Gündəm
25
19-05-2026, 13:37

Dövlətə Sədaqətlə Xidmətin Nümunəsi – Ramo Hacıyev

Azərbaycanın dilbər guşələrindən biri olan Zərdab özünün zəhmətkeş insanları, qonaqpərvərliyi, milli-mənəvi dəyərlərə bağlılığı ilə hər zaman seçilib. Bu qədim yurd yeri bu gün də dövlətinə və xalqına sədaqətlə xidmət edən ziyalıları, rəhbər şəxsləri ilə tanınır. Rayonun inkişafında, insanların rifah halının yüksəlməsində əməyi olan belə nüfuzlu şəxslərdən biri də Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədr müavini Ramo Hacıyevdir.Ramo müəllim uzun illərdir ki, dövlətçilik prinsiplərinə sadiq qalaraq xalqına vicdanla xidmət edir. Onun fəaliyyəti rayon sakinləri tərəfindən hər zaman yüksək qiymətləndirilir. Sadəliyi, insanlara diqqət və qayğı ilə yanaşması, vətəndaş müraciətlərinə həssas münasibəti Ramo müəllimi insanlar arasında hörmət sahibi edib. O, çalışdığı bütün sahələrdə məsuliyyəti və peşəkarlığı ilə seçilən dövlət qulluqçularındandır.Zərdab rayonu hər zaman qonaqpərvərliyi ilə seçilib. Rayon sakinlərinin səmimiyyəti, mehribanlığı və birlik ruhu bu bölgənin əsas xüsusiyyətlərindəndir. Bu mühitin formalaşmasında rayon rəhbərliyinin, xüsusilə də Ramo müəllim kimi ziyalı insanların böyük rolu var. Rayonun ictimai-siyasi həyatında daim fəallıq göstərən Ramo Hacıyev insanların problemlərinə biganə qalmır, onların yanında olmağa çalışır.Xüsusilə şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət və qayğı onun vətənpərvərliyinin bariz nümunəsidir. Müharibə iştirakçıları, qazilər və şəhid ailələri ilə mütəmadi görüşlər keçirilməsi, onların problemlərinin həlli istiqamətində atılan addımlar sakinlər tərəfindən minnətdarlıqla qarşılanır. Ramo müəllim hər zaman bildirir ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə sahib çıxmaq hər birimizin mənəvi borcudur.Bununla yanaşı, aztəminatlı ailələrə göstərilən dəstək, ehtiyacı olan insanlara yardım aksiyalarının təşkil olunması da onun humanist və xeyirxah insan olmasının göstəricisidir. Ramo müəllim insanların sevincinə də, kədərinə də ortaq olan, daim xalqın içində olan rəhbər şəxslərdəndir. Onun gördüyü işlər rayon sakinlərinin rifahına xidmət edir və dövlətçilik ənənələrinin möhkəmlənməsinə töhfə verir.Yeni Azərbaycan Partiyasının ideyalarına sadiq olan Ramo Hacıyev ölkəmizin inkişafı, dövlətimizin güclənməsi naminə yorulmadan fəaliyyət göstərir. Dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edən belə ziyalı insanların fəaliyyəti gənc nəsil üçün də örnəkdir.Sonda isə hörmətli Ramo müəllimi qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, ailə səadəti, işlərində yeni uğurlar arzulayırıq. Qurban bayramınız mübarək olsun!

Şahmar Zərdabi