Xalqına Dayaq, Dövlətinə Sədaqətli Sahibkar – Mərhəmət Qurbanovun Şərəfli Həyat və Fəaliyyət Yoluna Baxış
Azərbaycan hər zaman öz vətəninə, xalqına və dövlətinə sədaqətlə xidmət edən insanları ilə fəxr edib. Bu gün ölkəmizin sosial-iqtisadi inkişafında, insanların rifah halının yüksəlməsində və dövlətimizin daha da güclənməsində sahibkarların rolu əvəzsizdir. Xüsusilə elə insanlar vardır ki, onlar sahibkarlığı yalnız şəxsi uğur kimi deyil, həm də xalqa xidmət missiyası kimi qəbul edirlər. Belə dəyərli, nüfuzlu və xeyirxah insanlardan biri də Mərhəmət Qurbanovdur.Mərhəmət müəllim uzun illərdir ki, fəaliyyət göstərdiyi sahədə dürüstlüyü, yüksək idarəçilik bacarığı, insanlara olan səmimi münasibəti və vətənə bağlılığı ilə seçilən nümunəvi sahibkarlardandır. O, zəhməti və əzmkarlığı ilə qazandığı uğurları hər zaman xalqın rifahına, insanların rahatlığına və dövlətimizin inkişafına yönəltməyi bacaran insanlardandır. Onun fəaliyyəti sadəcə biznes uğurları ilə ölçülmür. Çünki Mərhəmət müəllim üçün insan amili, xeyirxahlıq və dövlətçilik hər şeydən öndə dayanır.Bu gün Mərhəmət Qurbanovun adı insanların yaddaşında xeyirxahlıq, mərhəmət və humanizm anlayışları ilə yanaşı çəkilir. O, hər zaman ehtiyacı olan insanların yanında olmağa çalışan, dara düşən ailələrə əl uzadan, xüsusilə şəhid ailələrinə və qazilərimizə böyük diqqət və qayğı göstərən insanlardan biridir. Mərhəmət müəllim yaxşı anlayır ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə sahib çıxmaq hər bir vicdanlı vətəndaşın mənəvi borcudur. Məhz buna görə də o, şəhid ailələrinin problemləri ilə yaxından maraqlanır, qazilərimizin sosial qayğılarına həssaslıqla yanaşır və onlara dəstəyini əsirgəmir.Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində öz qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi Zəfər xalqımızın birliyi, ordumuzun gücü və dövlətimizin qətiyyətli siyasəti nəticəsində qazanıldı. Həmin günlərdə hər bir vətənpərvər azərbaycanlı kimi Mərhəmət Qurbanov da dövlətimizin yanında oldu, ordumuza və xalqımıza dəstəyini göstərdi. Çünki onun üçün Vətən sevgisi sadəcə söz deyil, həyat amalına çevrilmiş müqəddəs bir anlayışdır.Mərhəmət müəllim fəaliyyətində hər zaman Azərbaycan dövlətinin maraqlarını üstün tutur, dövlətçiliyə sadiqliyi ilə seçilir. O, ölkəmizdə həyata keçirilən islahatları dəstəkləyən, iqtisadi inkişafın güclənməsi üçün çalışan sahibkarlardandır. Dövlətimizin başçısı İlham Əliyev cənab İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı nəticəsində bu gün Azərbaycanda iş adamları üçün geniş imkanlar yaradılıb. Prezident İlham Əliyev çıxışlarının birində demişdir: “Sahibkarlar bizim üçün çox önəmli təbəqədir. Çünki onlar yeni iş yerləri yaradır, ölkə iqtisadiyyatını gücləndirirlər və sosial məsuliyyət nümayiş etdirirlər.” Bu fikirlər əslində Mərhəmət Qurbanov kimi sahibkarların fəaliyyətinə verilən ən böyük qiymətdir.Mərhəmət müəllim öz fəaliyyəti ilə sübut edir ki, uğurlu sahibkar olmaq üçün yalnız maddi imkan kifayət etmir. Ən vacib məsələ insanlıqdır, vicdandır və xalqa bağlılıqdır. O, daim aztəminatlı ailələrə kömək edir, ehtiyac sahibi olan insanlara dəstək göstərir, bayram günlərində onların sevincinə şərik olmağa çalışır. İnsanların xeyir-duasını qazanmaq isə hər insana nəsib olmayan böyük bir xoşbəxtlikdir. Mərhəmət müəllim də bu sevgini öz xeyirxah əməlləri və səmimiyyəti ilə qazanıb.Onun rəhbərlik etdiyi kollektivdə də hər zaman birlik, qarşılıqlı hörmət və sağlam münasibətlər hökm sürür. İşçilərinə diqqət və qayğı ilə yanaşması Mərhəmət müəllimin insanlara verdiyi dəyərin göstəricisidir. O, kollektivini yalnız əməkdaş kimi deyil, böyük bir ailənin üzvləri kimi görür. Bu isə uğurlu və güclü kollektiv formalaşdıran əsas amillərdəndir.Mərhəmət Qurbanov üçün qazandığı uğurların ən böyük mənası insanların razılığı və dövlətimizin inkişafına verilən töhfədir. Onun həyat yolu göstərir ki, zəhmətsevərlik, dürüstlük və vətənə bağlılıq insanı daim ucaldan dəyərlərdir. Belə insanların fəaliyyəti gənc nəsil üçün örnəkdir və cəmiyyətimizdə xeyirxahlıq ənənələrinin yaşamasına böyük töhfə verir.Bu gün Azərbaycan sürətlə inkişaf edir, yeni uğurlara imza atır. Ölkəmizin iqtisadi qüdrətinin artmasında Mərhəmət Qurbanov kimi sahibkarların zəhməti və fəaliyyəti xüsusi rol oynayır. Çünki dövlətinə bağlı, xalqına xidmət edən sahibkarlar Azərbaycanın güclü gələcəyinin əsas dayaqlarından biridir.Sonda xeyirxah sahibkar Mərhəmət Qurbanov başda olmaqla bütün işçi kollektivini qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirik. Uca Allah etdiyiniz bütün xeyirxah əməlləri, kəsdiyiniz qurbanları və etdiyiniz duaları qəbul etsin. Süfrələrinizdən ruzi-bərəkət, ocağınızdan sevgi və mehribanlıq əskik olmasın. Allah xalqımızı, dövlətimizi daim qorusun, hər evə sevinc və xoşbəxtlik bəxş etsin. Bayramınız mübarək olsun!