvalə olunan vəzifənin öhdəsindən layiqincə gələn, dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət göstərəcəyini qarşısına başlıca məqsəd qoyan İntiqam Gümşüdova sağlıqlı uzun ömür arzulayır, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyətində uğurlar diləyirəm.