Hər bir müstəqil dövlətin qüdrəti, ilk növbədə, qanunun aliliyinin təmin olunması, ictimai asayişin etibarlı şəkildə qorunması və vətəndaşların təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi ilə ölçülür. Bu müqəddəs missiyanı böyük məsuliyyət, peşəkarlıq və Vətən sevgisi ilə yerinə yetirən Azərbaycan Polisi 108 illik şərəfli inkişaf yolu keçərək xalqın etimadını qazanan mühüm dövlət təsisatlarından birinə çevrilmişdir.
Azərbaycan Respublikasında hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd olunur. Bu əlamətdar günün əsası 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Daxili İşlər Nazirliyinin tərkibində polis orqanlarının yaradılması barədə qəbul etdiyi qərarla qoyulmuşdur. Məhz həmin tarixdən etibarən Azərbaycan polisi dövlətçiliyimizin keşiyində dayanaraq ölkədə sabitliyin, qanunun aliliyinin və ictimai təhlükəsizliyin qorunmasında misilsiz xidmətlər göstərmişdir.
Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinə xüsusi diqqət və qayğı göstərmiş, polis əməkdaşlarının peşəkarlığının artırılması, sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm qərarlar qəbul etmişdir. Dahi rəhbərin müəyyən etdiyi dövlətçilik siyasəti bu gün də uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanlarının fəaliyyəti daha da müasirləşdirilmiş, polis əməkdaşlarının xidmət şəraiti yaxşılaşdırılmış, onların dövlətə və xalqa layiqli xidmət göstərməsi üçün hərtərəfli imkanlar yaradılmışdır. Dövlət başçısının polis əməkdaşlarına göstərdiyi yüksək etimad və diqqət onların üzərinə daha böyük məsuliyyət qoyur və Vətənə sədaqətlə xidmət etməyə ruhlandırır.
Azərbaycan Polisi təkcə gündəlik xidmətdə deyil, Vətən müharibəsi dövründə də yüksək qəhrəmanlıq nümunələri nümayiş etdirmişdir. Daxili işlər orqanlarının əməkdaşları döyüş bölgələrində, arxa cəbhədə, ictimai asayişin qorunmasında, xüsusi tapşırıqların yerinə yetirilməsində fədakarlıq göstərərək xalqımızın qələbəsinə öz layiqli töhfələrini vermişlər. Bu gün şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğı da dövlətimizin həyata keçirdiyi sosial siyasətin mühüm istiqamətlərindən biridir və Daxili İşlər Orqanlarının əməkdaşları bu nəcib ənənəyə daim sadiq qalırlar.
Belə şərəfli və məsuliyyətli xidmət yolunu ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Nəriman İmanov da peşəkarlığı, yüksək təşkilatçılığı, məsuliyyətli fəaliyyəti, dövlətə və dövlətçiliyə sarsılmaz sədaqəti, Vətənə, torpağa və xalqa qəlbən bağlılığı ilə seçilən nümunəvi rəhbər əməkdaşlardan biridir. Onun qanunun aliliyinin təmin olunması, xidməti vəzifələrinin vicdanla yerinə yetirilməsi, kollektivdə qazandığı hörmət və vətəndaşlara göstərdiyi diqqətli münasibət daxili işlər orqanlarının ali dəyərlərinin bariz ifadəsidir.
Cənab Polis Polkovniki Nəriman İmanov!
Sizi 2 iyul – Azərbaycan Polisi Günü və Azərbaycan Polisinin yaradılmasının 108-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, şərəfli və məsuliyyətli xidmətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Uca Allah Sizi daim qorusun, Vətənimizin keşiyində dayandığınız bu müqəddəs xidmət yolunda gücünüzü, qətiyyətinizi və əzminizi daha da artırsın. Qoy dövlətimizə və xalqımıza göstərdiyiniz sədaqətli xidmət hər zaman yüksək qiymətləndirilsin, Azərbaycan Polisinin şərəfli adı isə bundan sonra da təhlükəsizliyimizin, qanunun aliliyinin və dövlətçiliyimizin etibarlı təminatçısı kimi daim uca tutulsun.
Bir daha peşə bayramınız mübarək olsun!
.