Gündəm
165
26-06-2026, 15:10

Dövlətə sədaqətin, Vətənə xidmətin nümunəsi – Polis polkovniki Nəriman İmanovun şərəfli ömür yolu”

 “Vətənə xidmət etmək hər bir vətəndaşın müqəddəs borcudur.” – Ümummilli Lider Heydər Əliyev
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qəhrəmanlıq tarixinin, dövlətimizin hərbi qüdrətinin və milli həmrəyliyimizin təntənəsidir. Bu əlamətdar gün təkcə Ordumuzun deyil, eyni zamanda ölkəmizin təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunması uğrunda fədakarlıq göstərən bütün güc strukturlarının əməkdaşlarının bayramıdır.
Birinci və İkinci Vətən müharibələri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə çevrilmişdir. Bu şərəfli tarix yazılarkən Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə çiyin-çiyinə döyüşən, arxa cəbhədə ictimai asayişin qorunmasını təmin edən, xüsusi tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirən daxili işlər orqanlarının əməkdaşları da böyük şücaətlər nümayiş etdirmişlər. Müharibənin ağrı-acılı günlərində polislərimiz Vətənə sədaqət, xalqa xidmət nümunəsi göstərərək öz xidmət borclarını şərəf və ləyaqətlə yerinə yetirmişlər.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazılmışdır. Bu qələbənin əldə olunmasında dövlət başçısının ətrafında sıx birləşən bütün güc strukturlarının, o cümlədən daxili işlər orqanlarının müstəsna xidmətləri olmuşdur.
Ümummilli Lider Heydər Əliyev daxili işlər orqanlarının fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Daxili işlər orqanlarında xidmət etmək böyük şərəfdir, məsuliyyətdir və Vətənə sədaqət tələb edir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə bildirib: “Azərbaycan polisi dövlətçiliyə sədaqətlə xidmət edir və ictimai asayişin qorunmasında mühüm rol oynayır”.
Bu gün daxili işlər orqanlarında dövlətə, dövlətçiliyimizə sədaqətlə xidmət edən peşəkar və təcrübəli rəhbər kadrlardan biri də polis polkovniki Nəriman İmanovdur.
Nəriman İmanov uzun illər ərzində Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəisi, Masallı Rayon Polis Şöbəsinin rəisi kimi məsul vəzifələrdə çalışaraq xidməti fəaliyyətini daim yüksək peşəkarlıq, prinsipiallıq və vətəndaşlara həssas münasibət üzərində qurmuşdur.
Polis polkovniki Nəriman İmanov xidmət etdiyi bütün sahələrdə dövlətə sədaqəti, Vətənə bağlılığı, insanlara diqqət və qayğısı ilə seçilmişdir. O, öz vəzifəsini yalnız peşə borcu kimi deyil, ilk növbədə insanlıq, Vətən sevgisi və torpağa bağlılıq missiyası kimi qəbul edən rəhbər şəxslərdəndir.
Nəqliyyatda Baş Polis İdarəsinin rəisi polis general-mayoru Mirqafar Seyidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərildikdən sonra, Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, 05 fevral 2022-ci il tarixində Nəriman İmanov Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsini icra etmiş, 18 fevral 2022-ci il tarixindən isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir.
Bu gün Nəqliyyatda Baş Polis İdarəsi ölkəmizin dəmir yolu, hava və su nəqliyyatı obyektlərində ictimai təhlükəsizliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə, strateji əhəmiyyət daşıyan nəqliyyat infrastrukturunun mühafizəsi baxımından mühüm funksiyalar yerinə yetirir. İdarənin fəaliyyəti dövlət təhlükəsizliyinin mühüm istiqamətlərindən biri hesab olunur.
Polis polkovniki Nəriman İmanov fəaliyyətində daim Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirmiş, bu gün isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlətçilik siyasətinə layiqincə xidmət etməkdədir.
Nəriman İmanovun fəaliyyətində xüsusi diqqət çəkən məqamlardan biri də şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərdiyi yüksək diqqət və qayğıdır. O, hər zaman şəhid ailələrinin problemləri ilə yaxından maraqlanmış, qazilərimizin sosial məsələlərinin həllinə həssaslıqla yanaşmışdır. Xüsusilə 26 İyun – Silahlı Qüvvələr Günü kimi əlamətdar tarixlərdə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək onların məzarlarını ziyarət etməsi, ruhlarına dualar oxutdurması onun Vətənə və şəhidlərimizin müqəddəs ruhuna dərin hörmətinin təzahürüdür.
Bu əlamətdar gün münasibətilə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov başda olmaqla, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Zaur Natiq oğlu Abdullayevi, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Nəriman İmanovu və daxili işlər orqanlarının bütün əməkdaşlarını 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, məsul və şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayırıq.
Əziz və unudulmaz şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə şəfa diləyir, qəhrəman Azərbaycan Ordusuna və hüquq-mühafizə orqanlarımızın əməkdaşlarına daim yeni nailiyyətlər arzulayırıq.
Yaşasın Azərbaycan Ordusu! Yaşasın müstəqil Azərbaycan!q

Top xəbərlər
Gün
Həftə
Ay