Gündəm
77
31-07-2026, 23:37

Keçmiş deputata yüksək vəzifə verildi

 Cəbi Quliyev Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi direktorunun müavini təyin edilib.

"Yeni Sabah" xəbər verir ki, muxtar respublikanın Baş naziri Cabbar Musayev bununla bağlı müvafiq sərəncam imzalayıb.

C.Quliyev bu təyinata qədər Suraxanı Gənclər Evinin direktoru vəzifəsində çalışıb. O həm də Milli Məclisinin keçmiş deputatıdır. Dördpendirli pizza