Azərbaycanın qədim və zəngin tarixə malik bölgələrindən biri olan Quba öz füsunkar təbiəti, saf havası, əsrarəngiz mənzərələri, zəngin mədəni irsi və ən əsası, qonaqpərvər, səmimi və vətənpərvər insanları ilə seçilir. Quba torpağı əsrlər boyu Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin yaşadıldığı, zəhmətkeş insanların məskunlaşdığı, elmə, təhsilə və maarifçiliyə böyük töhfələr verən ziyalıların yetişdiyi qədim yurd yerlərimizdəndir. Qubalıların qonağa hörməti, doğma torpağa bağlılığı, dövlətə sədaqəti və Vətən sevgisi bu bölgənin mənəvi simasını müəyyən edən əsas xüsusiyyətlərdəndir.
Quba həm də Azərbaycanın qəhrəmanlıq salnaməsində özünəməxsus yeri olan torpaqlardandır. Vətənimizin ərazi bütövlüyü uğrunda aparılan mübarizələrdə Qubanın igid oğulları böyük şücaət və fədakarlıq göstərmiş, 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusunun sıralarında düşmənə qarşı mərdliklə döyüşmüşlər. Şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır, qazilərimizin göstərdiyi qəhrəmanlıq isə gələcək nəsillərə örnək olan şərəfli bir Vətən məktəbidir.
Müstəqil Azərbaycanın dövlətçilik tarixində yerli özünüidarəetmə institutlarının yaradılması mühüm mərhələlərdən biri olmuşdur. Bələdiyyələrin fəaliyyəti vətəndaşların yerli məsələlərin həllində iştirakının təmin olunmasına, sosial problemlərin diqqətdə saxlanılmasına, abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə və əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Bu baxımdan bələdiyyə rəhbərinin üzərinə düşən məsuliyyət yalnız inzibati vəzifələrin icrası ilə məhdudlaşmır. Burada əsas məsələ insanlarla işləmək, onların etimadını qazanmaq, qanunçuluğu qorumaq və dövlət siyasətinin yerli səviyyədə layiqincə həyata keçirilməsinə töhfə verməkdir.
Bu məsuliyyətli sahədə işgüzar fəaliyyəti, idarəçilik təcrübəsi və dövlətçilik mövqeyi ilə seçilən şəxslərdən biri də Quba Bələdiyyəsinin sədri Allahverdi Allahqulu oğlu Xudaverdiyevdir.
Allahverdi Xudaverdiyevin əmək və idarəçilik fəaliyyəti müxtəlif məsul vəzifələrdə qazandığı zəngin təcrübə ilə xarakterizə olunur. O, 2019–2020-ci illərdə Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışmış, daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində fəaliyyət göstərmişdir. Kommunal sahədə də məsul vəzifə daşımış, 2024-cü ilin avqust ayında Quba Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat Birliyinin direktoru təyin edilmişdir.
Bu zəngin idarəçilik və təşkilatçılıq təcrübəsi onun bələdiyyə fəaliyyətində də mühüm rol oynayır. 2025-ci ilin fevral ayında keçirilən bələdiyyə seçkilərindən sonra Quba Bələdiyyəsinin sədri seçilən Allahverdi Xudaverdiyev şəhərin sosial-ictimai həyatında, abadlıq işlərinin təşkilində və maddi-mədəni irsin qorunması istiqamətində fəaliyyətə rəhbərlik edir.
Onun fəaliyyətində məsuliyyət hissi xüsusi yer tutur. Çünki bələdiyyə rəhbəri üçün hər bir qərarın arxasında insanların taleyi, yaşayış şəraiti və sosial ehtiyacları dayanır. Allahverdi Xudaverdiyev də üzərinə düşən vəzifənin məsuliyyətini dərk edərək işinə ciddi və prinsipial münasibət göstərən rəhbər kimi fəaliyyət göstərir.
