Gündəm
594
24-06-2026, 10:31

Xankəndidə İnsanların Ümid Ünvanı: Baş Həkim Vəli Xəlilov

 Azərbaycanın qədim və füsunkar diyarlarından biri olan Xankəndi bu gün qalib xalqın qürur mənbəyinə çevrilib. Uzun illər düşmən işğalı altında qalan, 33 ilə yaxın doğma yurd həsrəti ilə yaşayan minlərlə insanın ən böyük arzusu bir gün yenidən öz ata-baba torpaqlarına qayıtmaq idi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər bu arzuları gerçəyə çevirdi.
Xankəndinin azadlığı uğrunda canlarını fəda edən qəhrəman oğullarımızın göstərdikləri misilsiz şücaət, vətənpərvərlik və igidlik hər zaman xalqımız tərəfindən minnətdarlıq hissi ilə xatırlanacaq. Bu müqəddəs torpaqlar uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim qəlblərdə yaşayacaq.
Bu gün Xankəndi özünün yeni inkişaf dövrünü yaşayır. Təmiz havası, bənzərsiz təbiəti, saf bulaqları, əsrarəngiz mənzərələri, yaşıl meşələri və gəzməli-görməli yerləri ilə diqqət çəkən bu gözəl diyar yenidən qurulur, abadlaşır və əvvəlki şöhrətini geri qaytarır. Qonaqpərvər, mərd və vətənsevər insanları ilə seçilən Xankəndidə həyat öz axarına qayıdır.
Məhz belə bir dövrdə insanların sağlamlığının keşiyində dayanmaq böyük məsuliyyət və yüksək peşəkarlıq tələb edir. Xankəndi Rayon Mərkəzi Xəstəxanası da bu müqəddəs missiyanı layiqincə yerinə yetirən səhiyyə müəssisələrindən biridir. Xəstəxanada çalışan həkim və tibb işçiləri gecə-gündüz insanların sağlamlığı naminə fədakarlıq göstərir, hər bir pasiyentə diqqət və qayğı ilə yanaşırlar.
Bu uğurların qazanılmasında xəstəxananın baş həkimi Vəli Xəlilovun xüsusi xidmətləri vardır. Şərəfli və gərəkli ömür yolu keçən Vəli Xəlilov uzun illərdir ki, öz peşəsinə sədaqətlə xidmət edir. O, yalnız peşəkar cərrah kimi deyil, həm də yüksək insani keyfiyyətləri, səmimiyyəti və xeyirxahlığı ilə insanların dərin hörmətini qazanıb.
İnsanların ümid yeri sayılan Vəli Xəlilovun qəbuluna gələn hər bir pasiyent sağlam sabah ümidi ilə müraciət edir. Ən çətin anlarda belə xəstələrə diqqət və qayğı göstərən, onların dərdinə şərik olan baş həkimə edilən müraciətlərin böyük əksəriyyəti öz müsbət həllini tapır. O, peşəkar cərrah kimi yüzlərlə insana yenidən sağlam həyat bəxş etmiş, bir çox ailələrin sevincinə səbəb olmuşdur.
Vəli Xəlilov rəhbərlik etdiyi kollektivlə daim səmimi münasibət saxlayır, işçilərə xüsusi diqqət və qayğı göstərir. Xəstəxanada sağlam iş mühitinin formalaşması, həkimlər və tibb personalı arasında qarşılıqlı hörmət və etimadın mövcudluğu məhz onun rəhbərlik keyfiyyətlərinin nəticəsidir.
Pasiyentlərlə səmimi, xoş və mehriban davranışı isə Vəli Xəlilovu fərqləndirən əsas xüsusiyyətlərdəndir. İnsan amilini hər şeydən üstün tutan baş həkim hər bir xəstəyə fərdi yanaşır, onların problemlərinin həlli üçün əlindən gələni əsirgəmir.
Bu gün Xankəndi Rayon Mərkəzi Xəstəxanası bölgənin ən mühüm səhiyyə ocaqlarından biri kimi fəaliyyət göstərirsə, burada Vəli Xəlilovun əməyi danılmazdır.
Fürsətdən istifadə edərək Xankəndi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Vəli Xəlilova möhkəm cansağlığı, uzun ömür arzulayır, onun gələcək fəaliyyətində yeni-yeni uğurlar, peşəkar cərrah kimi insanlara şəfa vermək yolunda bol nailiyyətlər diləyirik. İnanırıq ki, Vəli Xəlilov bundan sonra da öz şərəfli peşəsinə sədaqətlə xidmət edərək insanların sağlamlığının keşiyində dayanacaq, xeyirxah əməlləri ilə cəmiyyətimizə töhfələr verməyə davam edəcəkdir.

Top xəbərlər
Gün
Həftə
Ay