Gündəm
34
12-01-2026, 14:52

Təhsildə fədakarlıq və tələbkarlıq nümunəsi —Vəfa Həsənova

Bakı şəhəri 240 nömrəli tam orta məktəbdə direktor əvəzi vəzifəsində fəaliyyət göstərən Vəfa Həsənova təhsil ocağında səmərəli idarəçilik, sağlam mənəvi mühit və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan fəaliyyəti ilə seçilir. O, üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirərək məktəbin tədris və tərbiyə işlərinin yüksək səviyyədə təşkilinə daim diqqət göstərir.
Vəfa xanımın rəhbərliyi dövründə müəllim və şagirdlərlə münasibətlər etik davranış qaydalarına uyğun şəkildə qurulur, qarşılıqlı anlayış və əməkdaşlıq mühiti formalaşdırılır. Bu yanaşma məktəbdə nizam-intizamın möhkəmlənməsinə, təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərir.
O, gənc nəslin yalnız biliklə deyil, eyni zamanda milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhu əsasında yetişdirilməsini vacib hesab edir. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin təhsilin inkişafına verdiyi töhfələr, eləcə də cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə göstərdikləri diqqət və qayğı məktəbin fəaliyyətində əsas ideya xətti kimi rəhbər tutulur.
240 nömrəli tam orta məktəbdə tarixi və əlamətdar günlərin qeyd olunması, şagirdlərdə Vətənə, torpağa sevgi və məsuliyyət hissinin aşılanması tədris prosesinin ayrılmaz hissəsidir. Bu fəaliyyətlər gələcək nəslin şüurlu, qorxmaz və vətənpərvər vətəndaş kimi formalaşmasına xidmət edir. Vəfa Həsənovanın direktor əvəzi kimi göstərdiyi səmərəli fəaliyyət, məsuliyyətli yanaşması və nümunəvi davranışı təqdirəlayiqdir. Ona bu çətin və şərəfli işində uğurlar arzulayır, gələcək fəaliyyətində daha böyük nailiyyətlər əldə etməsini diləyirik.