Gündəm
2
24-05-2026, 12:18

Azərbaycanın konsulu qəzada həlak oldu


Azərbaycanın Təbriz şəhərindəki konsulu avtomobil qəzası nəticəsində vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabında məlumat verilib.
“Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində dünyasını dəyişməsi xəbəri bizi dərindən sarsıtdı”, - məlumatda qeyd olunub.

Müəllif: Axar.az