ABŞ Prezidenti Donald Tramp Ağ Evin yaxınlığında baş verən atışma zamanı xəsarət almayıb.Publika.az xəbər verir ki, bu barədə "PBS" yayım şirkətinin müxbiri Liz Lenderz "X" sosial şəbəkəsində məlumat verib.
"Təsdiqlənib: bu axşam Ağ Evin yaxınlığında atəş açılıb. Prezidentin təhlükəsizliyi təmin olunub", - deyə o yazıb.
Müxbirin sözlərinə görə, hadisə 17-ci küçə və Pensilvaniya prospektinin kəsişməsində baş verib. Lenderz əlavə edib ki, hadisə nəticəsində iki nəfər güllə yarası alıb: onlardan biri şübhəli şəxs, digəri isə təsadüfi keçən vətəndaşdır.
Hüseyn İbadlı