Gündəm
38
26-12-2025, 01:59

Yasamal Rayon Bələdiyyəsi öz işini günün tələbləri səviyyəsində qurur

Aqillər demişkən, bir ailənin güzəranını yaxşılaşdırmaq bir-iki nəfərin zəhməti bahasına başa gəlirsə, Vətənin taleyi onun hər bir oğlunun, qızının işindən-gücündən asılıdır. Xalq öz varlığını, minlərlə, milyonlarla insanın əməlində, işində, zəhmətində yaşadır. 
Belə zəhmətkeş, qeyrətli övladlardan biri də Yasamal Rayon Bələdiyyəsinin sədri Tahir İlyas oğlu Məmmədovdur. Gəlin yazımın əsas qəhrəmanının şərəfli ömür yolunu varaqlayaq.
Məmmədov Tahir İlyas oğlu , 19 mart 1969-cu ildə Qərbi Azərbaycanda anadan olub. 1977-1987-ci illərdə Hövsan qəsəbəsində orta təhsil alıb.1998-2003-cü illərdə Gürcüstan Dövlət Aqrar universitetində hüquqşünas ixtisası üzrə təhsil alıb.1989-cu ildən əmək fəaliyyətinə başlayıb.18.08.1989-cu il tarixindən 28.02.1991-ci il tarixinədək Geoloji Kəşfiyyat üzrə Azərbaycan İstehsalat Birliyində, 12.07.1996-cı il tarixindən 20.04.2000-ci il tarixinədək Mexanikləşdirmə və Nəqliyyat idarəsində sürücü işləyib. 24.04.2000-ci il tarixindən 21.08.2000-ci il tarixinədək Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Enerji nəzarəti və satışı söbəsində 2-ci qrup nəzarətçi, 21.08.2000-ci il tarixindən 06.11.2000-ci il tarixinədək “Bakı elektrik şəbəkə” Əzizbəyov rayon şöbəsində, 06.11.2000-ci il tarixindən 16.08.2001-ci il tarixinədək “Bakı elektrik şəbəkə” Sabunçu rayon şöbəsində, 16.08.2001-ci il tarixindən 08.07.2005-cı il tarixinədək “Bakı elektrik şəbəkə” Nəsimi rayon şöbəsində nəzarətçi vəzifəsində işləyib. 08.07.2005-ci il tarixindən 24.07.2006-cı il tarixinədək Bakı şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamentində dispetçer vəzifəsində işləyib. 2004-cü ildən Qaraçuxur Bələdiyyəsinə üzv seçilərək, hüquq məsələləri daimi komissiyasının üzvü olub. 2009-cu ildə yenidən Qaraçuxur Bələdiyyəsinə üzv seçilib. 28.01.2010-cu il tarixindən 23.12.2014-cü il tarixinədək Qaraçuxur Bələdiyyəsinin sədri vəzifəsində işləyib. 17 yanvar 2020-ci il tarixindən Yasamal Bələdiyyəsinin sədri vəzifəsinə seçilib. 2023-cü  ilin noyabr ayında Qərbi Azərbaycan İcmasının Yasamal rayonu üzrə nümayəndəsi seçilib.2003-cü ildən YAP-ın üzvüdür. Ailəlidir, 3 övladı var.
Keçdiyi həyat yoluna nəzər salaraq açıq-aşkar görmək mümkündür ki, Tahir müəllim nail olduqlarına maneəsiz sahib olmayıb.Axı,  birinci olmaq, sevilmək hər kəsə qismət olmur. Yazımın qəhrəmanı  Tahir Məmmədov üçün də seçdiyi peşənin peşəkarı olmaq asan başa gəlməyib.
F.Volter demişkən: Böyük işlər böyük maneələrsiz görülmür.
Allah xəsisləri və israf edənləri sevmir. Xəsislik, pul və malını xərcləməmək üçün hər cür sıxıntı və əzaba qatlaşmaq, pul və mal düşkünü olmaq deməkdir. "Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər.Xeyir, bu,onlar üçün zərərlidir. Onların xəsislik etdiyi şey qiyamət günü boyunlarına dolanacaqdır".(Qurani Kərim", "Ali İmran" surəsi,18-ci ayə)
Xəsislər barədə Peyğəmbər (s.ə) buyurub: "Xəsislikdən çəkinin.Çünki xəsislik sizdən öncəkilərin həlakına səbəb olub.Bilin ki,xəsislər nə qədər zahid (dünyadan əl çəkən)olsalar da, Cənnətə girə bilməzlər".
Müfəssirlərə görə xəsisin üç əlaməti var: Onlar aclıqdan qorxar və həmişə nə yeyəcəkləri barədə düşünərlər; onlardan bir şey istədikdə kasıb olacaqlarından qorxub verməzlər, yaxşılıq edənlərə daxilən düşmən kəsilərlər. Tahir Məmmədovun fikrincə, xəsisdən səxavət gözlənilmədiyi kimi, israf edən də səxavətli sayılmır. 
Yazımın qəhrəmanı da mərhəməti vəzifəsindən üstün tutan vəzifə sahibidir.Tahir Məmmədovun daşıdığı vəzifə çox məsuliyyətli və əmək tələb edən işdir. Bütün çətinliklərin öhdəsindən layiqincə və çox məharətlə gəlir. Uzun illər ərzində topladığı təcrübə, səriştə  onun hər zaman köməyinə çatır. Tahir Məmmədovun fəaliyyəti barədə onu tanıyan hər kəs müsbət rəydədir. Ancaq onun ən çox təqdir olunan cəhətləri qəlbinin təmizliyi, insani keyfiyyətləridir. Bu keyfiyyətlər onun bir rəhbər işçi kimi üstün məziyyətlərini tamamlayır. Yola saldığı acılı-şirinli illər, şərəfli ömür yolu isə Tahir müəllimin qalan ömrünə kamillik əlavə edir.
Haqqında bəhs etdiyim insanı tanıyanlar onun haqqında deyirlər: təvazökardır, sadə və  təmkinlidir, əsil iman əhlidir, adı ilə sözü,əməli bir olan insandır. 
Realxeber.com olaraq bu deyilənləri öz qələmimlə təsdiqləyir, bütün kollektivimiz adından
xeyirxah əməl sahibini -Yasamal Rayon Bələdiyyəsinin sədri Tahir Məmmədovu 31 dekabr Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik günü və yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, sağlıqlı uzun ömür diləyir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyətində bol-bol nailiyyətlər arzulayıram.
Qoy elimizə,obamıza qədəm basmaqda olan yeni 2026-cı il Sizə,ailənizə və sevdiklərinizə bol-bol xoşbəxtliklər, sevinc dolu illər bəxş etsin. 31 dekabr tarixi təkcə yeni ilin gəlişi deyil,hər zaman milli birliyimizin, həmrəyliyimizin, dövlətçiliyimizin və qürurumuzun təntənəsi kimi qeyd olunsun.
Bir daha bayramınız mübarək.