Yeni ilin gəlişi ilə hamımız köhnə ildə yaşananlara bir nəzər salır, yeni ümidlər və arzularla dolu bir başlanğıca doğru addımlayırıq. Bu keçid anı, yəni, ilin son dəqiqələri həm mənəvi, həm də enerji baxımdan çox önəmlidir. Çünki necə vidalaşırıqsa, çox zaman yeni ili də o əhvalda qarşılayırıq. Bəs ilin son dəqiqələrində nələr etsək, yeni ili daha uğurlu, pozitiv və arzularımıza yaxın şəkildə qarşılamış olarıq?“Qafqazinfo” sizin üçün 15 maraqlı və mənalı fikri təqdim edir:
Minnətdarlıq etKeçən ilə görə şükür et, nə əldə etdinsə, qiymətləndir.
Pis enerjini yaz və yandırNarahat edən düşüncələri kağıza yaz və yandır.
Yeni arzunu dilə gətirÜrəyində olanları səssizcə və səmimi şəkildə söylə.
GülümsəYeni ilə pozitiv enerji ilə başla.
Əzizlərinlə qucaqlaşSevgi və birlik enerjisi güclü başlanğıc yaradar.
1 stəkan su içTəmizlənmə və yeni enerjiyə yer açmaq üçün.
Əlini güzgüyə tutÖzünü gör və de: “Hazıram, 2026!”
Gecə saat 00:00-da 12 dilək tutaraq 12 üzüm yeİspan adətinə görə, hər biri bir ayın simvoludur.
Təmiz geyim geyinYeni ilə təmiz və təravətli daxil olmaq uğur gətirir.
Evini işıqlandırLampaları, şamları yandır, bolluq və işıq simvoludur.
Cibində qəpik saxlaPul bolluğu üçün simvolik addımdır.
Ağ və ya parlaq rəngli geyim seçAğ yeni başlanğıclar, parlaq rənglər isə pozitivlik rəmzidir.
1 dəqiqəlik sükut etÖzünlə təmas qur, daxilindəki səslə bağlan.
Sevdiklərinə mesaj göndərYeni ili birlikdə qarşılamasan da, ürəklərdə birlik yaradarsan.
Özünə söz verKiçik də olsa, özün üçün bir niyyət və sözlə yeni ilə gir.

Yeni il sadəcə təqvimdə bir dəyişiklik deyil, həm də özümüz üçün yeni başlanğıclar yaratmaq fürsətidir. İlin son dəqiqələrində etdiyimiz niyyətlər, dualar, təşəkkürlər və simvolik addımlar gələcək günlərə təsir edə bilər. Əsas odur ki, yeni ilə ümidlə, sevgi ilə və daxili harmoniyada daxil olaq. Arzularınıza çatacağınız, sağlam, uğurlu və sevinc dolu bir il diləyi ilə – Yeni İliniz mübarək!
Hazırladı: Bəsti Məmməd