Elşən QafarovEkspert bildirib ki, bu gün ali məktəbə daxil olan abituriyentlərin əksəriyyəti hamısı repetitora müraciət edənlərdir:“Mövcud dərsliklərlə nə ali məktəbə hazırlaşmaq, nə də gündəlik proqramı mənimsəmək mümkündür. Məleykə Abbaszadə yaxşı bilir ki, son 10-15 ildə
Azərbaycan məktəblərində tərbiyə və nizam-intizam mühiti ciddi şəkildə zəifləyib. Şagird məktəbdə dərs oxumadığını, bilikləri repetitor yanında əldə etdiyini açıq şəkildə deyirsə, dərs zamanı sosial şəbəkələrdə canlı yayım açırsa, məktəblərdə zorakılıq,
bıçaqlanma, bullinq və cinsi zorakılıq halları müşahidə olunursa, burada hansı nizam-intizamdan danışmaq olar?
Digər mühüm məqam odur ki, DİM sədri “Bizim nəşr etdiyimiz dərs vəsaitləri” ifadəsini işlədirsə, bu, ehtimal ki, dövlət adından səsləndirilmiş fikirdir. Çünki DİM dərslik nəşr etmir və belə bir səlahiyyəti yoxdur. Qurum yalnız metodik vəsaitlər hazırlayıb nəşr etdirir.
Dərsliklərin hazırlanması isə Elm və Təhsil Nazirliyinin səlahiyyətinə daxildir. Bu baxımdan aydınlaşdırılmalıdır ki, Məleykə Abbaszadə DİM-in nəşr etdirdiyi vəsaitləri, yoxsa nazirliyin hazırladığı dərslikləri nəzərdə tutur. Nəşr edilən dərsliklərin vəziyyəti göz qabağındadır və onların çapına
ölkə üzrə yüz milyonlarla vəsait xərclənir. Əgər şagirdlər ali məktəbə yalnız DİM-in vəsaitləri ilə hazırlaşacaqsa, məktəbə getməyin mənası nədir? Dövlət bu qədər vəsaiti dərsliklərə niyə xərcləyir? Ümumilikdə Məleykə Abbaszadənin çıxışı kifayət qədər mücərrəd idi və konkret olaraq nə demək istədiyi tam aydınlaşmadı”.
Ləman İmranGlobalinfo.az