Dövlətə və dövlətçiliyə sədaqət onun idarəçilik fəaliyyətinin əsas istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətini, bələdiyyələrin inkişafı və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində verilən tapşırıq və sərəncamları öz fəaliyyətində rəhbər tutan Allahverdi Xudaverdiyev dövlətçilik maraqlarını və vətəndaş məmnunluğunu ön planda saxlamağa çalışır.
Quba Bələdiyyəsinin fəaliyyətində şəhərin sosial-ictimai həyatına dair məsələlərin diqqətdə saxlanılması, abadlıq və quruculuq işlərinin təşkili, yerli əhəmiyyətli problemlərin həllinə yanaşma və tarixi-mədəni irsin qorunması xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətlərdə səmərəli fəaliyyət göstərmək üçün isə ilk növbədə məsuliyyət, idarəçilik bacarığı və insanlarla işləmək qabiliyyəti tələb olunur.
Allahverdi Xudaverdiyevin fəaliyyətində xüsusi həssaslıq tələb edən məsələlərdən biri də şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdır. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə hörmət və ehtiram göstərilməsi, onların müraciətlərinə həssas yanaşılması, problemlərinin həllinə imkan daxilində dəstək verilməsi və şəhid ailələrinə növbədənkənar xidmət göstərilməsi dövlətimizin bu istiqamətdə həyata keçirdiyi siyasətin yerli səviyyədə də davam etdirilməsinin mühüm göstəricisidir.
Şəhid ailəsinə göstərilən hər bir diqqət yalnız xidmət deyil, həm də Vətən qarşısında mənəvi borca ehtiramdır. Qazilərimizin qayğılarına həssas yanaşmaq isə onların göstərdiyi qəhrəmanlığın qiymətləndirilməsinin ifadəsidir. Bu baxımdan Allahverdi Xudaverdiyevin fəaliyyətində sosial həssaslığın və insan amilinin ön plana çəkilməsi xüsusi əhəmiyyət daşıyır.
Bu gün Quba Bələdiyyəsinə rəhbərlik edən Allahverdi Allahqulu oğlu Xudaverdiyev öz fəaliyyəti ilə dövlətçilik prinsiplərinə sadiqliyi, işinə məsuliyyətli münasibəti və yerli özünüidarəetmə sahəsində qazandığı təcrübəni nümayiş etdirir. Onun qarşısında duran əsas vəzifə Quba şəhərinin inkişafına, sakinlərin sosial rifahına və bələdiyyə fəaliyyətinin daha səmərəli təşkilinə xidmət etməkdir.
Qubanın qədimliyi, insanlarının qonaqpərvərliyi, ziyalılarının elmi və ictimai fəaliyyəti, qəhrəman oğullarının Vətən uğrunda göstərdiyi fədakarlıq bu torpağın mənəvi zənginliyini müəyyən edir. Belə bir bölgəyə rəhbərlik etmək və onun yerli özünüidarəetmə fəaliyyətində məsuliyyət daşımaq isə həm böyük etimad, həm də ciddi məsuliyyətdir.
Allahverdi Xudaverdiyevin fəaliyyət yolu da məhz bu məsuliyyət anlayışı üzərində qurulur. Dövlətə sədaqət, qanunçuluğa hörmət, vətəndaşa xidmət, şəhid ailələrinə və qazilərə ehtiram onun rəhbərlik fəaliyyətinin mühüm mənəvi dayaqları kimi önə çıxır. Bu prinsiplərə sadiq fəaliyyət isə yerli özünüidarəetmənin nüfuzunun yüksəlməsinə və Qubanın daha da inkişafına xidmət edən mühüm amillərdən biridir. Allahverdi Allahqulu oğlu Xudaverdiyevə möhkəm cansağlığı, sağlam və uzun ömür, ailə səadəti, şərəfli və məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Quba şəhərinin inkişafı və sakinlərin rifahı naminə həyata keçirdiyi fəaliyyətində daim uğurlar qazansın, dövlətə və xalqa xidmət yolunda bütün təşəbbüsləri xeyirli və uğurlu olsun.