Təbiətin keşiyində fədakar xidmət – Rövşən Camalxanovun dövlətə sədaqətlə yoğrulan nümunəvi fəaliyyət yolu
Azərbaycanın zəngin təbii sərvətləri, yaşıl meşələri və bənzərsiz təbiəti xalqımızın ən böyük milli sərvətlərindən biridir. Bu sərvətlərin qorunması, gələcək nəsillərə sağlam və yaşıl bir mühitin miras qoyulması isə böyük məsuliyyət, yüksək peşəkarlıq və Vətən sevgisi tələb edir. Məhz belə məsuliyyətli və fədakar insanlardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağcabədi şəhərində fəaliyyət göstərən 9 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rövşən Camalxanovdur. Rövşən Camalxanovun şərəfli ömür yolu zəhmət, əzm, dürüstlük və dövlətə sədaqət prinsipləri üzərində formalaşmış mənalı həyat nümunəsidir. O, uzun illər ərzində çalışdığı sahədə yüksək peşəkarlıq nümayiş etdirərək, meşə fondunun qorunması, yeni yaşıllıq sahələrinin salınması, təbiətin mühafizəsi və ekoloji tarazlığın təmin olunması istiqamətində yorulmadan fəaliyyət göstərən rəhbərlərdən biri kimi tanınır. Onun rəhbərlik etdiyi sahədə görülən işlər yalnız bu günün deyil, həm də gələcək nəsillərin rifahına xidmət edən mühüm addımlar hesab olunur. Bu gün dünyada ekoloji problemlərin artdığı, yaşıllıqların məhv edilməsinin ciddi təhlükəyə çevrildiyi bir zamanda təbiəti qorumaq hər bir vətəndaşın mənəvi borcu olmaqla yanaşı, aidiyyəti qurumların da üzərinə böyük məsuliyyət qoyur. Təəssüf ki, bəzi insanlar şəxsi maraqları naminə yaşıllıqlara qənim kəsilərək təbiətə zərər vurmağa çalışırlar. Lakin Rövşən Camalxanov kimi prinsipial, peşəkar və vəzifəsinə vicdanla yanaşan rəhbərlər belə hallara qarşı qətiyyətlə mübarizə aparır, qanunvericiliyin tələblərinə uyğun tədbirlər görərək meşələrin, ağacların və ümumilikdə ətraf mühitin qorunmasına xüsusi diqqət ayırırlar. Onun fəaliyyəti göstərir ki, təbiəti qorumaq Vətənə xidmətin ən ali formalarından biridir. Rövşən Camalxanovu fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri də insanlarla olan qayğıkeş və səmimi münasibətidir. Ona müraciət edən hər bir vətəndaş diqqətlə dinlənilir, insanların problemlərinə həssaslıqla yanaşılır, qanun çərçivəsində kömək göstərilməsinə çalışılır. Sadəliyi, təvazökarlığı, yüksək mədəniyyəti və insanlara göstərdiyi hörmət onu kollektivdə və cəmiyyətdə nüfuz sahibi edən əsas amillərdəndir. Dövlətə və dövlətçiliyimizə sədaqət Rövşən Camalxanovun fəaliyyətində xüsusi yer tutur. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ideyalarına bağlılıq, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə dəstək onun peşə fəaliyyətində daim özünü büruzə verir. Ekologiyanın qorunması, yaşıllıqların artırılması, meşə təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarının icrasında onun əzmkarlığı və məsuliyyətli fəaliyyəti təqdirəlayiqdir. Vətənə bağlılığın ən ali nümunəsi isə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdır. Rövşən Camalxanov şəhid ailələrinə və qazilərimizə daim həssas münasibət göstərən, onların problemlərinə biganə qalmayan, mənəvi dəstəyini əsirgəməyən insanlardan biridir. 44 günlük Vətən müharibəsində canlarını torpaq uğrunda fəda etmiş şəhidlərimizin ailələrinə göstərilən diqqət, qazilərimizin yanında olmaq həm insani, həm də vətəndaşlıq borcunun nümunəsidir. Bu həssas münasibət Rövşən müəllimin yüksək mənəvi keyfiyyətlərindən və vətənpərvərlik ruhundan xəbər verir. Təbiətin keşiyində dayanaraq yaşıl sərvətlərimizin qorunmasına xidmət edən, insanlara qayğı və diqqətlə yanaşan, dövlətçilik prinsiplərinə sadiqliyi ilə seçilən Rövşən Camalxanov kimi rəhbərlər cəmiyyətimizin güvənilən və hörmət edilən simalarıdır. Onun fəaliyyəti bir daha göstərir ki, Vətənə xidmət yalnız sözlə deyil, əməli fəaliyyət, vicdanlı əmək və xalqa bağlılıqla ölçülür. Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağcabədi şəhərində fəaliyyət göstərən 9 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rövşən Camalxanovu və onun simasında bütün Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarını 23 may – peşə bayramı münasibətilə ürəkdən təbrik edir, onlara fəaliyyətlərində yeni uğurlar, möhkəm can sağlığı və bol nailiyyətlər arzulayırıq. Eyni zamanda, qarşıdan gələn Müqəddəs Qurban bayramı münasibətilə ən səmimi təbriklərimizi çatdırır, hər bir ailəyə ruzi-bərəkət, sevinc, firavanlıq və əmin-amanlıq diləyirik. Bayramınız mübarək olsun!