Gündəm
20
23-05-2026, 15:52

Bakının Yaşıl Nəfəsinə Xidmət edən Fədakar Rəhbər – Yaşar Salahovun Şərəfli Fəaliyyət Yolu

Azərbaycanın ürəyi, Qafqazın incisi sayılan Bakı şəhəri qədimliyi ilə müasirliyin vəhdət təşkil etdiyi, günü-gündən gözəlləşən, abadlaşan və yaşıllıqları ilə nəfəs alan möhtəşəm paytaxtdır. Xəzərin sahilində yerləşən bu gözəl şəhər yalnız memarlıq abidələri, müasir infrastrukturu ilə deyil, həm də parkları, xiyabanları, yaşıl zolaqları və insanlara ruh yüksəkliyi bəxş edən təbiət gözəllikləri ilə seçilir. Bakının simasının dəyişməsi, ekoloji tarazlığın qorunması və insanların sağlam mühitdə yaşaması istiqamətində görülən işlər dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Azərbaycan Respublikasının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyev yaşıllaşdırma sahəsinə hər zaman xüsusi diqqət göstərmiş, bu sahənin ölkənin gələcəyi üçün nə qədər mühüm olduğunu dəfələrlə vurğulamışdır. Ulu Öndərin söylədiyi müdrik fikirlər bu gün də öz aktuallığını qoruyur: “Bir ağacı qorumaq bir insanı qorumaq qədər müqəddəs işdir”, həmçinin “Bakıda bir ağacı əkib böyütmək bir övladı böyütməyə bərabərdir” kəlamları yaşıllığın insan həyatındakı rolunu aydın şəkildə ifadə edir.
Məhz Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının tərkib hissəsi kimi yaşıllaşdırma sahəsinə göstərilən diqqət nəticəsində paytaxt Bakıda parkların salınması, ağacəkmə kampaniyalarının genişləndirilməsi, ekoloji mühitin sağlamlaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bu sahədə fəaliyyət göstərən mühüm qurumlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyidir. Bu qurumun yaranması Bakı şəhərinin ekoloji durumunun yaxşılaşdırılması, yaşıllıq sahələrinin qorunması və artırılması məqsədilə dövlətin həyata keçirdiyi ardıcıl siyasətin mühüm tərkib hissəsidir. Birlik uzun illərdir ki, paytaxtın daha gözəl, daha yaşıl və daha abad olması naminə yorulmadan fəaliyyət göstərir.
Bu gün həmin sahədə öz məsuliyyətli fəaliyyəti, yüksək təşkilatçılıq qabiliyyəti və insanpərvərliyi ilə seçilən rəhbər şəxslərdən biri də Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktor müavini vəzifəsini icra edən Yaşar Hüseyn oğlu Salahovdur.
Ömrünü dövlətinə və xalqına xidmətə həsr edən Yaşar Salahov çalışdığı sahədə böyük məsuliyyət hissi ilə fəaliyyət göstərən, öz peşəsinə qəlbən bağlı olan, işini sevən və hər zaman vicdanla çalışan nümunəvi rəhbər şəxslərdəndir. Onun fəaliyyətində ən diqqətçəkən xüsusiyyətlərdən biri işinə sevgi ilə yanaşması, kollektivdə səmimi münasibətlər qurması və ona müraciət edən hər bir insanı diqqətlə dinləməsidir. Xoş xasiyyəti, sadəliyi, təmkinli davranışı və yüksək insani keyfiyyətləri Yaşar müəllimi ətrafındakı insanların rəğbətini qazanan dəyərli ziyalılardan birinə çevirmişdir.
Yaşar Salahov fəaliyyət göstərdiyi müddətdə Ulu Öndər Heydər Əliyevin bütün sahələrə olduğu kimi yaşıllaşdırma sahəsinə göstərdiyi diqqət və qayğını daim rəhbər tutmuş, bu gün həmin siyasi kursun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsindən ilham alaraq öz işinə daha böyük məsuliyyətlə yanaşmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakı şəhərinin daha da gözəlləşməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, yeni parkların salınması və yaşıllıqların qorunması istiqamətində həyata keçirilən layihələr bu sahədə çalışan hər bir məsuliyyətli rəhbər üçün örnək olmuşdur.
