Gündəm
77
14-06-2026, 19:37

Mehdiyevin ailə bankı BOKT oldu

Mehdiyevin ailə bankı BOKT oldu
Bakupost.az Report-a istinadla xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 5 mart 2026-cı il tarixli qərarına əsasən, mövcud qanunvericiliyə uyğun şəkildə "Bank BTB" ASC-nin müraciəti nəzərə alınaraq onun bank olmayan kredit təşkilatı formasında yenidən təşkil edilməsinə əvvəlcədən razılıq verilmişdi.
Bankın aktivləri və öhdəlikləri "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) ötürülüb.
Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə təsis edilib. Bankın nizamnamə kapitalı 71,45 milyon manat təşkil edir. “Bank BTB” ASC-nin səhmlərinin 74.98%-i (49 829 ədəd) Ramiz Mehdiyevin gəlini Nigar İsmayıl qızı Mehdiyevaya məxsus olub.
Top xəbərlər
Gün
Həftə
Ay