Mədəniyyət naziri Adil Kərimli görkəmli Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib.
Bəstəkarın yaradıcılığı ilə musiqi mədəniyyətimizi zənginləşdirdiyini deyən Adil Kərimli onun bu sahədə xidmətlərinin yüksək qiymətləndirildiyini qeyd edib.
Xalq artisti Tofiq Bakıxanov yaradıcılığına göstərilən xüsusi diqqətə görə ölkə başçısına təşəkkürünü bildirib.