İsmayıllı əsrarəngiz təbiəti, saf bulaqları, uca dağları, sıx meşələri, qədim tarixi, zəngin mədəniyyəti və hər şeydən əvvəl qonaqpərvər insanları ilə tanınır. Bu füsunkar diyar əsrlər boyu özünün mərd, zəhmətkeş, vətənpərvər insanları ilə seçilmişdir. İsmayıllının hər guşəsi öz gözəlliyi ilə insanı valeh edir. Rayonun məşhur Lahıc qəsəbəsi qədim sənətkarlıq ənənələrini yaşatmaqla yanaşı, dünyanın müxtəlif ölkələrindən gələn turistlərin də böyük marağına səbəb olur. Füsunkar təbiəti ilə seçilən Basqal qəsəbəsi, ecazkar dağ mənzərələri, gur meşələri, şəfalı bulaqları və təmiz havası bu diyarı Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirib.
Ancaq İsmayıllının ən böyük sərvəti onun insanlarıdır. Qonaqpərvərliyi, sadəliyi, səmimiyyəti və yüksək mənəvi keyfiyyətləri ilə seçilən İsmayıllı insanları bu qədim yurdun şöhrətini daha da artırırlar. Məhz belə dəyərli insanlardan biri də İsmayıllı Stomatoloji Klinikasında fəaliyyət göstərən həkim-stomatoloq Aqil Nemətovdur.
Həkimlik yalnız peşə deyil, böyük məsuliyyət, yüksək vicdan və insan sevgisi tələb edən müqəddəs sənətdir. Ağ xalat geyinən hər kəs həkim ola bilər, lakin insanların qəlbində özünə əbədi yer qazanmaq, onların etimadını və sevgisini qazanmaq hər kəsə nəsib olmur. Aqil Nemətov məhz belə şəxsiyyətlərdəndir
Öz insanpərvərliyi, sadəliyi, səmimiyyəti və xeyirxahlığı ilə həm həmkarları, həm də həmyaşıdları arasında seçilən Aqil həkim insanların üzündə təbəssüm yaratmağı həyat amalına çevirib. O, tez-tez müxtəlif sosial aksiyalar və endirim kampaniyaları keçirərək insanların sağlamlığına dəstək olur. Maddi imkanı məhdud olan pasientlərə xüsusi diqqət göstərir, onların üzündə sevinc və ümid yaratmaqdan mənəvi zövq alır.
Məşhur humanist Mother Teresa deyirdi: "Biz böyük işlər görə bilmərik, amma böyük sevgilə kiçik işlər görə bilərik." Məhz Aqil həkimin fəaliyyəti də bu fikrin canlı təcəssümüdür. O, hər bir pasientinə yalnız həkim kimi deyil, bir insan kimi yanaşır, onların qayğılarını bölüşür, maddi imkanlarını nəzərə alaraq əlindən gələn köməyi əsirgəmir.
Tarix boyu insanlığa xidmət edən böyük şəxsiyyətlər öz xeyirxah əməlləri ilə yadda qalıblar. Mərhəmət və xeyirxahlıq nümunəsi kimi tanınan İbn Sina insan sağlamlığını ən ali nemət hesab edirdi. Bu gün də Aqil həkim öz fəaliyyəti ilə həmin yüksək mənəvi dəyərləri yaşadan ziyalılardandır.
İnsanlar ona ilk növbədə təmiz qəlbinə, sadəliyinə, səmimiyyətinə görə yaxınlaşırlar. Sonra isə peşəkarlığının şahidi olaraq sağlamlıqlarını ona etibar edirlər. Hər bir həkimə pasientlərinin sevgisini qazanmaq nəsib olmur. Bu sevgi yalnız vicdanlı əməyin, dürüst münasibətin və saf niyyətin nəticəsidir. Aqil həkim məhz belə sevilən, hörmət edilən həkimlərdəndir.
Aqil Nemətov eyni zamanda dövlətə dövlətçiliyə sədaqətlə xidmət göstərən, milli-mənəvi dəyərlərimizə bağlı, Vətənini sevən ziyalılardandır. O, insanlara xidmət etməyi yalnız peşə borcu deyil, həm də vətəndaşlıq borcu hesab edir. Aqil həkim üçün insanlıq ən böyük vəzifədir. O, öz fəaliyyəti ilə sübut edir ki, vətənə xidmət təkcə silahla deyil, insanlara qayğı göstərmək, onların sağlamlığını qorumaq, xalqın rifahına töhfə verməklə də mümkündür.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğullarımızın əziz xatirəsinə böyük ehtiram bəsləyən Aqil Nemətov şəhid ailələrinə və qazilərimizə hər zaman xüsusi həssaslıqla yanaşır. Onlara növbədənkənar xidmət göstərməyi, zərurət yarandıqda təmənnasız yardım etməyi özünün mənəvi borcu sayır. Bu isə onun vətənpərvərliyinin, milli ruhunun və yüksək mənəvi keyfiyyətlərinin göstəricisidir.
Bu gün fəaliyyətdə olduğu ilk gündən etibarən çoxlarının dilində "Bizim Aqil həkim" kimi tanınması heç də təsadüfi deyil. Bu, onun qazandığı etimadın, hörmətin və insanların qəlbində tutduğu xüsusi yerin göstəricisidir.
Mən də belə bir həkimin şərəfli həyat və fəaliyyət yolundan bəhs etdiyim üçün qürur hissi keçirirəm. Çünki yaxşı insanlardan yazmaq, onların xeyirxah əməllərini işıqlandırmaq cəmiyyətimizdə mənəvi dəyərlərin təbliği baxımından olduqca vacibdir.
Dəyərli oxucularımıza və sevimli izləyicilərimizə müraciət edərək deyə bilərəm ki, sağlam gülüşünüzü və diş sağlamlığınızı əminliklə Aqil həkimə etibar edə bilərsiniz.
Sonda isə hörmətli Aqil Nemətova ən xoş arzularımı çatdıraraq deyirəm:
Üzünüz həmişə gülsün, Aqil həkim!
Uca Allah sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, bol ruzi-bərəkət, peşə fəaliyyətinizdə yeni uğurlar nəsib etsin. İnsanların üzündə yaratdığınız hər bir təbəssüm, qazandığınız hər bir dua həyatınızın ən dəyərli mükafatı olsun.