Azərbaycanın qədim və gözəl bölgələrindən biri olan Xızı rayonu özünün bənzərsiz təbiəti, dağları, səfalı yaylaqları, təmiz havası və qonaqpərvər insanları ilə hər zaman seçilmişdir. Xızı təkcə təbiət möcüzələri ilə deyil, həm də zəngin mənəviyyata malik, dövlətinə və xalqına bağlı insanları ilə tanınır. Bu rayonun saf qəlbli insanları əsrlər boyu milli-mənəvi dəyərlərimizi qoruyub yaşatmış, Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət etmişlər.
Xızı rayonu həm də qəhrəmanlar oylağı kimi tanınır. 44 günlük Vətən müharibəsində bu torpağın igid oğulları böyük şücaətlər göstərərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş, şəhidlik zirvəsinə ucalmışlar. Onların qəhrəmanlıq salnaməsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Bu gün qazilərimiz və veteranlarımız dövlətimizin diqqət və qayğısı ilə əhatə olunur, onların göstərdikləri xidmətlər böyük ehtiramla yad edilir.
Rayonun inkişafında ziyalıların, elm adamlarının, müəllimlərin və həkimlərin xüsusi rolu vardır. İnsan sağlamlığının qorunması istiqamətində fəaliyyət göstərən səhiyyə işçiləri bu gün də dövlətimizin etimadını doğrultmaq üçün əzmlə çalışırlar.
Azərbaycan səhiyyəsinin inkişafından danışarkən Ümummilli Lider Heydər Əliyevin bu sahəyə göstərdiyi misilsiz diqqət və qayğını xüsusi vurğulamaq lazımdır. Ulu Öndərin müəyyən etdiyi səhiyyə siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir xəstəxanaların tikilməsi, səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və vətəndaşların yüksək səviyyədə tibbi xidmətlə təmin olunması bunun bariz nümunəsidir.
Belə bir dövlət qayğısından ruhlanan səhiyyə işçilərindən biri də Xızı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bəhdaş Ənvərpaşa oğlu Nəbiyevdir. O, uzun illərdir ki, öz peşəsinə sevgi ilə yanaşan, Hippokrat andına sadiq qalan, insan sağlamlığını hər şeydən üstün tutan nümunəvi həkimlərdən biri kimi tanınır.
Bəhdaş Nəbiyev öz fəaliyyətində peşəkarlığı, məsuliyyət hissi və humanistliyi əsas prinsip kimi qəbul etmişdir. O, həm rəhbər kimi həkim və tibb personalı ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurur, həm də xəstələrə ən doğma insanı kimi yanaşaraq onların sağlamlığı naminə əlindən gələni əsirgəmir. Onun xəstələrə göstərdiyi qayğıkeş münasibət, diqqət və həssaslıq rayon sakinlərinin dərin rəğbətini qazanmışdır.
Baş həkim kimi fəaliyyət göstərdiyi dövrdə şəhid ailələrinə və qazilərə xüsusi diqqət ayıran Bəhdaş Nəbiyev onların növbədənkənar tibbi xidmət almasına şərait yaradır, sağlamlıqları ilə bağlı müraciətlərinə həssaslıqla yanaşır. Bu münasibət onun dövlətə, dövlətçiliyə və xalqına bağlılığının ən gözəl nümunələrindən biridir.
Eyni zamanda Bəhdaş Nəbiyev Xızı rayonunun ictimai-siyasi həyatında da fəal iştirak edən ziyalılardandır. Rayonun sosial layihələrində, maarifləndirici tədbirlərində və ictimai təşəbbüslərində yaxından iştirak etməsi onun cəmiyyət qarşısında məsuliyyət hissini bir daha nümayiş etdirir.
Qeyd etmək lazımdır ki, Bəhdaş Ənvərpaşa oğlu Nəbiyev uzun illərdir Xızı Rayon Mərkəzi Xəstəxanasında həkim-dermatoveneroloq kimi də fəaliyyət göstərmiş, peşəkarlığı və insanlara göstərdiyi diqqət sayəsində rayon sakinlərinin hörmətini qazanmışdır. Onun zəngin tibbi təcrübəsi, yüksək peşə hazırlığı və insanlara şəfa vermək arzusu bu gün də səhiyyə sahəsindəki fəaliyyətinin əsasını təşkil edir.
Təbrik
Fürsətdən istifadə edərək Xızı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bəhdaş Ənvərpaşa oğlu Nəbiyevi qarşıdan gələn 15 İyun – Milli Qurtuluş Günü və 17 İyun – Səhiyyə İşçilərinin Peşə Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik.
15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyətə malik olan, dövlət müstəqilliyimizin qorunub saxlanılmasını təmin edən və ölkəmizin tərəqqi yoluna çıxmasının əsasını qoyan möhtəşəm bir gündür. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan sabitlik və inkişaf yoluna qədəm qoymuş, bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi altında daha da qüdrətlənmişdir.
17 İyun – Səhiyyə İşçilərinin Peşə Bayramı isə insan həyatını və sağlamlığını qorumağı özünə müqəddəs vəzifə seçmiş insanların əməyinə verilən yüksək dəyərin təcəssümüdür. Bu bayram öz peşəsinə vicdanla xidmət edən, insanların sağlamlığı naminə gecə-gündüz çalışan səhiyyə fədailərinin bayramıdır.
Hörmətli Bəhdaş müəllim!
Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, məsuliyyətli və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Qoy insanlara göstərdiyiniz qayğı və xeyirxahlıq hər zaman yüksək qiymətləndirilsin, fəaliyyətiniz daim uğurlarla müşayiət olunsun. Milli Qurtuluş Gününüz və Səhiyyə İşçilərinin Peşə Bayramınız mübarək olsun!