Gündəm
8
27-05-2026, 11:53

Şəfa Paylayan Əllər, Xeyirxah Qəlb – Mikayıl Qocayevin Örnək Olacaq Həyat Yolu


Azərbaycanın qədimliyi, gözəlliyi, mənəvi zənginliyi ilə seçilən elə şəhərləri var ki, onların adı çəkiləndə insanın gözləri önündə həm tarix, həm zəhmət, həm də doğmalıq canlanır. Belə yurd yerlərindən biri də qədimliyi, insanlarının səmimiyyəti, qonaqpərvərliyi, yüksək mədəniyyəti və ziyalılığı ilə seçilən Şirvan şəhəridir. Şirvan təkcə coğrafi məkan deyil, o, həm də mərd insanların, elm adamlarının, ziyalıların, xeyirxah və mərhəmətli insanların yaşadığı, insan sevgisinin yüksək dəyərləndirildiyi müqəddəs bir ocaqdır.
Bu doğma şəhərin küçələrində hər addımda insan istiliyi duyulur, burada böyüyən hər bir insan öz yurduna sədaqəti, dövlətinə sevgisi və insanlara bağlılığı ilə seçilir. Şirvanın ən böyük sərvəti onun xeyirxah insanları, cəmiyyətə nümunə olan şəxsiyyətləridir. Elə insanlar ki, onların adı hörmətlə çəkilir, gördükləri işlər minnətdarlıqla yad edilir, varlığı insanlara ümid və inam verir.
Belə şəxsiyyətlərdən biri də öz peşəkarlığı, yüksək insani keyfiyyətləri, şəfalı əlləri, xeyirxahlıq missiyası ilə bütün şirvanlıların qürur və sevinc yeri hesab etdikləri Şirvan Şəhər Xəstəxanasının tanınmış həkim-cərrahı Mikayıl Qocayevdir.
İnsan həyatının keşiyində dayanmaq, ağrıları azaltmaq, ümidsiz gözlərə yenidən ümid vermək hər kəsin bacara biləcəyi bir missiya deyil. Həkimlik təkcə peşə yox, vicdan, mərhəmət, sonsuz səbir və insan sevgisidir. Məhz bu müqəddəs missiyanı ömrünün amalına çevirən Mikayıl Qocayev uzun illərdir ki, insanların sağlamlığı uğrunda yorulmadan çalışan, hər bir xəstəyə doğması kimi yanaşan, insanların dərdinə şərik olan, onları sağlam sabahlara qovuşdurmaq üçün gecəsini-gündüzünə qatan səhiyyə fədailərindəndir.
Onun keçdiyi həyat yolu zəhmət, məsuliyyət, fədakarlıq və insanlara xidmət nümunəsidir. Həyatın müxtəlif keşməkeşli yollarından keçərək qazandığı təcrübə, topladığı bilik və mənəvi dəyərlər onu bu gün xalqın sevgisini qazanan hörmətli bir həkimə çevirib. Mikayıl həkimin adı çəkiləndə insanların yaddaşında ilk olaraq şəfa, mərhəmət, qayğıkeşlik və insanlıq anlayışları canlanır.
Onun şəfalı əlləri yüzlərlə ailəyə sevinc bəxş edib, ümidsiz anlarda insanların üzündə yenidən təbəssüm yaradıb. Çünki Mikayıl Qocayev üçün xəstə sadəcə müraciət edən insan deyil – o, qayğıya ehtiyacı olan bir ömür, bir ailənin ümidi, bir ananın duasıdır.
Əsl insanlıq nümunəsi isə yalnız peşə fəaliyyətində deyil, eyni zamanda xeyirxah əməllərdə özünü göstərir. Mikayıl Qocayevin həyata keçirdiyi xeyriyyəçilik missiyası, xüsusilə maddi imkanı zəif olan ailələrə dəstəyi, ehtiyac sahibi insanların yanında olması, təmənnasız şəkildə sünnət aksiyaları keçirməsi onun nə qədər böyük ürək sahibi olduğunu göstərir. Bu əməllər yalnız tibbi xidmət deyil, həm də insanlıq borcunun nümunəsidir.
Xüsusilə Şəhid ailələrinə, qazilərə və veteranlara göstərdiyi yüksək diqqət və qayğı təqdirəlayiqdir. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə, sağlamlığını itirən qazilərimizə hər zaman növbədənkənar, təmənnasız xidmət göstərməsi onun dövlətinə, millətinə və Vətəninə olan sonsuz bağlılığının göstəricisidir. Bu, sadəcə xidmət deyil, müqəddəs amal qarşısında mənəvi borcun vicdanla yerinə yetirilməsidir.
Mikayıl Qocayev öz fəaliyyətində qanunları ali dəyər hesab edən, məsuliyyəti hər şeydən üstün tutan, peşəsinə vicdanla yanaşan ziyalı simalardandır. Dövlətçiliyimizə sədaqəti, Azərbaycan dövlətinə bağlılığı və Prezidentimizin həyata keçirdiyi siyasətə inamı onun fəaliyyətində açıq şəkildə hiss olunur.
Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı Azərbaycanın tibbinin inkişafında mühüm rol oynayıb. Dahi rəhbərin müəyyən etdiyi siyasi kurs bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, səhiyyə sistemində aparılan islahatlar, xəstəxanaların yenilənməsi, həkimlərin fəaliyyətinə verilən yüksək qiymət xalqın sağlamlığına göstərilən ali diqqətin nümunəsidir. Bu diqqət və qayğıdan ilham alan səhiyyə fədailəri sırasında Mikayıl Qocayev kimi vicdanlı, peşəkar və mərhəmətli həkimlərin fəaliyyəti xüsusi hörmət doğurur.
Müqəddəs Qurban bayramı və eyni zamanda 28 May – Respublika Günü münasibətilə Şirvan Şəhər Xəstəxanasının dəyərli həkim-cərrahı Mikayıl Qocayevi səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, şərəfli peşə yolunda yeni uğurlar arzulayırıq.
Qoy Uca Allah kəsdiyiniz qurbanları, etdiyiniz duaları, həyata keçirdiyiniz bütün xeyirxah əməlləri Öz dərgahında qəbul etsin. Şəfalı əlləriniz heç zaman yorulmasın, ümid çırağı olduğunuz insanların duaları hər zaman yolunuza nur saçsın. Sizə bəxş etdiyiniz sağlam həyat qədər işıqlı, mənalı və uğurlu bir ömür arzulayırıq.
Qoy Şirvanın fəxr etdiyi belə dəyərli insanlar daim xalqın arasında olsun, insanlara sağlamlıq, sevgi və ümid bəxş etməyə davam etsinlər.
Bit daha bayramınız mübarək, Mikayıl həkim!