Gündəm
22
10-01-2026, 16:09

Heydər Əliyev ideyaları ilə təbiətin qorunmasına xidmət

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Mustafa Əhmədov ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” kəlamını fəaliyyətinin əsas rəhbər prinsipi kimi qəbul edərək, təbiətin və ekologiyanın qorunması istiqamətində səmərəli və ardıcıl işlər həyata keçirir.Mustafa Əhmədov ölkə Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinə daim sadiq qalaraq, meşə fondunun qorunması, ekoloji tarazlığın saxlanılması, yaşıllıqların artırılması və ətraf mühitin mühafizəsi sahəsində nümunəvi fəaliyyət göstərir. Onun rəhbərliyi altında keçirilən tədbirlər ekoloji maarifləndirmənin gücləndirilməsinə, ictimaiyyətin bu sahəyə marağının artırılmasına xidmət edir.
Direktor eyni zamanda kütləvi informasiya vasitələrinin nümayəndələri ilə açıq və səmərəli əməkdaşlığa xüsusi önəm verir, görülən işlərin ictimaiyyətə düzgün və şəffaf şəkildə çatdırılmasına şərait yaradır. Yazarlara, jurnalistlərə və ziyalılara qarşı göstərdiyi hörmət və diqqət onun rəhbər kimi yüksək mədəniyyətini və ictimai məsuliyyətini əks etdirir.Mustafa Əhmədov bütün əlamətdar və tarixi günlərdə, o cümlədən ümummilli və milli-mənəvi dəyərlərlə bağlı tədbirlərdə rəhbər şəxs kimi yaxından iştirak edir, kollektivlə birgə bu günlərin yüksək səviyyədə qeyd olunmasına xüsusi töhfə verir.
20 Yanvar faciəsi ilə bağlı tədbir planı çərçivəsində Mərkəzdə anım tədbirləri təşkil olunur, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilir, kollektiv üzvləri ilə maarifləndirici görüşlər keçirilir, gənc nəsildə vətənpərvərlik və dövlətçilik ruhunun formalaşdırılmasına yönəlmiş fəaliyyət həyata keçirilir.Bütün bu fəaliyyətlər Mustafa Əhmədovun həm peşəkar rəhbər, həm də dövlətinə, xalqına və təbiətə bağlı bir şəxs kimi məsuliyyətli mövqeyini nümayiş etdirir.