
Azərbaycanın inkişaf edən, gündən-günə gözəlləşən bölgələrindən biri olan Abşeron rayonu bu gün özünün müasir siması, geniş quruculuq və abadlıq işləri, sosial rifahın yüksəldilməsi istiqamətində atılan addımlarla seçilir. Paytaxtın yaxınlığında yerləşən bu ərazi yalnız coğrafi baxımdan deyil, həm də iqtisadi və sosial inkişaf tempinə görə ölkənin önəmli bölgələrindən birinə çevrilmişdir. Rayon ərazisində həyata keçirilən layihələr, yeni infrastrukturun qurulması, yolların, parkların, sosial obyektlərin istifadəyə verilməsi dövlətin bölgələrə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Bu inkişafın əsas təməlində isə Azərbaycan dövlətinin uzaqgörən siyasəti dayanır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində regionların sosial-iqtisadi inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Məhz bu diqqət və qayğı sayəsində Abşeron rayonu da sürətli tərəqqi yolunda inamla irəliləyir.
Rayonda aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri Abdin Ələsgər oğlu Fərzəliyevin rəhbərliyi altında daha da vüsət almışdır. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr nəticəsində rayonun siması dəyişmiş, sakinlərin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.
Bu işlərin icrasında yerli nümayəndələrin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır qəsəbəsi üzrə nümayəndəsi Güləhməd Xəlilov öz nümunəvi fəaliyyəti, xalqa yaxınlığı və məsuliyyətli yanaşması ilə seçilən rəhbər şəxslərdəndir. Onun şərəfli və gərəkli ömür yolu dövlətə və dövlətçiliyə sədaqətli xidmət nümunəsi kimi qiymətləndirilə bilər.
Güləhməd Xəlilov öz vəzifəsinə böyük məsuliyyətlə yanaşaraq Masazır qəsəbəsində abadlıq işlərinin genişlənməsində, əhalinin sosial problemlərinin həllində, insanların rifahının yüksəldilməsində mühüm rol oynayır. Ona müraciət edən hər bir vətəndaşa səmimi münasibət göstərməsi, onların problemlərinə həssaslıqla yanaşması onun yüksək insani keyfiyyətlərinin göstəricisidir.
Xüsusilə 44 günlük Vətən müharibəsi ərəfəsində və sonrasında göstərdiyi fəaliyyət onun vətənpərvərliyinin bariz nümunəsidir. Əsgərlərə və onların ailələrinə göstərilən diqqət və qayğı, şəhid ailələrinə və qazilərə olan xüsusi münasibət onun dövlətə və xalqa bağlılığını bir daha təsdiq edir.
Dövlət başçısının siyasətindən ruhlanan Güləhməd Xəlilov bu diqqəti öz fəaliyyətində daim hiss edərək işinə daha böyük məsuliyyətlə yanaşır, qarşıya qoyulan vəzifələrin layiqincə icrası üçün var qüvvəsi ilə çalışır. Onun fəaliyyəti yalnız inzibati idarəçilik deyil, həm də insani dəyərlərə söykənən xidmət nümunəsidir.
Tarixi yaddaşın qorunması və gələcək nəsillərə çatdırılması da onun fəaliyyətində mühüm yer tutur. Hər il 31 Mart Azərbaycanlıların Soyqırımı günü şəhidlərin məzarlarını ziyarət etməsi, onların ruhuna dualar oxuması, bu faciənin unudulmaması istiqamətində göstərdiyi həssas münasibət xalqımıza olan dərin ehtiramın təzahürüdür.
Bu gün Abşeron rayonu inkişaf edir, gözəlləşir və bu inkişafın arxasında dövlət siyasətinə sədaqətlə xidmət edən, xalqa bağlı, məsuliyyətli insanlar dayanır. Onlardan biri olan Güləhməd Xəlilovun fəaliyyəti isə dövlətçilik ənənələrinə sadiqliyin, vətənə sevginin və xalqa xidmətin parlaq nümunəsidir.