Gündəm
66
25-06-2026, 22:57

Livanda ölənlərin sayı açıqlanıb

Martın 2-də eskalasiya başlayandan bəri İsrailin zərbələri nəticəsində Livanda ölənlərin sayı 4 230-a, yaralıların sayı isə 12 179 nəfərə çatıb. Ölkə.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb. Nazirlikdən vurğulanıb ki, iyunun 19-dan tərəflər arasında müəyyən edilmiş barışığa rəğmən, İsrail atəşkəs rejimini pozmağa davam edir. İyunun 23-dən etibarən İsrailin hücumları nəticəsində Nəbatiyyə şəhəri ərazisində 7 nəfər həlak olub", - Səhiyyə Nazirliyindən əlavə edilib. Bundan əlavə, ölkənin cənub rayonlarında axtarış-xilasetmə işləri zamanı bombardmanlarda ölən 29 vətəndaşın meyiti tapılıb.

Top xəbərlər
Gün
Həftə
Ay