Gündəm
66
2-07-2026, 01:09

Partlayışda xəsarət alan mayor 25 gün sonra vəfat etdi - FOTO

Azərbaycan Ordusunun ehtiyatda olan mayoru, Vətən müharibəsinin iştirakçısı Miryusif Miriyev faciəvi şəkildə vəfat edib.

Ölkə.az-ın xəbərinə görə, o, Bakıda iş yerində baş verən partlayışda ağır xəsarət alıb və komaya düşüb.

M.Miriyev paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib. Qazi 25 gün komada qaldıqdan sonra iyulun 1-də vəfat edib. 

Mərhum anadan olduğu Salyan rayonunun Xalac kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Miriyev Miryusif Miryavər oğlu Vətən müharibəsində iştirak edib. O, döyüşlərdə fərqləndiyinə görə "Füzulinin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.



Top xəbərlər
Gün
Həftə
Ay