Gündəm
9
23-05-2026, 17:37

Təbiətin qoruyucusu, dövlətinə sədaqətli rəhbər – Yusif Kazımovun nümunəvi fəaliyyət yolu

Azərbaycan təbiəti öz zənginliyi, bənzərsiz gözəlliyi və nadir sərvətləri ilə dünyanın diqqətini cəlb edən qiymətli milli sərvətlərimizdəndir. Bu sərvətlərin qorunması, ekoloji tarazlığın saxlanılması və gələcək nəsillərə sağlam təbiətin miras qoyulması isə böyük məsuliyyət, vətən sevgisi və yüksək peşəkarlıq tələb edir. Məhz belə məsuliyyətli və fədakar insanlardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygöl Milli Parkının direktoru Yusif Kazımovdur.
Yusif Kazımovun şərəfli ömür yolu zəhmətə, dürüstlüyə, xalqa və dövlətə sədaqətə söykənən mənalı həyat nümunəsidir. O, fəaliyyət göstərdiyi sahədə daim yüksək peşəkarlığı, idarəçilik bacarığı və məsuliyyətli yanaşması ilə seçilmiş, Azərbaycanın nadir təbiət incilərindən biri olan Göygöl Milli Parkının qorunması və inkişafı istiqamətində yorulmadan çalışan rəhbərlərdən biri kimi tanınmışdır. Onun rəhbərliyi altında milli parkın zəngin flora və faunasının mühafizəsi, ekoloji balansın qorunması və təbiətə sevginin aşılanması istiqamətində mühüm işlər həyata keçirilir.
Bu gün ekologiyanın qorunması dünya miqyasında ən mühüm məsələlərdən biri hesab olunur. Xüsusilə yaşıllıqlara qənim kəsilənlər, təbiətə qarşı biganə münasibət göstərənlər gələcək nəsillərin sağlam mühitdə yaşamaq hüququna zərbə vururlar. Belə bir həssas sahədə çalışan Yusif Kazımov təbiətə qarşı törədilən qanunsuz hallara qarşı daim prinsipial mövqe sərgiləyən, yaşıllıqların qorunması uğrunda qətiyyətli mübarizə aparan peşəkar rəhbərlərdən biridir. Onun fəaliyyəti göstərir ki, təbiəti qorumaq yalnız xidməti vəzifə deyil, həm də Vətənə olan sonsuz sevginin və məsuliyyət hissinin ifadəsidir.
Yusif müəllimi fərqləndirən mühüm keyfiyyətlərdən biri də insanlarla olan mehriban, qayğıkeş və səmimi münasibətidir. Ona müraciət edən hər bir insan diqqətlə dinlənilir, problemlərə həssas yanaşılır, qanun və ədalət prinsipləri çərçivəsində həll yolları axtarılır. Onun sadəliyi, insanpərvərliyi və yüksək mənəvi keyfiyyətləri həm kollektivdə, həm də cəmiyyət arasında böyük hörmət qazandırmışdır.
Dövlətə və dövlətçiliyimizə sədaqət Yusif Kazımovun həyat və fəaliyyət prinsipinin əsasını təşkil edir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik məktəbinə bağlılıq, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə dəstək onun fəaliyyətində aydın şəkildə özünü göstərir. Ekologiya və təbiətin mühafizəsi sahəsində dövlət proqramlarının həyata keçirilməsində, milli sərvətlərimizin qorunmasında göstərdiyi səylər onun peşəsinə və dövlətinə olan bağlılığının bariz nümunəsidir.
Yusif Kazımovun şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət və qayğı da xüsusi qeyd olunmalıdır. 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək canlarını torpaqlarımızın azadlığı uğrunda fəda etmiş şəhidlərimizin ailələrinə ehtiram göstərilməsi, qazilərimizin problemlərinə həssas münasibət bəslənilməsi onun yüksək mənəvi keyfiyyətlərinin təzahürüdür. Şəhid ailələrinin yanında olmaq, qazilərimizin qayğılarına şərik çıxmaq həm insani, həm də vətəndaşlıq məsuliyyətinin ali nümunəsidir.
Göygöl Milli Parkının qorunmasına, təbiətimizin zəngin sərvətlərinin gələcək nəsillərə ötürülməsinə xidmət edən, dövlətinə və xalqına sədaqətlə çalışan, insanlara qayğı və diqqətlə yanaşan Yusif Kazımov kimi rəhbərlər cəmiyyətimizin dəyərli simalarıdır. Onun fəaliyyəti bir daha sübut edir ki, Vətənə xidmət yalnız sözlə deyil, vicdanlı əmək, məsuliyyət və xalqa bağlılıqla ölçülür.
Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygöl Milli Parkının direktoru Yusif Kazımovu və onun simasında bütün Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarını 23 may – peşə bayramı münasibətilə ürəkdən təbrik edir, onlara fəaliyyətlərində yeni uğurlar, möhkəm can sağlığı və böyük nailiyyətlər arzulayırıq. Eyni zamanda, qarşıdan gələn Müqəddəs Qurban bayramı münasibətilə ən xoş arzularımızı çatdırır, hər bir ailəyə ruzi-bərəkət, sevinc, firavanlıq və əmin-amanlıq diləyirik.
Qurban bayramınız mübarək olsun!