Gündəm
46
21-01-2026, 14:44

Döyüş meydanından ictimai xidmətə uzanan şərəfli yol

Göygöl rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Pərvin Rəhimli öz fəaliyyəti, vətənpərvər mövqeyi və insanlara xidmət prinsipləri ilə seçilən nümunəvi rəhbər və dəyərli şəxsiyyətlərdəndir. O, həm peşəkar idarəçi, həm də Vətən qarşısında şərəfli borcunu yerinə yetirmiş bir qazi kimi böyük hörmət və ehtiram qazanmışdır.
Pərvin Rəhimli Vətənimizin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak edərək, Azərbaycan əsgərinin mərdliyini, fədakarlığını və sarsılmaz iradəsini nümayiş etdirmişdir. Onun döyüş yolu yalnız şəxsi qəhrəmanlıq nümunəsi deyil, eyni zamanda gənc nəsil üçün vətənə sədaqətin, torpağa bağlılığın canlı örnəyidir. Qazilik statusu onun həyat yoluna xüsusi mənəvi dəyər qatmış, cəmiyyət içində nüfuzunu daha da artırmışdır.
Müharibədən sonrakı dövrdə Pərvin Rəhimli öz bilik və bacarığını mülki sahədə, xüsusilə də Göygöl rayonunun mənzil-kommunal təsərrüfatının inkişafına həsr etmişdir. Rəhbərlik etdiyi İstehsalat Birliyində səmərəli idarəetmə, məsuliyyətli yanaşma və şəffaflıq prinsipləri əsas prioritetlərdəndir. Rayon əhalisinin sosial rifahının yaxşılaşdırılması, kommunal xidmətlərin keyfiyyətinin artırılması istiqamətində gördüyü işlər onun işinə olan vicdanlı münasibətinin bariz göstəricisidir.
Pərvin Rəhimli həm kollektiv arasında, həm də rayon ictimaiyyəti içərisində sadəliyi, ədalətliliyi və insanlara diqqət və qayğısı ilə seçilir. O, qazilik şərəfini gündəlik fəaliyyəti ilə doğruldan, dövlətə və xalqa sədaqətlə xidmət edən ləyaqətli bir Azərbaycan vətəndaşıdır.
Belə şəxsiyyətlərin fəaliyyəti dövlətçiliyimizin möhkəmlənməsinə, cəmiyyətimizdə birlik və həmrəyliyin güclənməsinə mühüm töhfə verir. Pərvin Rəhimliyə bundan sonrakı fəaliyyətində möhkəm cansağlığı, uğurlar və yeni nailiyyətlər arzulayırıq.