Yaşar müəllimin fəaliyyətində diqqət çəkən mühüm məqamlardan biri də şəhid ailələrinə və qazilərə göstərdiyi xüsusi diqqət və qayğıdır. Vətən uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə daim həssas münasibət göstərən Yaşar Salahov imkanları daxilində onlara mənəvi və maddi dəstək göstərməyə çalışır. Bu münasibət onun vətənpərvərliyinin, dövlətinə və xalqına olan sevgisinin bariz nümunəsidir. Çünki Vətən sevgisi yalnız sözlə deyil, əməli addımlarla sübut olunur.
Bununla yanaşı, Yaşar Salahov sağlam və obyektiv mətbuata hörmətlə yanaşan, qələm adamlarına dəyər verən rəhbər şəxslərdən biridir. Xüsusilə obyektiv mövqeyi ilə seçilən, həqiqəti yazmaqdan çəkinməyən, “ağa ağ, qaraya qara” deməyi bacaran yazarlarla səmimi münasibət qurması onun ziyalı mövqeyindən xəbər verir. Mətbuat nümayəndələrinə hörmətlə yanaşması, onları diqqətlə dinləməsi və sağlam ictimai fikrə önəm verməsi Yaşar müəllimin yüksək mədəniyyətindən və şəxsiyyətindən irəli gələn xüsusiyyətlərdəndir.
Bu gün Bakı şəhərinin yaşıllıqlarla bəzənməsi, insanların sağlam ekoloji mühitdə yaşaması üçün gecə-gündüz çalışan insanlar arasında Yaşar Salahov kimi məsuliyyətli rəhbərlərin əməyi xüsusi qiymətə layiqdir. Çünki yaşıllıq yalnız təbiət deyil, həm də gələcək nəsillərə qoyulan sağlam miras, saf nəfəs və yaşamaq eşqidir.
Şübhəsiz ki, dövlətinə sədaqətlə xidmət edən, işini sevən, insanlara hörmət və qayğı ilə yanaşan belə rəhbər şəxslər cəmiyyətin inkişafında mühüm rol oynayır və hər zaman böyük rəğbətlə qarşılanırlar. Yaşar Hüseyn oğlu Salahovun bundan sonrakı fəaliyyətində də uğurlar qazanacağına, Bakı şəhərinin daha da yaşıllaşması naminə öz töhfələrini verməyə davam edəcəyinə inam böyükdür.
Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktor müavini vəzifəsini icra edən, öz şərəfli fəaliyyəti, yüksək insani keyfiyyətləri, dövlətə və 
dövlətçiliyimizə sədaqəti ilə seçilən hörmətli Yaşar Hüseyn oğlu Salahovu müqəddəs Qurban Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Qurban Bayramı insanları mərhəmətə, birlik və həmrəyliyə, paylaşmağa, xeyirxahlığa səsləyən müqəddəs bayramlardan biridir. Bu mənəvi dəyərləri öz həyat və fəaliyyətində yaşadan, insanlara səmimi münasibəti, xeyirxahlığı, şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət və qayğı ilə rəğbət qazanan Yaşar müəllimə ən xoş arzularımızı çatdırırıq.
Uca Allah kəsdiyiniz qurbanları, etdiyiniz duaları öz dərgahında qəbul etsin, niyyətlərinizi hasil etsin. Arzu edirik ki, etdiyiniz xeyir-dualardan elimizə-obamıza, Vətənimizə, xalqımıza və hər birimizə pay düşsün. Qoy müqəddəs bayramın nuru hər zaman ocağınızı işıqlandırsın, ailənizə ruzi-bərəkət, qəlbinizə sevinc və rahatlıq gətirsin.
Ulu Tanrı sizi daim qorusun, xeyirxah əməllərinizin savabını versin, xalqımıza və dövlətimizə xidmət yolunda fəaliyyətinizi uğurlu etsin. Qoy bu müqəddəs bayram sizə və doğmalarınıza sağlamlıq, firavanlıq, ruzi-bərəkət və sonsuz xoşbəxtlik gətirsin.
Müqəddəs Qurban Bayramınız mübarək olsun, Yaşar müəllim!