


Müqəddəs Qurban bayramı İslam aləminin ən əziz, ən mənəvi dəyərlərlə zəngin bayramlarından biridir. Bu müqəddəs günlər insanları mərhəmətə, yardımlaşmaya, paylaşmağa, ehtiyacı olan insanların yanında olmağa səsləyir. Qurban bayramı təkcə ibadət və dini ənənələrin yerinə yetirilməsi deyil, eyni zamanda insanların bir-birinə dayaq olması, kasıbın, kimsəsizin, imkansız ailələrin sevindirilməsi, paylaşmanın mənəvi ucalığını yaşamaq deməkdir.
Bu müqəddəs bayramın əsas mahiyyətində Uca Allah yolunda edilən fədakarlıq, insanların bir-birinə sevgi və mərhəmət göstərməsi dayanır. Kəsilən qurbanların bir hissəsinin imkansız ailələrə paylanması, ehtiyacı olan insanların sevindirilməsi dinimizin bizə aşıladığı ən ali mənəvi dəyərlərdəndir. Çünki insanı ucaldan yalnız sahib olduqları deyil, paylaşdıqları, könüllərə toxunan xeyirxah əməlləridir.
Sevindirici haldır ki, cəmiyyətimizdə belə müqəddəs günlərin ruhunu yaşadan, imkanı daxilində ehtiyacı olan ailələrin yanında olan, öz xeyirxah əməlləri ilə insanların rəğbətini qazanan dəyərli sahibkarlarımız var. Belə xeyirxah insanlardan biri də Sumqayıt şəhərində fəaliyyət göstərən “Ordubad Market”in rəhbəri, ictimaiyyət arasında xeyriyyəçi iş adamı kimi tanınan Taleh Əfrasiyaboğludur.
Taleh Əfrasiyaboğlu yenə də öz ənənəsinə sadiq qalaraq müqəddəs Qurban bayramı günlərində imkansız ailələri diqqətdə saxlayır, onların sevincinə səbəb olmaq üçün müxtəlif sosial təşəbbüslərlə çıxış edir. Onun rəhbərlik etdiyi “Ordubad Market”də bayram münasibətilə təşkil edilən endirim kampaniyaları, xüsusilə aztəminatlı ailələrin bazarlıq etməsinə, süfrələrini daha rahat şəkildə zənginləşdirməsinə imkan yaradır. Bu, sadəcə sahibkarlıq nümunəsi deyil, həm də insanlığa, paylaşmağa və sosial məsuliyyətə verilən yüksək dəyərin göstəricisidir.
İnsanlar arasında onu nahaq yerə “xeyriyyəçi Taleh müəllim” adlandırmırlar. Çünki Taleh Əfrasiyaboğlu hər zaman öz insani keyfiyyətləri, qayğıkeş münasibəti və ehtiyac sahiblərinə göstərdiyi diqqət ilə seçilən sahibkarlardandır. İstər xeyriyyə tədbirlərində, istər imkansız ailələrin yanında olmaqda, istərsə də dəfn mərasimləri və digər sosial məsələlərdə əlindən gələn köməyi əsirgəməyən Taleh müəllim insanların ümid ünvanına çevrilmişdir.
Onu tanıyanlar yaxşı bilirlər ki, hər hansı bir ehtiyac yarandıqda insanlar böyük inamla “Bizim Taleh müəllim var” deyə ona müraciət edirlər. Bu isə insanın qazandığı ən böyük hörmətin, ən ali etimadın göstəricisidir. Çünki hər kəs varlı ola bilər, amma hər insan könüllərdə özünə yer qazana bilmir. Taleh Əfrasiyaboğlu isə məhz xeyirxah əməlləri, saf niyyəti və insanlara dayaq olmağı həyat amalına çevirməsi ilə sevilən insanlardandır.
Taleh müəllimin özünün də dediyi kimi, “Uca Allahın verdiyi ruzini paylaşmaq ruha qida verir.” Bu düşüncə tərzi onun həyat fəlsəfəsini, mənəvi dünyasını və insanlara münasibətini ən dolğun şəkildə ifadə edir. Məhz buna görə də o, yalnız bir sahibkar deyil, eyni zamanda xeyirxahlığın, mərhəmətin və insanpərvərliyin simvoluna çevrilmiş nümunəvi insanlardan biridir.
Belə müqəddəs günlərdə Taleh Əfrasiyaboğlu kimi insanların gördüyü xeyirxah işləri ictimailəşdirmək, onların cəmiyyətə verdiyi töhfələri vurğulamaq həm mənəvi borc, həm də yaxşı nümunələrin təbliğidir. Çünki yaxşılıq nümunəsi yayıldıqca, cəmiyyət də daha mərhəmətli, daha duyarlı və daha güclü olur.
Sonda “Ordubad Market”in rəhbəri Taleh Əfrasiyaboğlunu, onun bütün ailə üzvlərini, doğmalarını, onu sevənləri və onun dəyər verdiyi hər kəsi müqəddəs Qurban bayramı, eyni zamanda qarşıdan gələn 28 May – Respublika Günü münasibətilə ürəkdən təbrik edirik.
Arzu edirik ki, bu müqəddəs bayram günündə Taleh Əfrasiyaboğlunun kəsdirdiyi qurbanlar, etdiyi dualar, həyata keçirdiyi bütün xeyirxah əməllər Uca Allahın dərgahında qəbul olunsun. Qoy həmin dualardan, edilən savab işlərin bərəkətindən elimizə-obamıza, Vətənimizə və hər bir ailəyə pay düşsün.
Uca Allah xalqımızı daim birlik, ruzi-bərəkət, mərhəmət və sağlamlıq içində yaşatsın.
Bayramınız mübarək,Taleh müəllim!