Gündəm
165
14-07-2026, 12:25

Adına layiq ömür yaşayan Fatimə xanım

 Azərbaycan torpağı hər zaman Vətəninə sədaqətlə xidmət edən, xeyirxahlığı və yüksək mənəvi keyfiyyətləri ilə seçilən insanları ilə tanınıb. Belə insanlardan biri də əslən Ağstafa rayonundan olan, hazırda hərbi hissələrin birində məsul vəzifədə çalışan Fatimə xanımdır.
Ağstafa qədim el-obası, mərd, zəhmətkeş, vətənpərvər insanları ilə seçilən bölgələrimizdəndir. Bu torpağın yetirdiyi insanlar tarix boyu dövlətinə, xalqına və milli-mənəvi dəyərlərinə bağlılıqları ilə hörmət qazanıblar. Fatimə xanım da bu dəyərləri öz həyatında yaşatmağa çalışan Azərbaycan xanımlarından biri kimi xarakterizə olunur.
"Fatimə" adı İslam aləmində ən hörmətli və müqəddəs adlardan biri hesab edilir. Bu ad paklıq, mərhəmət, səbir, ləyaqət və yüksək mənəviyyat rəmzi kimi qəbul olunur. Adına layiq ömür yaşayan insanlar isə cəmiyyətin rəğbətini və ehtiramını qazanırlar.
Hərbi sahədə xidmət etmək böyük məsuliyyət, intizam və Vətən sevgisi tələb edir. Belə bir sahədə çalışmaq insanın peşəkarlığının, dövlətçiliyə sədaqətinin və məsuliyyət hissinin göstəricisidir. Fatimə xanımın da vəzifəsini vicdanla yerinə yetirməyə çalışan, Vətənə xidmət etməyi şərəf bilən xanımlardan olduğu bildirilir.
Son zamanlar müxtəlif media resurslarında onun haqqında fərqli məzmunlu yazılar dərc olunur. Belə hallarda hər bir iddianın obyektiv araşdırılması və hüquqi qiymətləndirilməsi aidiyyəti dövlət orqanlarının səlahiyyətinə daxildir. Təsdiqini tapmamış məlumatlar əsasında insanlar haqqında qəti hökm vermək nə hüquqi prinsiplərə, nə də jurnalist etikasına uyğundur.
Bir yazar olaraq düşünürük ki, cəmiyyət üçün faydalı işlər görən insanların xeyirxah əməlləri də diqqətdən kənarda qalmamalıdır. Onu tanıyanların söylədiklərinə görə, Fatimə xanım pandemiya dövründə imkanları daxilində aztəminatlı ailələrə yardım göstərmiş, 44 günlük Vətən müharibəsi zamanı əsgər ailələrinə mənəvi və maddi dəstək olmağa çalışmışdır.
Həmçinin onu tanıyan insanlar Fatimə xanımın şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına imkanları daxilində köməklik göstərdiyini, qocalar evlərinə və uşaq evlərinə yardımlar etdiyini, müxtəlif xeyriyyə təşəbbüslərində iştirak etdiyini qeyd edirlər. Belə əməllər insanın mənəvi zənginliyinin və cəmiyyətə bağlılığının göstəricisi kimi qiymətləndirilə bilər.
Atalarımızın gözəl bir kəlamı var: "Aslanın erkəyi, dişisi olmaz." Bu müdrik fikir cəsarəti, mərdliyi və iradəsi ilə seçilən insanlara ünvanlanır. Fatimə xanım da onu tanıyanların fikrincə, xeyirxahlığı, vətənpərvərliyi, sadəliyi və insanlara olan qayğıkeş münasibəti ilə hörmət qazanan xanımlardandır.
Cəmiyyətimizin inkişafı üçün xeyirxahlıq, mərhəmət, paylaşmaq və Vətən sevgisi kimi ali dəyərlərin təbliği hər zaman vacibdir. Yaxşı insanların yaxşı əməllərini işıqlandırmaq, onların cəmiyyətə verdiyi töhfələri dəyərləndirmək hər bir qələm sahibinin məsuliyyətidir.
Fatimə xanıma gələcək fəaliyyətində möhkəm cansağlığı, ailə səadəti və Vətənimiz naminə xidmət yolunda uğurlar arzulayırıq.

Top xəbərlər
Gün
Həftə
Ay