Gündəm
9
21-05-2026, 13:59

Xırdalanın inkişafına xidmət edən məsuliyyətli rəhbər – Malik Məmmədovun dövlətə sədaqətlə yoğrulan fəaliyyət yolu

Azərbaycanın sürətlə inkişaf edən, gündən-günə gözəlləşən bölgələrindən biri olan Abşeron rayonu və onun ürəyi sayılan Xırdalan şəhəri bu gün öz simasını dəyişən, müasir abadlıq və quruculuq işləri ilə seçilən yaşayış məkanlarından birinə çevrilib. Qonaqpərvər insanları, zəhmətkeş sakinləri, vətənpərvər oğulları və yüksək mənəviyyata sahib ziyalıları ilə tanınan Xırdalan şəhəri bu gün dövlətimizin diqqət və qayğısını hər addımda hiss etdirən bölgələrdən biridir.
Abşeron rayonunda həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri, yeni yolların çəkilməsi, parkların salınması, sosial infrastrukturun yenilənməsi, əhalinin rifahının yüksəldilməsi istiqamətində görülən mühüm tədbirlər rayon sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır. Bu inkişafın təməlində isə ilk növbədə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü işlər dayanır. Rayonun daha da abadlaşması, insanların rahat yaşayışının təmin olunması istiqamətində görülən işlər dövlət-vətəndaş münasibətlərinin nümunəsinə çevrilib.
Məhz belə bir inkişaf mühitində öz peşəkarlığı, məsuliyyəti və insanlara olan həssas münasibəti ilə seçilən dövlət qulluqçularından biri də Abşeron rayon Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Malik Məmmədovdur. Malik müəllim üzərinə düşən vəzifəni vicdanla yerinə yetirən, dövlətinə və xalqına sədaqətlə xidmət göstərən məsuliyyətli rəhbər şəxslərdəndir.
Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnsan amilinə verilən yüksək dəyər, vətəndaş məmnunluğunun ön planda tutulması, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı bu siyasətin əsas istiqamətlərindəndir. Dövlətimizin bütün sahələrdə həyata keçirdiyi uğurlu islahatlar Azərbaycanın daha da güclənməsinə xidmət edir.
Bu dövlət siyasətinə sadiq qalan Malik Məmmədov da öz fəaliyyətində vətəndaş amilini daim ön planda saxlayan rəhbərlərdən biridir. Ona müraciət edən insanları diqqətlə dinləməsi, problemlərinə həssas yanaşması, hər kəsə hörmət və anlayışla yanaşıb əlindən gələn köməyi əsirgəməməsi sakinlər tərəfindən rəğbətlə qarşılanır. Çünki vəzifə sahibi olmaq təkcə idarəçilik deyil, həm də insanlara dayaq olmaq, onların qayğısını bölüşmək deməkdir.
Malik müəllimin fəaliyyətində xüsusi yer tutan məqamlardan biri də şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdır. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə ehtiram və diqqət göstərmək onun yüksək insani keyfiyyətlərinin təzahürüdür. Onların problemləri ilə maraqlanmaq, imkanı daxilində dəstək göstərmək Malik Məmmədovun fəaliyyətində önəm verdiyi mənəvi dəyərlərdəndir.
Malik Məmmədov dövlətimizə və dövlətçiliyimizə şərəf və ləyaqətlə xidmət göstərən, öz işinə qəlbən bağlı, məsuliyyət hissini daim öndə tutan dövlət qulluqçularındandır. O, fəaliyyətində ulu öndər Heydər Əliyevin ideyalarına sadiqliyi, Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf xəttinə bağlılığı ilə seçilir və bu etimadı əməli işi ilə doğrultmağa çalışır.
Bu gün Xırdalan şəhərində yaşayan insanlar abad küçələrdə, yenilənən yaşayış məhəllələrində, həyata keçirilən sosial layihələrdə dövlətin qayğısını hiss etdikləri kimi, yerli idarəçilikdə də vətəndaşa göstərilən diqqəti yüksək qiymətləndirirlər.
Belə bir məsuliyyətli və şərəfli fəaliyyət yolunda Malik Məmmədova möhkəm can sağlığı, ailə səadəti, fəaliyyətində yeni uğurlar və dövlətimizə xidmət yolunda daim nailiyyətlər arzulayırıq. Qoy gördüyü faydalı işlər hər zaman insanların minnətdarlığı ilə qarşılanaraq ona yeni uğurlar qazandırsın.
Fürsətdən istifadə edərək, Abşeron rayon Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Malik Məmmədovu və bütün ailə üzvlərini qarşıdan gələn Müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirik. Uca Allah kəsilən qurbanları, edilən duaları, tutulan bütün xeyirxah niyyətləri Öz dərgahında qəbul etsin. Bu müqəddəs bayramın gətirdiyi mərhəmət, birlik, bərəkət və sevinc hər bir evə, hər bir ocağa ruzi-bərəkət, can sağlığı və xoş günlər bəxş etsin.
Arzu edirik ki, edilən dualardan elimizə-obamıza, dövlətimizə, xalqımıza və hər birimizə pay düşsün. Vətənimiz daim əmin-amanlıq, firavanlıq içində olsun, şəhidlərimizin ruhu şad, qazilərimiz sağlam, ailələrimiz isə hər zaman xoşbəxt və bir olsun.
Qoy Müqəddəs Qurban bayramı hər bir ürəyə sevinc, hər bir ocağa nur, hər bir insana xeyir-bərəkət gətirsin!